Etibarlılıq. Konfidensiallıq. Mobillik


Hər bir biznesdə uğurlu inkişafın ən mühüm amili – insan amilidir. Daha dəqiq desək, yüksək ixtisaslı, savadlı və peşəkar kadr heyətinin mövcudluğu. Əmək ehtiyatlarının lazımi səviyyəsini saxlamaq – kifayət qədər bahalı bir işdir və bu məsələyə lazımi diqqət yetirən şirkətlər üçün ciddi məsrəf maddəsidir.Personalı idarə etmək – bu, sadəcə kadrlar şöbəsinin saxlanması deyildir. Bu, bütöv bir strukturdur və onun təyinatı – müəssisənin kadr heyətinin daimi inkişafı, düzgün yönəltimi və tənzimlənməsidir. Artan rəqabət və biznesin inkişaf templəri sahibkarlıq sferasının bütün dəyişikliklərinə çevik reaksiya verməyi tələb edir. Daimi hazırlıq, ixtisasın artırılması, attestasiyalar, treninqlər və bundan əlavə, əməkdaşların əməyinin nəticələri ilə əlaqədar risklər – bütün bunlar təşkilat rəhbərliyinin üzərinə düşən məsuliyyətdir. Bazar münasibətləri zəmanə ilə ayaqlaşır və ixtisaslı kadrlara olan daimi tələbat və eyni zamanda, biznes üçün hissediləcək ziyan olmadan qənaət etmək səyi, autsorsinq və autstaffinq adlanan yeni bir xidmət növünü meydana gətirmişdir.Bu xidmətlər mahiyyətcə bir-birinə oxşardırlar – hər ikisi şirkətin ştatında olmayan personalın əməyinin istifadəsini nəzərdə tutur. Amma autsorsinq – kənar əməkdaşlarin icarəsidir, yəni, faktiki olaraq, onların xidmətlərinin daimi əsasda istifadəsdir. Autstaffinq isə müəyyən mənada “ştatdan kənara cıxartmağı” nəzərdə tutur. Bu halda maliyyə və təşkilati baxımdan obyektiv səbəblər üzündən şirkətin əməkdaşları provayder şirkətin ştatına rəsmiləşdirilirlər, baxmayaraq ki, faktiki olaraq öz əvvəlki iş yerlərində qalıb işləyirlər.

Hər iki sözügedən xidmət hələlik sırf innovasiya xarakteri daşıyır və kiçik biznes üçün nadir hallarda tətbiq edilir. Lakin, buna baxmayaraq, onların populyarlığı getdikcə artır və kadr agentlikləri bu xidmətləri öz prays-vərəqlərinə daxil etməyi lazım bilirlər.

Autsorsinq o hallarda əlverişlidir ki, nə vaxt ştat vahidlərini konkret layihənin realizəsi üçün cəlb edilməsi lazımdır. Nə vaxt ki, əməkdaşları dami iş üçün cəlb etmək məqsdəuyğun deyil, amma ixtisaslı personala tələbat yaranır. Bu halda autsorsinq uğurlu həll yolu sayılır – şirkət sanki zəruri olan kadrları icarəyə götürür və buna görə razılaşdırilmış məbləği ödəyir.

Autstaffinq isə – bir qədər başqa səciyyə daşıyır və inzibati xərc və risklərin azaldılması məqsədilə həyata keçirilir. Belə ki, bəzi şirkətlərdə ştat cədvəli məhdud olur, bəzi müəssisələr isə əmək münasibətləri ilə bağlı risklərdən yayınmaq niyyəti güdür. Təsvir edilən xidmətlərdən hər birinin tətbiqi zamanı şirkətin kadr heyətinə nəzarət etmək, bununla əlaqədar meydana çıxan məsələləri həll etmək zərurəti aradan gedir, diqqəti biznesin məqsəd və hədəflərində cəmləşdirmək imkanı yaranır.

Autsorsinq və autstaffinqdən istifadədən alınan maliyyə qənaətini kiçiltmək olmaz. Əmək ehtiyatlarından istifadədə mövsümlük və dəyişən tələbat – bir çox müəssisələrin fəaliyyətini müşayiət edən bir haldır. Və belə mürəkkəbliklər bu cür xidmətlərin hesabına rahat həll edilir. Bunlar layihə işlərində xüsusilə aktualdır, çünki personal məhdud bir müddət üçün lazım olur və bu halda daimi heyətə qəbul edərək, öncədən işdən azad etmə barədə xəbərdarlıq etmək – həm qeyri-etikdir, həm də qanuna ziddir.

Burada müəyyən sayla məhdudlaşmanı labüd edən kiçik müəssisə statusunu itirməmək halı da qeyd olunmalıdır. Autsorsinq və autstaffinq biznesə itki üz vermədən zəruri şərtləri həyata keçirməyə imkan verir. Bundan əlavə, əmək haqqının və verginin hesablanması, sığorta və əmək mübahisələri ilə bağlı bütün xərcləri provayder şirkəti öz üzərinə götürür. Belə sxem şirkətlər üçün rahat və iqtisadi baxımdan sərfəlidir. Bir çox hallarda belə sxemlərdən vergilərin optimallaşdırılması məqsədilə istifadə edilir  və bu halda əhəmiyyətli qənaətlərə rəvac verilir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, autsorsinq və autstaffinqin nə olduğunu aydınlaşdırandan sonra, bu xidmətlərin mühasibat xidmətinin tətbiq dairəsinə aid edilməsi barədə birmənalı rəy meydana gəlir. Bu, Sizin sərəncamınıza nəinki təkcə yüksək keyfiyyətli mütəxəssislər əldə etməyə imkan verəcək, həm də xeyli qənaət də edəcəksiniz. Və biz Sizin üçün həmin provayder şirkəti olmağa və əməkdaşlarımızı Sizin biznesin çiçəklənməsi üçün təqdim etməyə hazırıq. Biz hər bir şeyi düzgün və savadlı sənədləşdirməyə hazırıq ki, əlavə üstünlüklər əlavə problemlərə çevrilməsin

Advertisements

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma