Sertifikasiya   Leave a comment


Lakin, məcburi və könüllü olmasından asılı olmayaraq, hər hansı bir sertifikatın alınması, kifayət qədər mürəkkəb və uzun bir prosedurdur. Belə ki, dövlət orqanının lazımi rəyi verməsinə qədər bir neçə ay keçəcək, çoxlu sayda tədqiqat və sınaqlar aparılacaqdır. Özü də ki, bütün bu proses elə də ucuz başa gəlməyəcəkdir.Bu gün, keyfiyyət sertifikatının alınması – özünəbənzər, elə həmin sferada fəaliyyət göstərən şirkətlər arasında şirkətin reytinqinin artırılması yollarından biridir. Bir çox hallarda isə keyfiyyət sertifikatının alınması ümumiyyətlə məcburi bir proseduradır.Bəzən sertifikat təqdim olunan malın, əmtəənin böyük satış və yüksək tələbat dünyasına girişinin əsl bələdçisinə çevrilir. Və məhz sertifikat, alıcının bu və ya digər məhsula olan inam dərəcəsinə əsaslı şəkildə təsir göstərə bilər. Hər bir şirkət öz məhsulunun könüllü sertifikatlaşdırılması xidmətindən istifadə edərək, bununla da malik olduğu imkanları xeyli dərəcədə genişləndirə bilər.

Lakin, hər şeydən əvvəl, sadəcə olaraq bilmək lazımdır ki, haraya müraciət etmək lazımdır, hansı sənədləri və tədbirlərin hansı növbəliliyini gözləmək lazımdır. Və bu zaman, əlbəttə ki, ən yaxşı variant – professionalların köməyinə arxalanmaqdır. Çünki, Siz özünüz bu işin bütün detallarını və incəliklərini öyrənənə qədər, rəqibləriniz Sizi qabaqlaya bilərlər.

Qeyd etmək lazımdır ki, hətta sertifikatların müxtəlifliyinin, çeşidliyinin özündən belə baş çıxarmaq elə də asan iş deyildir. Və bu məsələdə tək yalnız nəzəri bilgilərlə işi axıra çıxarmaq olmaz. Burada həm də praktiki təcrübə də lazımdır. Və belə bir təcrübə bizdə vardır.

Əgər Sizə məcburi sertifikatlaşdırma zəruridirsə, və yaxud Siz öz təşəbbüsünüzlə sertifikat almaq istəyirsinizsə, və yaxud Sizə belə bir sənəd malın mənşəyinin təsdiqi üçün lazımdırsa, və yaxud da ki, bu sənəd gömrük rəsmiləşdirilməsi üçün tələb olunursa – biz bütün bu problemlərin həllində Sizə kömək etməyə hazırıq.

Biz yaranmış vəziyyətdən baş çıxarmaqda Sizə yardım edərik. Biz Sizə hansı sənədin və nə üçün lazım olduğunu başa salarıq. Bundan sonra isə özümüz bütün zəruri sənədləri rəsmiləşdirərik.

Sizə isə yalnızca bir qədər gözləmək qalacaqdır.

 

07/10/2011 tarixində, saat muhasibat-də əlavə olunmuşdur

Cavab qoy