Uçotun bərpası   Leave a comment


Biz, bütün sahibkarlara uğurlu və problemsiz fəaliyyət arzulayırıq. Lakin, bunu istəməsək belə, bəzi hallarda təcili və ciddi köməyə ehtiyac olur. Misal

üçün, sənədlər itmişsə, yaxud mühasibat uçotu baxımsız qalmışsa. Bu halda buraxılmış periodun üstündən keçmək olmur. Hər bir halda, mühasibat uçotunun mütləq qaydada bərpasını həyata keçirmək lazım olacaq.Bu prosedur ən müxtəlif vəziyyət və situasiyalarda lazım ola bilir. Misal üçün, öncəki mühasib işinə səhlənkar yanaşmışsa və ya ixtisasının çatışmaması ucbatından uçotda ciddi səhvlər buraxmışsa. Sənədlər itirildiyi təqdirdə də mühasibat uçotunun bərpası tələb olunur. Bu, oğurluq, yanğın kimi və yaxud sadəcə itirilmə səbəbindən baş verə bilər. Bəzən də olur ki, kiçik biznesi olan sahibkarlar müəyyən vaxtadək heç əsla uçotun aparılması zərurəti barədə düşünmürlər. Sonradan bunu arxa tarixlə bərpa etmək lazım olur. Bütün belə hallarda bizim mütəxəssislərimiz köməyinizə gələ bilərlər.

Qeyd etmək lazımdır ki, mühasibat uçotunun bərpası onun planlı surətdə aparılmasından daha çətin olur. Amma, ötən periodlar mühasibat uçotu baxımından lazımınca sənədləşdirilməmişsə, bunu mütləq bərpa etmək lazım olacaq.

Hər bir halda, mühasibat uçotunun bərpasında mümkün olmayan heç bir şey yoxdur. Zərurət olarsa, biz ilkin sənədləri də yenidən tərtib edə, müvafiq registrləri formalaşdıra bilərik.

Mühasibat uçotunun bərpası ilə məşğul olarkən biz müəssisənin personalı və rəhbər heyəti tərəfindən tam etibara ümid edirik. Belə bərpa – çox zəhmət tələb edən bir işdir və onun obyektivliyi alınan məlumatların tamlığından çox asılıdır. Hər bir halda, mühasibat uçotunun bərpasını bizə tapşırdıqda, Siz əmin ola bilərsiniz ki, müəyyən müddət sonra düzgün təşkil edilmiş, tam yığılmış və qaydaya salınmış bir sistem alacaqsınız. Biz yamaq qoymuruq. Biz,

Sizin uçotunuz üçün yeni libas tikirik. Və bunu gözəl və səliqəli edirik.

07/10/2011 tarixində, saat muhasibat-də əlavə olunmuşdur

Cavab qoy