Vergitutmanın optimallaşdırılması


Vergi sisteminin  necə qəliz və qarışıq olması hamıya bəllidir. Və əlbəttə ki, qanunvericilər bütün bu sistemi büdcəyə olan ödəmələrin fasiləsizliyini təmin etmək üçün düşünüb tapmışlar.

Əlbəttə, vergi ödəmələrinin və yığımlarının əsas funksiyaları həqiqətən də çox vacibdir. Lakin, hansı sahibkar vergilərdə qənaət etmək istəmir? Bəllidir ki, bu zaman savadlı və düşünülmüş leqal sxemlərdən istifadə edilməsi çox zəruridir. Biz öz müştərilərimizə həmişə vicdanla və müəyyən edilmiş qanunlara uyğun şəkildə işəməyi məsləhət veririk. Çünki, işə savadlı yanaşma zamanı heç bir qanunu pozmaq lazım gəlməyəcəkdir. Bu zaman sadəcə olaraq, biznesin aparılmasının, onun təşkilinin və tərtibatının sxemini ciddi-cəhdlə düşünüb tapmaq lazımdır.

Əlbəttə ki, bu məsələdə müəyyən təcrübə olmadan keçinmək olmaz. Çünki, bu halda, nəinki yalnız qanunverici norma və qaydaları, həmçinin konkret götürülmüş müəssisənin fəaliyyətinin xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Daha sonra, bütün bunları ağılla və səliqə ilə uyğunlaşdırmaq, gözəl şəkildə tərtib etmək lazımdır ki, sonda arzuolunan nəticələr alınsın. Və bu zaman isə minimal sayda sənədlərdən istifadə etməklə əməliyyatları sürətlə və hər hansı əngəlsiz yerinə yetirməyə imkan verən iş sxeminin olması arzuediləndir.

Bax, elə bu cür mexanizm – vergiqoymanın optimallaşdırılması adlanır. Qeyd etmək lazımdır ki, belə optimallaşdırmanın vergilərdən qaçınma və yaxud qeyri-leqal sxemlərlə heç bir əlaqəsi yoxdur. Çünki, bu tipli iş prinsipi və üslubu bizim şirkətimiz üçün qeyri-məqbuldur. Biz, uçotun səthi aparılmasını yox, sadəcə olaraq savadlı və düşüncəli biznes işinin təşkilini təklif edirik. Və bizim üçün müştərilərimizin rifahının yüksəlməsi, maddi vəziyyətlərinin də artması çox vacibdir. Və bu məsələdə bizim bilgi və təcrübəmiz onlara yardımçı ola biliərsə – onda bundan niyə də istifadə olunmasın?

Biz Sizin müəssisədə vergiqoyma sisteminin optimallaşdırılması üzrə xidmətlərimizi təklif edirik. Biz nəyi necə etmək lazım olduğunu, mühasibat uçotu sisteminin necə daha düzgün təşkil edilməsini Sizə müfəssəl şəkildə danışacağıq. Və biz Sizdə yarana biləcək mümkün qənaəti hesablayacağıq. Fəaliyyət prosesi zamanı isə bütün zəruri sənədlərin tərtib edilməsini və hesabatların hazırlanmasını biz öz üzərimizə götürməyə hazırıq. Və əgər Sizə yalnızca məsləhətlər lazım olacaqsa, onda bizim mütəxəssislər bu məsləhətləri Sizə rahat olan hər hansı bir formada təqdim edərlər.

Dövlətin biznes üzərinə bacardıqca daha çox və ağır vergi qoymaq məqsədi güddüyü barədə isə heç düşünməyin. Bu, belə deyil. Sadəcə olaraq, verilmiş imkanlardan savadlı şəkildə istifadə etmək lazımdır. Və bu zaman, qanunlara riayət edən vergi ödəyicisi kimi qalmaqla bərabər, gəlir əldə edərək aram şəkildə çalışacaqsınız.

Və əgər Siz bunu necə əldə etməyi bilmirsinizsə, onda – zəng edin

Advertisements

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma