VII MÖVZU. MUHASİBAT UÇOTUNUN TƏŞKİLİNİN VƏ HESABATININ AUDİTİ


7.1. Mühasibat uçotunun təşkilinin auditi

7.2. Mühasibat (maliyyə) hesabatının auditi

ƏLAVƏ ƏDƏBİYYAT

  1. 1.      Andreev V.D. Praktiçeskiy audit. Spravoçnoe posobie, – M.: Gkonomika, 1994
  2. 2.      Barişnikov N.P. Orqanizaüiə i metodika provedeniə obheqo audita. – M.: İİD «Filinğ», 1996

 

7.1. Mühasibat uçotunun təşkilatının auditi

Mühasibat uçotunun təşkili və aparılması metodologiyasının auditi apa­rı­lar­kən ilk növbədə müəssisənin «Mühasibat uçotu haqqında» Azərbay­can Res­publikasının 24 mart 1995-ci il tarixli Qanunun, Aəzrbaycan Respublikası Maliyyə Nazirliyınin 20 sentiyabr 1995-ci il tarixli, İ-94 saylı əmri ilə təsdiq edilmiş «Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlmınat» və digər mühasibat uçotuna aid olan metodoloci normativ sə­nəd­­lərin yerinə yetrilməsi prinsipiəri müəyyən olunmalıdır. Onu da nəzərə al­maq lazımdır ki, mövcud olan qanunvericiliyə gorə Azərbaycan Res­pub­li­ka­sı­nın ərazisində mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəa­liyyəti və ya başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan tabeçiliyindən və mülkiyyət formasından asılı ol­ma­ya­raq fəaliyyət göstərən bütün müəssisələr mühasibat uçotu aparmağa borc­lu­durlar. Müəssisənin mühasibat xidmətini onun müstəqil sıruktur bölməsi (ida­rə, şöbəsi) olan və bilavasitə müəssisənin rəhbərinə tabe olan mühasibatlıq, mər­kəzləşdirilmiş, sərbəst mühasiblər, müqavilələr əsasında cəlb edilmiş mü­ha­sib­lər həyata keçirə bilər. Mühasibat işlərinə rəhbərlik həmin bölmənin rəhbəri və ya baş mühasib tərəfindən həyata keçrilir. Müəssisənin baş mühasibinin tə’yin olunması və azad olunması müəssisə direktoru tərəfindən aparılır.

Auditor yoxlama dövründə müəssisədə istifadə olunan mühasibat uço­tu­nun forması müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, istifadə olunan uçot for­ması müəssisənin özü tərəfindən müəyyən olunur. Auditor mühasibat uçotu yazılışları üzrə bütün əməliyyatların uçotda əks olunması qaydalarını bilmə­lidir. Auditor onu da bilməlidir ki, mühasibat uçotu müəssisənin əmlakının, öhdəliklərinin, kapitalının, dövrüyyə vəsaitlərinin və ümumiyyətlə, bütün tə­sər­­rüfat-maliyyə fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registirlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.

Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərə­fin­dən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərəfindən ümumi prinsip­lə­rə riayət edilməklə işlənib hazırlanmış uçot rekstirlərində yığılır və sistem­ləşdirilir.

Auditor müəssisədə aparılan təsərrüfat əməliyyatlarının mühasibat uçotunda doğru, düzgün və etibarlı əks olunmasını müəyyən etmək məqsədilə aşağdakıları müəyyənləşdirməlidir:

– müəssisə mühasibatlığı işçilərinin funksional vəzifələrinin yerinə ye­tiril­mə­sinə dair təminatın tərtib olunması;

– hər bir mühasibat işçisi üçün konkret vəzifə bölgüsü və uçot əməliy­yatlarının  yerinə yetirilməsi qrafikinin müəyyən olunması;

– mühasibat uçotu əməliyyatlarının icra olunması üzrə sənəd dövrüy­yəsinin müəyyən olunması;

–   mövcud olan əmlakın  hərəkəti,  onlardan  istifadə olunması üzərində nəzarətin tə’min olunması;

–  mühasibat uçotu prinsipləri və slandartlarının yerinə yetrilməsi üzərində nəzarətin tə’min olunması;

– müəyyən olunmuş vaxtlarda müəssisə əmlakının invertarlaşdırılma­sı­nın aparılması, onun nəticələri, sənədləşdirilməsi və nəticələrin mühasibat      uço­tu göstəriciləri ilə müqayisə olunması nəticələri.

– mühasibat uçotunun təşkilinin mövcud olan əmlakın qorunub saxlan­masına cavab verməsi, əmlak və pul vəsaitinin mənimsənilməsi hallarının qarşısının alınması ilə əlaqədar olaraq tədbirlər görülməsi;

– tərtib olunmuş illik mühasibat (maliyyə) hesabatında əks olunmuş gös­tərıcilərin  mühasibat uçotu yazılışlarına uyğun olması və sairə.

Auditor müəssisədə mühasibat uçotunun təşkilini yoxlayarkən daxili nəzarət xidmətlərınin işi ilə ətraflı tanış olmalı və bu sahədə görülən işlər və buraxılan nöqsanlan müəyyən etməlidir.

Mövcud olan qanunvericiliyə görə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir. Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparıl­ması üçün lazımi şəraitt yaradır, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatlarının vaxtında və düzgün tərtib və təqdim edilməsi işində tələblərin yerinə yetrilməsini tə’min edir və uçot üzrə normativ sənəd­lərin tələblərinə riayət edir.

Müəssisənın baş mühasibi bütün mühasibat uçotu standartlarının və uçota aid olan normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edliməsinə nəzarət etməlidir,

Mühasibət uçotunun təşkilinin auditi aparılarkən müəssisə təsərrüfat-ma­liyyə fəaliyyətini mühasibat uçotunda əks olunmuş göstəricilərin doğru, düz­gün və etibarlı olmasını müəyyən etmək üçün auditor test-audit formasından da istifadə elə bilər. Son illərdə bu forma bir sıra öikələrdə audit yoxlamalarda tətbiq olunur. Bu formanın mənası ondadır ki, auditor yoxlamanı baş­lamaz­dan qabaq, auditin məqsədinə uyğun olaraq suallar hazırlayır və həmin sual­ları müəssisənin mühasibat işçiləri, rəhbərliyi, bölmə rəhbəri arasında həmin sualları yayır və onlardan müəyyən formada cavablar toplayır. Bunda əsas məqsəd müəyyən olunmuş nöqsanların aradan qaldırılmasından ibarətdir.

Belə aparılan «test-auditi» suallarında müəssisə mühasibat uçotunun təş­kilində və daxili şəraitdə mövcud olan əməliyyatlara aid suallar əhatə olunur, Bu formada aparılan audit nəticəsində mühasibat uçotunun təşkili və daxili auditlə əlaqədar müsbət və zəif cəhətlər müəyyənləşdtrilir.

7.2. Mühasibat (maliyyə) hesabatının auditi

«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununda mü­əy­­yən olduğuna görə xarici invesıisiyalı müəssisələr istisna olmaqla bütün müəs­sisələr rüblük və illik mühasibat hesabatı tərtib etməlidirlər.

Mühasibat (maliyyə) hesabatı mülkiyyətçilərə, dövlət vergi, Slatislika or­qan­larına və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəssisənin fəaliy­yə­tinin ayrı-ayrı tərəflərinin yoxlaması və müvafiq hesabatların alınması həvalə edilmiş digər dövlət orqanlarına təqdim olunmalıdır.

Müəssisələrin maliyyə (mühasibat) hesabatlarının başqa ünvanlara gön­dəril­məsi təsisedici sənədlərə və ya Azərbaycan Respublikasının qanunverici­li­yi­ndə nəzərdə tutulduqda həyata keçrılır. (2-ci bölmənin 9-cu fəsilində ətraflı şərh olunmuşdur).

Auditor mühasibat (maliyyə) hesabatının auditini apararkən xüsusilə «Mü­hasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununun mü­ha­sibat uçotunun təşkili məsələlərinə dair tələblərin yerinə yetrilməsinə xüsusi diqqət verilməlidir.

Bu tələblər aşağdakılarla xarakterizə olunur;

1. Müəssisə əmlakının, öhdəliklərinin və bütün əməliyyatlarının müha­si­bat uçotunu və Qanun əsasında işlənib hazırlanmış mühasibat uçotu stan­dart­la­rına, mühasib uçotunun hesab planına və başqa normativ sənədlərə uyğun mü­hasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparıl­ma­lıdır.

2. Mühasibat uçotunun aparılmasında hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarını uçotunda düzgün əks etdirməli, əmlakın qiyrnətlən­di­rilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul edilmiş uçot si­ya­sə­tinə və Qanuna uyğun hazırlanmış mühasibat uçotu slandartları və uçota da­ir başqa normativ sənədlərin tələblərinə əməl olunmalı, keçən dövr ilə mü­qa­yisədə uçot siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilməlidir.

3. Hesabat dövründəki (ay,rüb, il) mövcud əmlakın, öhdəliklərin, kapi­talın, hesablaşmaların və digər sərfətlərin invertarizasiyanın nəticələri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq  uçot registirlərində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir.

4. Gəlir və xərclər hesabat dövrünə düzgün aid edilməlidir. Uçotda cari xərc­lərin isıehsala (tədavül xərclərinə) və kapital qoyluşlarına ayrılması dürüst mü­əyyənləşdirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesablarının mə­lu­mat­ları ilə üzləşdirilərək onların bərabərliyi və düzgünlüyü müəyyənləş­di­ril­mə­lidir.

5.  Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, vergi orqanları,     in­ves­torlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər mara­ğı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həya­ta keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesablarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırılmaqdır.

Maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etməkdir.

6.  Müəssisədə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavab­deh­dir, Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şərait yaradır, uçotla əlaqədar olan bütün bölmələrinə, xidmətlərin işçiləri    tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatların vaxtında və duzgün tərtib və təqdim edilməsi işində, tələblərin yerinə yetrilməsini tə’min edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.

7. Mühasibat uçotunun təşkili, aparılmasl, uçot siyasətinin formalaş­ma­sı, daxili mühasibat hesabatı, inventarizasiya qaydası, əmlak və öhdəliklərin qiy­mətləndirilməsi üsulları və s. barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qay­dalar və s. hazırlayır. Bu zaman o, mühasibat uçotunun təşkilatı formasını, sənəd dövriyyəsi qaydasını və uçot məlumatlarının texnoloqiyasını təyin edir, daxili uçot və hesabat sistemini işləyib hazırlayır, mühasibat uçotunun  məq­sə­dini   həyata  keçirmək  üçün  vacib  olan təsərrüfat əməliyyatları üzərində qaydasını, sənədlərə imza etmək hüququ olanları və s. müəyyən edir.

8. Müəssisənin mühasibat xidmətinə baş mühasib rəhbərlik edir. Baş mü­ha­sib və mühasibat xidmətinin rəhbəri müəssisə tərəfindən həyata keçrilən    bü­tün təsərrüfat əməliyyatlarının mühasibat uçotu  hesablarında düzgün əks et­dirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, müha­si­bat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddəttərdə tərtib və təqdim  edil­­məsini, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyat­la­rın aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və he­sa­batın məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqti­sa­di təhlilini həyata keçirliməsini tə’min edir. Auditorun tərtib etdiyi proqramaya uyğun olaraq müəssisənin bütün təsərrüfat-maliyyə fəaliyyəti üzrə yoxlamalar aparıldıqdan sonra toplanmış materiallar mühasibat (maliyyə) hesabatının düzgünlüyü və etibarlılığını qiymətləndirməyə şərait yaranır.

Bununla əlaqədar auditor Azərbaycan Respublikası Maliyyə Nazirliyinin illik mühasibat (maliyyə) hesabatının həcmi üzrə müəyyən olunmuş hesabat for­malarını yoxlamaqla, hesabat nəticələrini müəyyənləşdirir. Auditor yox­la­ma­sı ilə əlaqədar müəssisənin balansı, maliyyə nəticəiəri haqqında hesabat, əmlakın hərəkətinə dair hesabat, pul vəsaitinin hərəkətinə dair hesabat, müəs­si­sə balansına əlavə, illik hesabatı izahatlı arayış müvafiq normativ sənədlərlə qüvvədə olan digər hesabat formaları və sair.

Hesabatlar yoxlanarkən auditor qanunvericiliklə müəyyən olunmuş nor­mativ sənədlərlə yanaşı aşağıdakı informasi mənbələrindən istifadə edə bilər:

– müəssisə təsərrüfat maliyyə fəaliyyəti ilə əlaqədar olan hesabat formaları;

– illik hesabatın tərtib olunması ilə əlaqədar olan inventarlaşdırma məlu­mat­ları;

– sintetik və analitik hesablarda əks olunmuş mühasibat uçotu yazılışları və sair.

Audit aparılarkən hesabat ilinin sonuna olan dövr üçün müəssisə balan­sı­nın bütün maddələri, əvvəldəki keçirilən inventarlaşma nəticələri əsasında əsas­lı şəkildə yoxlanmalıdır. Mühasibat uçotu yazılışlarda bütün səhvlər və nöq­sanlar müəyyən olunmalı və aid olan uçot yazılışlarında lazımi düzəlişlər aparılmalıdır.

Auditor balans maddələrinin düzgün qiymətləndirilməsini yoxtamalı və ba­lansa əlavə olunmuş maliyyə nəticələrinin, kapitalın hərəkətinın, pul və satı­şın hərəkəti və digər hesabatların uçot göstəricilərinə uyğunluğunu müəyyən et­məlidir. Bundan sonra auditor mühasibat uçotu analitik və sintetik he­sab­la­rın­da əks olunmuş məlumatları yox-lamalı və həmin göstəricilərin hesabat for­ma­larında əks olan göstəricilərə uyğunluğu müəyyən olunmalıdır. İilik he­sa­bat­lar yoxlanarkən rüblük hesabatlar da yoxlanmalı və onların bir-birinə uyğunluğu müəyyən olunmalıdır. Nəzərə almaq lazımdır ki, rüblük mühasibat hesabının məzmunu və tərkibində illik hesabat göstəricilərindən fərqiər müəy­yən oluna bilər. Belə halda auditor rüblük və illik hesabatların tərtib olunması qaydaları ilə əlaqədar olan məlumatlardan istifadə etməlidir.

Özünüyoxlama sualları
  1. 1.      İllik hesabatın auditor yoxlamasının aparılması zamanı auditor hansı əsas normativ sənədlərə əsaslanmadır?
  2. 2.      Hesabatı kim tərtib edib rəsmiləşdirməlidir?
  3. 3.      Mühasibat hesabatının düzgünlüyünə məsuliyyət kim daşıyır?
  4. 4.      İllik mühasibat hesabatının tərkibi necə olmalıdır?

VII MÖVZU. MUHASİBAT UÇOTUNUN TƏŞKİLİNİN VƏ HESABATININ AUDİTİ” üçün bir cavab

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma