Maliyyə hesabatının beynəlxalq standartları   Leave a comment


Sizin şirkətin mühasibat uçotu sisteminin beynəlxalq standartlara maksimum uyğun gəlməsi üçün, onun korrektə edilməsi və tələb olunan vəziyyətə gətirilməsi gərəkdir. Maliyyə hesabatının beynəlxalq standartları – mühasibat sferasının nisbətən yeni və kifayət qədər mürəkkəb sahəsidir.

Bununla yanaşı, beynəlxalq standartlardan istifadə edilməsi – şirkətin beynəlxalq münasibətlərdə etibarlılığını xeyli artırır, xarici tərəfdaşların cəlb edilməsinə və biznesin imkanlarının artmasına yardım edir.

Hər bir halda, maliyyə hesabatının beynəlxalq standartları (MHBS) – kifayət qədər mürəkkəb prosedurdur, yüksək ixtisas və müvafiq professional hazırlıq tələb edir. Bizim mütəxəssislər bu keyfiyyətlərə malikdirlər.

Biz hesabatların beynəlxalq standartlara çatdırılmasını təmin edir, habelə, ayrı-ayrı obyektlərin uçot və sənədləşdirilməsinin optimallaşdırılmasını təmin edirik. Bəzi hallarda əqdlər üçün bütün mühasibatın və hesabat işinin transformasiyası lazım olmur, ayrıca götürülmüş sahənin dəyişdirilməsi və korrektə edilməsi kifayət edir. Misal üçün, aktivlərin uçotunu və ya biznesin birləşməsi prosedurunun həyata keçirilməsi halları kimi.

Maliyyə hesabatının beynəlxalq standartları uçotun əsas göstəricilərinin əks olunmasının və açıqlanmasının xüsusi qaydalarının olmasını tələb edir. Düzgün professional yanaşma zamanı əldə edilən məlumatlar bir çox böyük şirkətlər tərəfindən özünəməxsus etimad katalizatoru rolunu oynayır. Ciddi niyyətlərin mövcudluğunu və biznesin şəffaflığını nümayiş etdirmək üçün göstərilənlər uğurlu yol hesab edilir.

Maliyyə hesabatının beynəlxalq standartları bütün dünyada tanınır və ərazi sərhədləri ilə məhdudlaşmır. Biz bu sahədə böyük təcrübəyə malikik və bütün təcrübəmiz Sizin ixtiyarinızdadır.

07/10/2011 tarixində, saat muhasibat-də əlavə olunmuşdur

Cavab qoy