Qeydiyyat


Rusiyada qeydiyyat Çap
MMC, QSC, ŞMM, FS (HŞYS) qeydiyyatı, hazır firmaların satışı, təsis sənədlərinə və HŞVDR – yə məlumatların daxil edilməsi və dəyişikliklərin qeydiyyatı.

Əgər Siz ŞİRKƏT QEYDİYYATDAN KEÇİRMƏK qərarına gəlmisinizsə, bizim mütəxəssislərimiz Sizə elə hüquqi-təşkilati formanın seçilməsində köməklik göstərəcəklər ki, Sizin biznesinizin spesifikasına uyğun olacaq, həmçinin də:

  • MMC-nin qeydiyyatı;
  • QSC-nin qeydiyyatı;
  • HŞYS-nin qeydiyyatı;
  • Müəssisələrin qeydiyyatı;
  • Qeyri-kommersiya müəssisələrinin qeydiyyatı.

MMC, QSC, ŞMM qeydiyyatları üçün xidmətlərin qiyməti aşağıdakıların cəmlənməsindən ibarətdir:

1. Firmanın qeydiyyatı üçün 2.000 rubl dövlət rüsumu,

2. Firmanın Nizamnaməsinin dublikatının verilməsi üçün 400 rubl dövlət rüsumu.

Qeydiyyat üçün bizim hüquqi xidmətlərimiz:

  • Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) – 5.500 rubl
  • Qapalı Səhmdar Cəmiyyət (QSC) – 7.500 rubl
  • Şəxsi Mühafizə Müəssisəsi (ŞMM) – 10.000 rubl

Fərdi Sahibkarın (FS, HŞYS) qeydiyyatının qiyməti FS (HŞYS) qeydiyyatı üçün – 400 rubl və hüquqi xidmətlər üçün – 4.500 rubl təşkil edir. Moskvada şirkət qeydiyyatı – MMC, QSC, FS (HŞYS) qeydiyyatı və hazır şirkət satışından əlavə, təsis sənədlərinə və Hüquqi şəxslərin vahid dövlət reyestrinə (HŞVDR) məlumatların daxil edilməsi və hər hansı dəyişikliklərin qeydiyyatı üzrə kompleks xidmətlər göstəririk.

MMC və ya QSC qeydiyyatı üçün Siz aşağıdakı informasiyanı təqdim etməlisiniz:

  1. Qeydiyyata alınan hüquqi şəxsin təsisçilərinin və baş direktorunun pasport məlumatları (fiziki şəxslər üçün), qeydiyyat və təsis sənədləri (hüquqi şəxslər üçün).
  2. Qeydiyyata alınan hüquqi şəxsin Ümumrusiya iqtisadi fəaliyyət növləri klassifikatoruna (ÜİFNK) uyğun fəaliyyət növləri haqqında məlumat.
  3. Seçilmiş vergiqoyma sistemi haqqında məlumat.
  4. Şirkətin möhürlərinin sayı və məzmunu.
  5. Nizamnamə kapitalının miqdarı, səhmlərin miqdarı (QSC) və onların təsisçilər arasında nisbəti.

Müştəri tərəfindən gərəkən hərəkətlər:

  1. Hüquqi şəxsin qeydiyyatı üçün ərizədə imzanın təstiq edilməsi üçün notariusun yanına getmək lazımdır.
  2. Hüquqi şəxsin qeydiyyatı üçün sənədlərin verilməsi və alnması zamanı vergi orqanında iştirak etmək lazımdır.

MMC-nin qeydiyyatı zamanı nəyi bilmək lazımdır?

MMC-nin əlamətləri bunlardır:

  1. Cəmiyyət bir və ya bir neçə iştirakçı ilə təsis edilir;
  2. Cəmiyyətin Nizamnamə kapitalı təsis sənədləri ilə müəyyən edilmiş hissələrə bölünür.
  3. Xüsusi firma adlandırılması (cəmiyyətin adını və “məhdud məsuliyyətli cəmiyyət” sözlərini özündə birləşdirir).
  4. İştirakçılar onun öhdəlikləri üçün məsuliyyət daşımırlar ( iştirak paylarını ödəməyən iştirakçılar cəmiyyətin öhdəlikləri üçün ödəmədiyi pullar həcmində məsuliyyət daşıyırlar.)
  5. İştirakçılar Cəmiyyətin zərəri üçün qoyduqları maya həcmində risk daşıyırlar.
  6. Cəmiyyətin təsis sənədləri nizamnamə və təsis müqaviləsi sayılır. Əgər təsisçi bir nəfərdirsə, onda təsis sənədi yalnız nizamnamə sayılır.

MMC-nin əsas müddəaları:

  1. İştirakçıların sayı 50-dən artıq ola bilməz;
  2. Cəmiyyətin yeganə təsisçisi, bir şəxsdən ibarət olan digər MMC, Əlavə məsuliyyətli cəmiyyət, Səhmdar cəmiyyət yarada bilməz;
  3. Cəmiyyətin iştirakçıları dövlət orqanları və yerli özünüidarə orqanları ola bilməzlər;
  4. Nizamnamə kapitalı Cəmiyyətin qeydə alındığı tarixdə qüvvədə olan qanunvericliyə müvafiq olaraq müəyyən edilən minimum əmək haqqı məbləğinin 100 (yüz) mislindən az ola bilməz;
  5. Ümumi yığıncaqda qərarlar ümumi iştirakçıların səs çoxluğu ilə qəbul edilir;
  6. Cəmiyyətin iştirakçıları cəmiyyətlə əməkdaşlıq etməyə (Cəmiyyərdə işləmək, Cəmiyyətlə əmək və ya podrat müqaviləsi bağlamaq və s.) borclu deyillər;
  7. Cəmiyyətin iştirakçısı öz payını digər iştirakçıya verə bilər;
  8. Cəmiyyətin iştirakçısı üçüncü şəxsə münasibətdə payların satınalınmasında üstünlük hüququna malikdir;
  9. Cəmiyyətin iştirakçısı digər şəxslərin razılığından asılı olmayaraq istənilən     vaxt Cəmiyyətdən çıxa bilər. Bu halda “Məhdud məsuliyyətli cəmiyyət haqqında” Qanunda və Təsis sənədlərində nəzərdə tutulmuş qaydada və müddətdə ona nizamnamə kapitalındakı payına müvafiq olaraq cəmiyyətin əmlakının müəyyən hissəsinin dəyəri ödənilməlidir.

QSC-nin qeydiyyatında nəyi bilmək lazımdır?

QSC-nin qeydiyyatı zamanı Qapalı Səhmdar Cəmiyyətinin Açıq Səhmdar Cəmiyyətindən bir sıra fərqlərini bilmək lazımdır:

  • QSC-də səhmdarlara məlumat vermədən təsis sənədlərinə dəyişiklik etmək olmaz;
  • Əgər Siz öz səhmlarinizi satmaq istəsəniz, QSC-nin səhmdarları Sizin səhmlərinizi almaqda üstünlük hüquqlarına malikdir;
  • QSC-də səhm buraxılışı yalnız qapalı abunə vasitəsilə həyata keçirilir;
  • QSC-nin minimal nizamnamə kapitalı – 10 000 rubldur.
  • QSC-də səhmdarların sayı 50-dən artıq ola bilməz;

 

 

Hüquqi şəxsin qeydiyyatı üzrə bizim xidmətlərimizin nəticələri. Bizim müştəri müvafiq qaydada vergi və digər orqanlarad qeydiyatdan keçən, bütün təsis və qeydiyyat sənədləri ilə birlikdə sahibkarlıq fəaliyyətinə başlamaq üçün tam hazır olan hüquqi şəxs əldə edir.

 

 

Hüquqi şəxsin qeydiyyatını əks etdirən sənədlər:

  1. Vergi orqanlarında qeydiyyat haqqında şəhadətnamə.
  2. MMC-nin qeydiyyatı haqqında şəhadətnamə.
  3. Vergi orqanlarının qeydiyyatla bağlı qeydi ilə birgə(hüquqi şəxsin) təsis sənədləri.
  4. Mosqorstatın informasiya məktubu (statistika kodu).
  5. Büdcədənkənar fondlardan sığorta edənin bildirişi.
  6. Hüquqi şəxslərin vahid dövlət reyestrindən çıxarış.
  7. MMC, QSC-nin möhürü (lazım olarda Möhürlərin reyestrində qeydə almaqla).

 

Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı PDF faylını al Çap E-poçt
  • Yerli investisiyalı hüquqi şəxsin fiziki şəxs tərəfindən təsisi;
  • Yerli investisiyalı hüquqi şəxsin hüquqi şəxs tərəfindən təsisi;
  • Xarici investisiyalı hüquqi şəxsin hüquqi şəxs tərəfindən təsisi;
  • Xarici investisiyalı hüquqi şəxsin fiziki şəxs tərəfindən təsisi;
  • Hüquqi şəxsin nümayəndəliyinin təsisi;
  • Hüquqi şəxsin filialının təsisi.

Daha ətraflı məlumat üçün bizim mütəxəssislərlə +99412 4935556 telefon nömrəsi ilə əlaqə saxlaya və ya info@expertsm.com ünvanına müraciət edə bilərsiniz.


Əgər yerli investisiyalı hüquqi şəxs fiziki şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

• Müəssisənin təsisçisinin(lərin) şəxsiyyət vəsiqəsi(ləri) surəti(ləri);
• Müəssisənin hüquqi ünvanının qeydiyyat vəsiqəsinin və ya şəhadətnaməsinin notarial təsdiq olunmuş forması;
Qeyd: əgər müəssisənin hüquqi ünvanı təsisçinin (və ya təsisçilərdən birinin) adına deyilsə, onda seçilən hüquqi ünvan kimin adınadırsa, onun notariusda təsdiq edilmiş etiraz etmirəm ərizəsi (ərizənin yazılış formasını biz təqdim edirik) bu sənədlərə əlavə olunur.
• Direktor vəzifəsinin icrasına təsisçi(lər) kənar bir şəxsi təyin edirsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş etibarnamə(etibarnamənin yazılış formasını biz təqdim edirik).

Əgər yerli investisiyalı hüquqi şəxs hüquqi şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

• Təsisçi hüquqi şəxsin notariusda təsdiq olunmuş nizamnaməsi;
• Notariusda təsdiq olunmuş təsisçi hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
• Hüquqi şəxsin təsis edilməsi barədə qərar;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına etibarnamə;
• Müəssisənin hüquqi ünvanının qeydiyyat vəsiqəsinin və ya şəhadətnaməsinin notarial təsdiq olunmuş forması.

Əgər xarici investisiyalı hüquqi şəxs hüquqi şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

• Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin təsis edilməsi barədə qərar;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.

Əgər xarici investisiyalı hüquqi şəxs fiziki şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

• Şəxsin öz vətənində hər hansı bir kommersiya hüquqi şəxsin təsisçisi və ya fərdi sahibkar (çox ehtimal şəxsin adı müvafiq reyestrdə qeydiyyatda olmalıdır) olduğunu təsdiq edən notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış sənəd*;
• (daxili və xarici) pasportun surəti;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.

Əgər hüquqi şəxsin nümayəndəliyi təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

• Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin nümayəndəliyinin təsis edilməsi barədə qərar;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.

Əgər hüquqi şəxsin filialı təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

• Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
• Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin filialının təsis edilməsi barədə qərar;
• Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.

*MDB ölkələrində sənədləri leqallaşdırma zəruriliyi yoxdur, çünki bu ölkələr arasında bu zəruriyətdən azad edən müqavilə bağlanmışdır; digər ölkələrə gəlincə, əgər bu ölkə Qaaqa konvensiyasına qoşulubsa (çünki Azərbaycan 02.03.2005-ci il tarixindən konsul leqallaşdırılmasının ləğvi ilə bağlı Qaaqa konvensiyasına qoşulmuşdur) onda sənədlərin konsul leqallaşdırılmasına gərək yoxdur, sənədlər apostil qoyulmaqla leqallaşdırılır.

 

Firma qeydiyyatı üçün peşəkarlara müraciət etmək lazımdı PDF faylını al Çap E-poçt
Bizim mütəxəssislər Bakı şəhərində firmaların qeydiyyatı üzrə xidmətlər bazarında 10 ildən artıq müddətdir ki, fəaliyyət göstərirlər. Bu müddət ərzində bizim tərəfimizdən bir neçə min firma və fərdi sahibkarlar qeydə alınmışdır. Biz bütün incəlikləri və firmaların qeydiyyatı zamanı meydana çıxa biləcək problemləri bilirik. Əgər Siz bisnesə başlamaq qərarına gəlmişsizsə, lakin sizin firmaları yaradılması üzrə suallarınız qalıbsa, Biz sizə hüquqşünaslarımız tərəfindən pulsuz məsləhət xidməti təklif edirik.

Bizim şirkət müxtəlif təşkilati-hüquqi formalı firmaların qeydiyyatı üzrə ixtisaslaşıb.

Firmaların qeydiyyatı üzrə ən çox tələb olunan xidmət MMC-nin (MMC – Məhdud Məsuliyyətli Cəmiyyət) qeydiyyatıdır. Bunun bir sıra səbəbləri vardır.  Bu səbəblərə: belə firmaların yaradılmasının sadələyi, idarə olunmasının asanlığı, nizamnamə kapitalının məbləğinin aşağı olması və s. aiddir.

Firmaların QSC (Qapalı Səhmdar Cəmiyyəti) və ASC (Açıq Səhmdar Cəmiyyəti) formasında qeydiyyatına nadir hallarda rast gəlinir.

Qeyri-kommersiya xarakterli təşkilatların (qeyri-kommersiya xarakterli partnyorluq, muxtar  qeyri-kommersiya təşkilatı və s.) isə qeydiyyatına çox nadir hallarda rast gəlinir.


Hüquq ədəbiyyatı və dərgilərində firmaların qeydiyyatı prosesi ilə əlaqəli müxtəlif sinonim ifadələrə – MMC-nin qeydiyyatı, şirkətlərin qeydiyyatı, müəssisələrin qeydiyyatı və təşkilatların qeydiyyatı ifadələrinə rast gəlinir. Biz kiçik araşdırma apardıq və hüquqi şəxslərin qeydiyyatı prosesini müəyyənləşdirərək bu ifadələrin hansının işlədilməsinin daha məqsədəuyğun olmasını müəyyənləşdirməyə çalışdıq.

Firmaların qeydiyyatı prosesi ilə bağlı terminalogiya üzrə tarixi-hüquqi arayış.

Daha sonra biz aşağıdakı hüquqi terminlərin tarixi və mənası barədə danışacağıq: hüquqi şəxslərin qeydiyyatı, təşkilatların qeydiyyatı, firmaların qeydiyyatı, müəssisələrin qeydiyyatı, MMC-nin qeydiyyatı, QSC-nin qeydiyatı, Fərdi sahibkarın qeydiyyatı, dəyişikliklərin qeydiyyatı, hüquqi ünvanın qeydiyyatı.

Hüquqi şəxslərin qeydiyyatı.

Hüquqi şəxslərin qeydiyyatı – hüquqi nöqteyi nəzərindən bu termin hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində istifadə edilən müxtəlif terminlər içərisində ən düzgünüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.Hüquqi şəxs Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdırlar. Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatlar hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilir.

Təşkilatların qeydiyyatı

Təşkilatların qeydiyyatı – əvvəlki abzasda hüquqi şəxs anlayışını müəyyən edərkən təşkilat termini daxil edilir. Aydındır ki, təşkilatların qeydiyyatı anlayışı hüquqi şəxslərin qeydiyatı anlayışının sinonimidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət əldə etmək olan təşkilatlara (kommersiya təşkilatları) və fəaliyyətinin əsas məqsədi mənfəət əldə etmək olmayan təşkilatlara bölünürlər. Kommersiya təşkilatlarına təsərrüfat ortaqlıqları və cəmiyyətlərini, istehsalat kooperativlərini, dövlət və bələdiyyə müəssisələrini misal göstərmək olar. Qeyri-kommersiya təşkilatlarına isə istehlak kooperativlərini, ictimai və dini təşkilat və birlikləri, xeyriyyə və digər fondları misal göstərmək olar.

Firmaların qeydiyyatı.

Firmaların qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı, müəssisələrin qeydiyyatı anlayışları ilə eyni məna kəsb edir. Hüquqi termin kimi firmaların qeydiyyatı anlayışına ilk dəfə SSRİ Xalq Komisarları Sovetinin 22 iyun 1927-ci il tarixli Qərarı ilə ilə təsdiq edilmiş “Firmalar haqqında Əsasnamə” sənədində rast gəlinir. Bu sənəd SSRİ dövründə YİS-in (Yeni İqtisadi Siyasət) inkişafının birinici hüquqi əsası olmuşdur. Buna görə də, təşkilatların qeydiyyatı prosesini müəyyən edən firmaların qeydiyyatı anlayışı yalnız hüquqi deyil, eyni zamanda tarixi köklərə malikdir.

Müəssisələrin qeydiyyatı.

Müəssisələrin qeydiyyatı termini də ilk dəfə yuxarıda adı çəkilən “Firmalar haqqında Əsasnamə”yə daxil edilmişdir. “Firmalar haqqında Əsasnamə”yə müvafiq olaraq dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərə məxsus olan müəssisələrin, kooperativ formasında müəssisələrin qeydiyyatı həyata keçirilə bilər. Buna görə də bu sənəddə müəssisələrin qeydiyyatı termini firmaların qeydiyyatı termininin tam analoqu kimi çıxış edir.

Şirkətlərin qeydiyyatı.

Şirkətlərin qeydiyyatı termininə rəsmi hüquqi sənədlərdə tes-tes rast gəlinir, dövriyyədə aşağıdakı formalarda tətbiq edilir: dövlət şirkətləri, xarici şirkətlər, offşor şirkətlər. Təəssüflər olsun ki, bu terminin hüquqi leksikonda ilkin mənbəyini müəyyən edə bilmədik. Mənasına görə, şirkətlərin qeydiyyatı anlayışından istənilən kifayət qədər böyük şirkət və təşkilatlara münasibətdə istifadə etmək olar.

 

MMC-nin qeydiyyatı.

MMC-nin qeydiyyatı  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87-ci maddəsi ilə müəyyən edilir. Bu termin artıq yuxarıda qeyd edilən terminlər kimi istənilən şirkətin qeydiyyatı mənasını daşımır. MMC-nin qeydiyyatı termini müstəsna olaraq kommersiya təşkilatlarının MMC – Məhdud Məsuliyyətli Cəmiyyət təşkilati-hüquqi hüquqi formasında qeydiyyatında istifadə edilir.  Məhdud Məsuliyyətli Cəmiyyət bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Daha doğrusu, MMC-nin qeydiyyatı anlayışı yalnız hər hansı bir şirkətin yaradılması prosesini deyil, həm də onun MMC formasında təşkilati-hüquqi formasını müəyyən edir.

QSC-nin qeydiyyatı.

QSC-nin qeydiyyatı da MMC-nin qeydiyyatı kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilir (maddə 100). QSC-nin qeydiyyatı temini də özündə təşkilatın yalnız QSC – Qapalı Səhmdar Cəmiyyəti təşkilati hüquqi formasında qeydiyyatını nəzərdə tutur. QSC-nin MMC-dən fərqi ondan ibarətdir ki, QSC-nin qeydiyyatı çox vaxt iri şirkətlərin, yaradılması, qeydiyyatı və idarə olunması üçün kifayət qədər iri məbləğdə pul vəsaitini cəlb etmək məqsədilə həyata keçirilir. QSC-nin iştirakçıları Qapalı Səhmadr Cəmiyyətinin idarə olunmasına və mülkiyyətinə hüquq verən səhmlərə malik olurlar.

 

ASC-nin qeydiyyatı.

ASC-nin qeydiyyatı dedikdə səhmdar cəmiyyətin ASC – Açıq Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formadasında qeydiyyatı başa düşülür. ASC-nin QSC-dən fərqi ondan ibarətdir ki, ASC-nin səhmdarları digər səhmdarların razılığını almadan səhmlər üzrəində istədikləri kimi sərəncam verə bilərlər.

FS-ın qeydiyyatı (fərdi sahibkarın qeydiyyatı və ya bu terminin köhnəlmiş variantı – HŞYS) FS-in qeydiyyatı və ya bəzən fərdi sahibkarın qeydiyyatı, xüsusi sahibkarın qeydiyyatı kimi adlanan bu xidmət o mənanı verir ki, vətəndaş fərdi sahibkar kimi qeydə alındığı anadan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir. Əvvəllər fərdi sahibkar HŞYŞ – hüquqi şəxs yaratmadan sahibkar adlanırdı.

Dəyişikliklərin qeydiyyatı

Dəyişikliklərin qeydiyyatı termini altında hüquqi şəxsin təsis sənədlərinə aşağıdakı dəyişikliklərin qeydiyyatı ilə bağlı xidmətlər daxildir:- hüquqi ünvanın (hüquqi şəxsin yerləşdiyi yerin) dəyişilməsi;- hüquqi şəxsin adının dəyişilməsi;- hüquqi şəxsin təsisçisinin və baş direktorunun pasport məlumatlarının dəyişilməsi;- hüquqi şəxsin direktorunun və ya baş direktorunun dəyişilməsi;- hüquqi şəxsin təsisçisinin və iştirakçısının dəyişilməsi;- hüquqi şəxsin nizamnamə kapitalının artırılması və ya azaldılması.

Hüquqi ünvan

Hüquqi ünvan – “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununda“hüquqi şəxsin yerləşdiyi yer” terminindən istifadə edilir. “Hüquqi şəxsin yerləşdiyi yer” dedikdə, hüquqi şəxslə əlaqə saxlanılan hüquqi şəxsin icra orqanının daimi yerləşdiyi yer başa düşülür. Məhz bu termin hüquqi şəxs hüquqi ünvanı anlamını verir.

Offşorlar: vergisiz biznes

Expert SM şirkəti istənilən offşor zonada offşorların qeydiyyatını təqdim edir.

Etibarlı və qisa müddətdə: offşorlar.

Offşor (ingiliscədən “offshore” – “sahilsiz”, “sərhədsiz”) – bu vergilərin planlaşdırılmasının üsullarından ən tanınmış və əhəmiyyətlisidir. Bu üsulun hüquqi bazası xarici vətəndaşlara məxsus olan və offşor kimi qeydiyyatdan keçirilmiş qismən və ya təmami ilə şirkəti vergidən azad edən bir çox ölkələrin qanunvericiliyidir.

Offşorları harada qeydiyyatdan keçirirlər.

Bugünkü günə dünyada 60-dan çox ölkə mövcuddur ki, hansıların qanunvericiliyi offşorlar üçün güzəştli vergilər nəzərdə tutur. Ən məhşurlarının sırasına daxildir: Kipr, Britaniyanın Vircin adaları, Baham adaları, İrlandiya, Lixtinşteyn. Vahid Avropanın yaranması ilə əlaqədar proseslərin nəticəsində yuxarıda sadalanan ölkələrin əksıriyyəti artıq etibarlı offşor zona funksiyalarını yerinə yetirə bilmirlər.

Prinsip etibarı ilə bütün ölkələri iki qrupa bölmək olar:

• Birincisi – offşor şirkətlərə nisbətən kiçik vergi qoyan ölkələr,

• İkincisi – offşor şirkətləri hər-hansı vergidən təmami ilə azad edən ölkələr (bu halda şirkət qeydiyyat ölkəsinin hökumətinə vergisiz sahibkarlıq və ya investisiya fəaliyyəti ilə məşqul olmaq üçün təsbit edilmiş rüsum ödəməlidir).

Xüsusən məhşur olan offşor zonalar və offşorlar:

• Britaniya Virciniya adaları/ BVİ-da Offşor / Hazır offşorlar (BVİ)

• Seyşel adaları / Seyşeldə Offşor / Hazır offşorlar (Seyşel)

• Beliz / Belizdə Offşor / Hazır offşorlar (Beliz)

• Dominikana / Dominikanada Offşor / Hazır offşorlar (Dominikana)

• Nevis / Nevisdə Offşor / Hazır offşorlar (Nevis)

• Gibraltar / Gibraltarda Offşor / Hazır offşorlar (Gibr.)

• Panama / Panamada Offşor / Hazır offşorlar (Panama)

• Bahama adaları /Bahamada Offşor / Hazır offşorlar (Bahama)

• Mavrikiya / Mavrikiyada Offşor / Hazır offşorlar (Mavrikiya)

• Honkonq / Honkonqda Offşor / Hazır offşorlar (Honkonq)

• Kipr / Kiprdə Offşor / Hazır offşorlar (Kipr)

100 % vergisiz offşorların və offşorlara aid edilməyən şirkətlərin istiradə olunması Sizə öz biznesinizi daha effektiv idarə etməyə imkan yaradacaq.

Etibarlı və qısa müddətdə: bank hesabları

Expert SM şirkəti dünyanın ən etibarlı banklarında bank hesablarının açılması üzrə xidmətlər təqdim edir.