Müqavilələrin tərtib edilməsi və yoxlanması


Biz hər hansı bir təyinatlı və ən çətin spesifik xüsusiyyətli müqavilələrin tərtib edilməsi, yoxlanılması və korrektəsi üzrə xidmətlər göstəririk. Və bizim üçün fərqi yoxdur – bu müqavilə alqı müqaviləsidir, ya əməkdaşlıq üzrə razılaşmadır və yaxud da ki, beynəlxalq müqavilədir – biz onun nəzərdən keçirilib öyrənilməsinə həmişə hazırıq.Təsərrüfat fəaliyyəti prosesi gedişatında kontagentlərlə, partnyorlarla, əməkdaşlarla müqavilə münasibətlərininin savadlı şəkildə rəsmiləşdirilməsi zəruriyyəti yaranır. Müqavilənin bağlanmasından öncə onu tərtib etmək lazımdır.  Bu prosedur isə şirkət rəhbərliyinin və hüquq şöbəsinin ən ciddi və tələbkar nəsəri-diqqətində olmalıdır. Və bu zaman, şirkətdə heç də həmişə sənədi yoxlaya və ona korrektə, yəni düzəlişlər edə bilən ixtisaslaşdırılmış hüquqşünas olmur. Bu problem, bizim şirkətə müraciət etməklə, çox asanlıqla aradan qaldırılır.

Bəzən şirkətlərə onların öz cari fəaliyyətlərini həyata keçirmələri üçün bir neçə nümunəvi, standart müqavilə kifayət edir. Bunun üçün şablon variantlarda müqavilələrin hazırlanması kifayət edir. Lakin, biz hazır universal formalı müqavilələrdən istifadə olunmasını məsləhət bilmirik. Axı, müqavilə bağlanan zaman çox az adam onun nəticələri barədə düşünür. Mübahisəli vəziyyətin yarana biləcəyi, üzərinə götürülən öhdəliklərin və müqavilənin digər şərtlərinin pozulması – uzaq və qeyri-mümkün bir şey kimi görünür.

Lakin, nə isə baş verir… Bax elə onda müqavilə sənədləri daha diqqətlə öyrənilən predmetlər sırasına keçir. Amma bir çox hallarda isə artıq gec olur. Və bu zaman, qələbə çalan – müqavilənin tərtib edilməsinə onun şərtlərinin müzakirəsi mərhələsində daha savadlı yanaşan tərəf olur.

Bax, elə buna görə də qanun normalarını pozmamaq şərtilə müqavilənin düzgün tərtib edilməsi çox mühüm məsələdir. Əməkdaşlar ştatı sıralarında mütəxəssisin saxlanmasına əhəmiyyətli xərclər çəkməyəsiniz deyə, Siz bizə nümunəvi, standart tipli müqavilələrin tərtib edilməsini sifariş verə bilərsiniz. Biz Sizin fəaliyyət spesifikanızı və konkret razılaşmanın xüsusiyyətlərini öyrənib, maksimal şəkildə Sizin maraqlarınızı müdafiə edən optimal bir müqavilə variantı təklif edəcəyik.

Zərurət halında və konkret razılaşdırmanın müzakirəsi prosesi zamanı lazım olanda isə Siz əlavə düzəlişlər üçün bizə müraciət edə bilərsiniz. Biz həmçinin Sizin partnyorların müqavilələrinə ixtilaf protokolları da tərtib edə bilərik. O cümlədən də, belə müqavilələrdə olan Sizi maraqlandıran bəndləri və onların mümkün nəticələrini Sizə izah edərik.

Belə ki, danışığımız puldan irəlidir. Və bu – həqiqətən də belədir!

 

Müqavilələrin tərtib edilməsi və yoxlanması” üçün 2 cavab

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma