Kadrların uçotu



Muzdli işçilərin əməyindən istifadə edən və əməkdaşların ştatına malik olan hər bir müəssisə qaçılmaz şəkildə kadr uçotunun aparılması zərurəti ilə qarşılaşır. Bu, bütövlükdə mühasibat uçotundan bir qədər fərqli bir sahədir.Bəllidir ki, əməkdaşların işə götürülməsinin rəsmiləşdirilməsi, əmək haqqının hesablanması və sosial paketlərin təqdim edilməsi ilə əlaqəli suallar həm yoxlayıcıları və həm də ki, işçilərin özlərini həmişə xüsusi olaraq maraqlandıran məsələlər olmuşlar.

Belə ki, müəssisənin əmək münasibətlərinin və kadr heyətinin sənədlərinin tərtib edilməsindəki qeyri-dıqiqliklər və belə uçotda yol verilən səhvlər, cinayət məsuliyyəti də daxil olmaqla, çox ciddi nəticələrə gətirib çıxara bilərlər. Xüsusi olaraq kadrlar şöbəsinin formalaşdırılması isə həmişə məqsədəuyğun olmur.
Bu problem çox sadə həll olunur. Siz bizə müraciət edirsiniz və biz də Sizin müəssisədə kadr uçotunun aparılmasını öz üzərimizə götürürük.

Bu xidmətin içinə həm əmək müqavilələrinin hazırlanması, həm vəzifə təlimatlarının tərtib edilməsi, həm hər bir əməkdaş üçün uçot sənədlərinin düzəldilməsi və həmçinin də, əmək haqqı cədvəllərinin və müvafiq hesabatların hazırlanması daxildir. Biz nəinki yalnız zəruri kadr sənədlərini hazırlayacaq, əmək haqqının və vergilərin düzgün hesablanmasına nəzarət edəcəyik, biz həm də təhlükəsizlik texnikası və onun savadlı təqdim edilməsi ilə əlaqəli suallar üzrə də məsləhətlər verəcəyik.

Bəlli məsələdir ki, əgər əməkdaşlarla münasibətlər qaydasınca rəsmiləşməmişdirsə, onda əmək mübahisələri əsl problemə çevrilə bilərlər. Əlbəttə, işçi heyətin maraqları sıxışdırılıb məhdudlaşdırılmamalıdır. Lakin, müəssisə də vicdansız əməkdaşlardan müdafiə olunmaq zəmanətinə malik olmalıdır. Və bütün bu şərtləri dəqiq və korrekt şəkildə sənədlərdə əks etdirmək lazımdır. Bəzi hallarda isə hüquqşünasın da yardımı yerinə düşür. Və bütün bunları Siz bizə müraciət edərək ala bilərsiniz.

Bilirsinizmi, kollektivin yaxşı təşkil edilmiş və rahat iş şəraiti olduqda o necə də nizamla və birlikdə çalışmağa başlayır?!

Bu elə sənədlərin qaydasınca hasırlanmasına da aiddir. Savadlı şəkildə tərtib edilmiş kadr uçotu bir çox narahatlıqların qarşısını ala bilər.

Belə isə bu işi təxirə salmayın!

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma