VI MÖVZU. MÜƏSSİSƏNİN MALİYYƏ NƏTİCƏLƏRİNİN AUDİTİ


6.1. Mənfəətin formalaşmasının auditi

6.2. Mənfəətdən istifıadə olunmasının auditi

ƏLAVƏ ƏDƏBİYYAT

1. Danilevskiy Ö.A. Obhiy audit v voprosax i otvetax. – M.: 1995

 

6.1. Mənfəətin formalaşmasının auditi

Sərbəst bazar iqtisadiyyatına keçidlə əlaqqədar olaraq mənfəətin rolu da­ha da artırmaqla, müəssisələrin və dövlətin iqtisadi marağının əsas hərəkət­verici vasiləsi kimi özünü göstərir. Müəssisələrin iqtisadi maraqı bilavasitə mənfəət əsasında qurulmaqla onun iqtisadi və sosial inkişafının əsasını təşkil edir.

Bütün göstəricilərlə əlaqədar olaraq müəssisənin təsərrüfat-maliyyə əməliyyatlarının maliyyə nəticəiərinin formalaşması və onun istifadə olunması ilə əlaqədar olan məsələlərin yoxlamasında əsas vəzifə onun düzgün müəyyən olunması və hesablanıb dövlət büdcəsinə ödəmələrin mövcud olan qanunvericiliyə uyğun icra olunmasını müəyyən etməkdən ibarətdir. Bununla yanaşı mənfəətin düzgün bölüşdürülməsi, fondların yaradılması, dividendlərin ödənilməsi və sair göstəricilərin müəyyənləşdirilməsinə diqqət verilməlidir.

Hər bir müəssisənin hesabat dövrünün son maliyyə nəticələri (mənfəət və zərər) onun məhsul (iş xidməti) satış və digər əmtəə material dəyərinin (əsəs vəsaitlər, qeyri-maddi aktivlər və s.) mövcud olan qiymətlərlə daxli olan pul vəsaiti məbləğindən, əlavə dəyər vergisi daxil olmaqla, müəyyən olunmuş vergilər, aksizlər, onların isıehsalı və satışa sərf olunmuş məsrəflərin çıxılması nəticəsində müəyyənləşdirilir.

İxrac əməliyyatları ilə məşğul olan müəssisələrin mənfəəti hesablanarkən məhsul satışından (İş xidməti) daxil olan pul vəsaiti məbləğindən ixrac üçün müəyyən olunmuş tariflər çıxılmalıdır.

Yekun maliyyə nəticələri hesablanarkən qeyri satış əməliyyatlarından daxil olan vəsaitlər də nəzərə alınmalıdır. Məhsul satışından (iş, xidmət) daxil olan pul vəsaitinin uçotda əks olunması vaxtı müəssisənin uçot siyasətində müəyyən olunmuş qayda üzrə icra olunmalıdır. Belə ki, məhsul satışından daxil olan pul vəsaiti, alıcıya məhsulun yükləndiyi tarixdən hesablaşma sənədlərinin alıcıya təqdim olunması vaxtı və ya yüklənmiş məhsulun (iş, xidmət) dəyərinin müəssisə hesablaşma hesabına daxil olması ilə müəyyən olunur. Onu da nəzərə almaq lazımdır ki, göstərilən formaların hansı istifadə olunarsa həmin forma daimi xarakterdə bir neçə il ərzində tətbiq olunmalıdır.

Onu da xalırladıram ki, birinci hesablaşma forması beynalxalq mühasibat uçotu standartlarda qəbul olunmuş və hazırda dünyanın əsas inkişaf etmiş ölkələrində həmin forma geniş şəkildə istifadə olunur.

Mənfəətin formalaşmasının audit yoxlamasında auditor üçün əhəmiy­yət­siz məsələlər olmamalıdır, bu məsələ ilə əlaqədar olan hər bir nöqsan və çatış­ma­mazlığın müəyyən olunmasının ciddi əhəmiyyəti vardır. Sifarişçi müəssisə üçün buraxılan səhvlərin müəyyən olunub, aradan qaldırılması, onların düzəl­dil­məsi çox vacibdir. Nəzərə almaq lazımdır ki, audit dövründə buraxılmış nöq­sanlar düzəlmədikdə, müəssisə mənfəətinin azaldılması və sair hallar vergi orqanları yoxlayıcıları tərəfindən müəyyən edilir və bu isə böyük məbləğdə cəri­mələrin tutulmasına və digər qanunvericiliyin pozulması hallarına səbəb olur.

Yuxarıda   göstərilənlərlə   əlaqədar   olaraq   yoxlama dövründə auditor aşağdakılara xüsusi diqqət verməlidır:

– büdcəyə avans ödəmələrin hesablanması üçün müəssisə üzrə nəzərdə tu­tul­muş mənfəətin və məhsul, xidmət) satışından daxil olacaq pul vəsaitinin müəyyən olunmasına;

– müəssisə üzrə uçot siyasətində məhsul (iş, xidmət) satışından daxil olan vəsaitin müəyyən olunması formasına dair əmr və ya sərəncamın olması;

– məhsul satışından daxil olan faktiki mənfəətin mühasibat uçot hesab­la­rında düzgün əks olunmasını;

– ümüdsüz debitor borcları üzrə ehtiyat fondunun yaradılmasının düz­gün­lü­yü və əsaslı olması. Belə borclar hesabat ilinin sonunda aparılan invest­or­laş­ma nəticəsində müəyyənləşdirilir. Bu kimi borclara o debitor borcları daxildir ki, müəyyən olunmuş dövr ərzində ödənilməmiş və onun ödənilməsi ümüdsüz­dür,

–   əsas  fondların   və   müəssisənin   digər  əmlakının satışından daxil olan mənfəətin düzgüh hesablanması;

–  xarici iqtisadi fəaliyyətlə əlaqədar olaraq məhsul satışından daxil olan vəsaitin uçotda düzgün əks olunması. Bununla əlaqədar olaraq xatırlamaq lazımdır ki, müəssisə tərəfindən satılan xarici valyuta 48№-li «Sair akttvlərin satışı» hesabında əks olunmalıdır,

–  kommersiya xərclərinin mühasibat uçotunda düzgün əks olunması. Ey­ni zamanda 43№-li «Kommersiya xərcləri» hesabında əks olunmuş məsrəflərin yüktənmiş lakin alıcılar tərəfindən   ödənilməmiş  və  qalığı   olan   məhsullar  üzrə bölüşdürülməsinin müəyyən olunması;

– əvəsiz olaraq başqa müəssisəyə əsas vəsaitlərin və digər aktivlərin verilməsi nəticəsinin uçotda düzgün əks olunması. Mövcud olan qaydalara görə əsas vəsaitlərin və digər aktivlərin başqa müəssisəyə verilməsi ilə əlaqədar zərərlər müəssisə sərəncamında qalan mənfəət hesabına silinməlidir.

– mühasibat uçotu hesabları üzrə 80№-li «Mənfəət və zərərlər», 82№-li «Qiy­mətləndiriləcək ehtiyatlar», 81 №-li «Mənfəətin istifadəsi», 88№-li «Bö­lüş­dürülməmiş mənfəət» (ödənilməmiş zərər) analitik və sintetik hesablarda əməliyyatların düzgün əks olunması;

– tərəflərlə bağlanmış müqavilə şəraitlərinin yerinə yetrilməməsi və müəy­yən hallarda müəssisəyə dəyən itkilər, cərimələr ödəmələrlə əlaqədar mənfəətin (zərərlər) uçotda düzgün əks olunması və sairə.

Auditor yoxlama apardığı dövürdə maliyyə nəticələri ilə əlaqədar olan aşağdakı əsas göstərici və mənbələri yoxlamalıdır:

– məhsul (iş xidmət) satışından;

– əsas vəsaitlərin və digər əmlakın satışından;

– qeyri satış əməliyyatlardan.

Məhsul (iş xidməti) satışı üzrə hesablaşma sənədləri ödənilməsi üçün alıcıya təqdim oiduqca, orada əks olunmuş məbləğlər 46№-li «Məhsul (iş, xid­mət) satışı» hesabının kreditində və 62№-li «Alıcılar və sifarişçilərlə hesab­laş­ma­lar» hesabının debitinə əks etdirilir. Eyni zamanda alıcıya yüklənmiş məh­sulun maya dəyəri 40№-li «Hazır məhsul» 45№-li «Yüklənmiş mallar», 20№-li «Əsas isıehsalat», 37№-li «Məhsul (iş, xidmət) buraxılış» və başqa hesabların kreditindən 46N-İİ «Məhsul (iş, xidmət) satışı» hesabının debetinə silinir.

Məhsul satışından əldə edilən nəticəiər hər ay 46№-li «Məhsul (iş, xidmət) satışı» hesabından 80№-li «Mənfəət və zərər» hesabına silinir.

Müəssisəyə məxsus olan əsas vəsaitlərin satışı və sairə xaric olmaları (mə­nvi, silinməsi, əvəsiz olaraq verilməsi və s.) əməliyyatları haqqında məlu­mat­lar və. onların satışından maliyyə nəticələrini müəyyənləşdirmək üçün 47№-li «Əsas vəsaitlərin  satışi və sair ;xaric olmaları» hesabı müəyyən olunmuşdur.

47№-li «Əsas vəsaitlərin satışı və sair xaricolmaları» hesabının debetində xaric olmuş əsas vəsaitlərin ilk dəyəri, həmçinin əsas vəsaitlərin xaricolunması (binaların, qurğuların və avadanlıqların sökülməsi və s.) ilə əlaqədar xərclər də əks etdirilir. 47№-li «Əsas vəsaitləin satışı və sair xaricolmaları» hesabının kre­ditində xaric olunmuş əsas vəsait obyektlərinə xaricolma vaxtınadək hesab­lan­mış köhnəlmə məbləği, əmlakın satışından əldə edilən pul məbləği və onun si­lin­məsi İlə əlaqədar mümkün istifadə yaxud satış qiymətləri ilə daxil olmuş ma­terial qiymətlilərin dəyəri əks etdirilir. Əmlakın satılmasından əldə edilən pul məbləği yeni satılan əsas vəsaitlər üçün müəssisəyə çatası məbləğ 47№-li «Əsas vəsaitlərin satışı və sair xaricolmalar» hesabının kreditində 76№-li «Müx­­­­təlif debitor və kreditorlarla hesablaşmalar» hesabının debetində əks etdirilir.

47№-li «Əsas vəsaitlərin satışı və sair xaricolmalar» hesabı üzrə debet (zərər), yaxud kredit (gəlir) qalığı cari hesabat dövründə 80№-li «Mənfəət və zərər» hesabına, əvəzsiz olaraq verilməsi hallarında isə müəssisənin xüsusi vəsaitlərini uçota alan hesablara silinir.

Qeyri-satış əməliyyatlarından daxil olan vəsaitlərin mühasibat uçotunda düzgün əks olunmasını müəyyən etmək üçün 80№-li «Mənfəət və zərər» hesabının dövriyyə məbləqləri yoxlamalıdır.

Auditor xatırlamalıdır ki, qeyri-satış əməliyyatları üzrə mənfəət birgə fəaliyyətdə əldə olunan mənfəət, valyuta əməliyyatları üzrə məzənnə fərqindən gəlir, əmlakın kirayəyə verilməsindən, cərimələr və digər iddialar daxil olan mənfəətlər, tələb olunmayan kreditor borcları vaxtı  keçmiş  depozitlərdən  daxil  olan  vəsaitlər və  sair daxildir.

Auditor mənfəətin formalaşması əməliyyatlarının yoxlamasının sonunda hesablar üzrə müxabirləşmələrin düzgün sxema üzrə aparılmasını müəyyənləş­dir­məlidir. Müəssisənin son maliyyə nəticəsinin formalaşmasına dair infor­ma­si­yalar 80№-li «Mənfəət və zərər» hesabında əks olunur. Bu hesabın debetində mü­əssisənin zərərləri, kreditində isə mənfəəti əks etdirilir. Hesabın debet və kre­dit dövriyyələrinin müqayisəsi hesabat dövrünün son maliyyə nəticəsini göstərir.

6.2. Mənfəətdən istifadə olunmasının auditi

Auditor mənfəətinin təyinatı üzrə istifadə olunmasını Azərbaycan Res­pub­likasının Vergi Məcəlləsi, respublika hökümətinin normativ sənədləri, Azər­baycan Respublikası Maliyyə Nazirliyi və müəssisənin təsis edici sənədləri əsasında aparılır. Müəssisələrdə hesabat dövrünün balans mənfəəti (zərəri) və onun istifadəsi balansda ayrıca əks etdirilir. Balansın pasivində alınmış mən­fə­ət və onun avans olaraq istifadəsi, bölüşdürülməmiş mənfəət, balansın aktivin­də isə faktiki alınmış zərər göstərilir. Balansın yekununa ancaq hesabat ilinin və keçmiş illərin ödənilməmiş zərəri və bölüşdürülməmiş mənfəəti daxil edilir.

Hesabat ilinin mənfəətinın həmin il ərzində istifadə olunması haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotu hesablar planında 81№-li «Mənfəətin istifadəsi» hesabı nəzərdə tutulmuşdur. Hesabat ilinin sonunda illik mühasibat hesabının tərtib edilən dövrdə bu hesab bağlanır. Yəni 81№-li «Mənfəətin istifadəsi» hesabında toplanmış məbləğlər dekabr ayının sonunda həmin hesabın krediti üzrə yekun yazılışları aparılmaqla 80№-li «Mənfəət və zərər» hesabının debetinə silinir.

Auditor yoxlama apararkən əldə olunmuş mənfəətin istifadəsi ilə əlaqədar olaraq Baş Kitabda, jurnal-orderlərdə, digər mühasibat uçotu yazılışlarında olan informasiyaları araşdırıb, təhlil etməklə yanaşı 2№-li «Maliyyə nəticələri və on­la­rın istifadəsi haqqında hesabat» göstəricilərindən istifadə etməlidir. Xü­su­silə mən­fə­ətdən büdcəyə ayırmalardan sonra ehtiyat kapital və fondlarına, yığının fonduna, isıehlak fonduna xeyriyyə məqsədlərinə və digər məqsədlərə ayır­maların mövcud qanunvericiliyə uyğun müəyyən olunmasına diqqət verilməlidir.

Nəzərə alınmalıdır ki, büdcəyə vergilərlə əlaqədar olan ödəmələrin tə’min etdikdən sonra qalan mənfəət məbləğinin, əgər təsisedici sənədlərdə digər ayırmalar nəzərdə tutulmamışsa, müəssisələr mənfəətin istifadə olunması təyinatını özləri müəyyən ediriər.

Hesabat ilinin bölüşdürülməmiş mənfəətinin məbləği 80№-li «Mənfəət və zərər» hesabı ilə müxbirləşdirilməklə, dekabrın yekun dövrüyyələrİ ilə 88№-li «Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» hesabının kreditinə sliinir. Hesabat ilinin zərər məbləği 80№-li «Mənfəət və zərər» hesabı ilə müxbirləşdirilməklə, dekabrın yekun dövrüyyələri ilə 88№-li «Böiüşdürülmüş mənfəət (ödənilməmiş zərər)» hesabının debetinə silinir.

Auditor mənfəətin təyinatı üzrə istifadə olunmasının yoxlayarkən müəs­si­sə­nin mənfəətinin istifadə olunması, onun zərələrinin bərpa olunması mənbə­lə­ri, mənfəətin istifadəsində mülkiyyət sahiblərinin qərarlarının olması və həmin göstəricilərin mühasibat uçotu yazılışlarda düzgün əks olunmasına da diqqət verilməlidir.

Özünüyoxlama sualları

  1. 1.      Maliyyə nəticələrinin və onların istifadəsinin uçotunun auditinin aparılması üçün istifadə edilən əsas normativ sənədlərini sadalayın?
  2. 2.      80 №-li hesab üzrə uçotun aparılmasının yoxlanılması necə təşkil olunur?
  3. 3.      81 №-li hesab hansı məqsəd üçün təyin edilmişdir? Bu hesab üzrə uçotun aparılmasının yoxlanılması necə aparılır?
  4. 4.      88 №-li hesab üzrə uçotun aparılması necə yoxlanılır?
Advertisements

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma