Mühasibat uçotunun aparılması   Leave a comment


Bizim təqdim etdiyimiz xidmətlərdən biri – mühasibat uçotunun aparlmasıdır. Sirr deyil ki, bu – kifayət qədər mürəkkəb prosesdir. Lakin, bizim üçün bu, çətinlik kəsb etməyən bir məsələdir – böyük təcrübə və ciddi professional hazırlıq öz işini görməkdədir və biz təqdim etdiyimiz xidmətlərin keyfiyyətinə və məsuliyyətli yanaşmaya təminat veririrk.
Adət üzrə «mühasibat uçotu» adlandırılan bu fəaliyyət sektorunun mahiyyətcə nə olmasını aydınlaşdırmaq üçün, bu anlayışa daxil olan xidmətlər məcmusuna nələrin aid edilməsinə toxunmaq yerinə düşərdi. Beləliklə, mühasibat uçotu nələri ehtiva edir?•    Mühasibat uçotu sisteminin təşkili
Biz, Sizin müəssisədə mühasibatın aparılması prosesini tərtib edə və rahatlaşdıra bilərik; ştatlı mütəxəssislərin tədrisini keçirə bilərik və Sizi maraqlandıran hər hansı bir məsələ üzrə müfəssəl məsləhətlər verə bilərik.

•    Mühasibat uçotunun təftişi
Biz, Sizin mühasibatlıqda işlərin vəziyyətini yoxlaya bilərik, uçot prosesini təftş edə bilərik, ilkin sənədlərin tərtibatının düzgünlüyünü yoxlaya bilərik, müəssisədə aparılan hesabatın qanunvericilik normalarının tələblərinə uyğun gəlməsi baxımından təhlilini apara bilərik.

•    Uçot siyasətinin tərtibatı
Mütəxəssislərimiz fəaliyyətinizin bütün aspektlərini diqqətlə öyrənəcək və zərurət yarandığı təqdirdə, təkmil və optimal uçot siyasətini, habelə, ən uyğun gələn maliyyə strategiyasını hazırlaya bilərik.

•    Vergi uçotu
Biz vegilərin hesablanmasını öz üzərimizə götürə və Sizin biznes üçün ən optimal olan vergi ödənişi sistemini seçə bilərik. biz bu istiqamətdə işi müstəqil surətdə strukturlaşdırarıq və bu da, Sizin büdcə ödənişlərinizdə qənaət etmək imkanı yaratmış olar.

•    Anbar uçotu
Sizdə anbar varsa, biz burada materialların və əmtəələrin düzgün uçotunu təşkil edə bilərik. Belə olan halda, Siz istənilən vaxt maddi-əmtəə qiymətlilərinin həqiqi vəziyyəti və dövriyyəsi barədə dəqiq məlumat əldə edə bilərsiniz. Bundan əlavə, biz anbar inventarlaşmasını hazırlaya və həyata keçirə bilərik.

•    Məsləhətlər
Sizin sərncamınızda ən geniş profili mütəxəssislərin bilik və təcrübəsi olacaqdır. Sizin üçün rahat olan vaxtda siz həm şifahi, həm də yazılı formada zəruri izah və şərhləri ala bilərsiniz.

•    Banklarla iş
Banklarla yorucu və vaxtalan ünsiyyəti də biz öz üzərimizə götürə bilərik. Siz ödəniş tapşırıqlarının tərtibatını, bank çıxarışlarının çeşidlənməsini və saxlanmasını, eləcə də, cari hesab üzrə bütün zəruri sənədlərin hazırlanmasını bizə etibar edə bilərsniz.

•    Hesabatların verilməsi
Mühasibat uçotunun aparılması prosesi, mütləq mühasibat hesabatlarının və bəyannaməsinin hazırlanmasını nəzərdə tutur. Biz bu işlərin hamısını tez və keyfiyyətli, işə məsuliyyətli yanaşmaqla həyata keçirə bilərik.
Bizə mühasibat uçotunun aparılmasını bizə etibar edərək, siz özünüzü lazımsız problemlərdən qurtarmış olursunuz. O cümlədən, əlavə iş yerləri açmaq və təşkilati texnika tədarük etmək, arayış sistemlərinin və seminarların təşkilini maliyyələşdirmək zərurətindən qurtarmış olursunuz. Hərə daha yaxşı bacardığı işlə məşğul olsa yaxşıdır. Bizdə məhz mühasibat uçotunun aparılması yaxşı alınır. Bəs Sizdə?

07/10/2011 tarixində, saat muhasibat-də əlavə olunmuşdur

Cavab qoy