MÖVZU VII. MALİYYƏ NƏTİCƏLƏRİNİN VƏ ONUN İSTİFADƏSİNİN UÇOTU


  1. Maliyyə nəticələri, onun tərkibi və uçotunun vəzifələri
  2. Müəssisənin mənfəət və zərərinin uçotu
  3. Mənfəətin bölüşdürülməsi və istifadə olunmasının uçotu

ƏLAVƏ ƏDƏBİYYAT

            Q.Abbasov «Maliyyə nəticələrinin mühasibat uçotu», «Maliyyə və uçot» jurnalı, № 5-6, 1999

Ə.Daşdəmirov «İnvestisiya şəraitində mənfəətin iqtisadi təhlilinin xüsusiyyətləri», «Ekspert» jurnalı, № 10-11, 2000

F.Hacıyev «Mənfəətin vergiyə cəlb olunmasının auditi», «Ekspert» jurnalı, № 10-11, 2000

7.1. Maliyyə nəticələri, onun tərkibi və uçotunun vəzifələri

Müəssisənin işgüzar fəaliyyətinin müəyyən olunma­sı­nın ən vacib forması onun hesabat dövründə istehsal və maliyyə-təsər­rü­fat fəaliyyəti nəticəsində əl­də etdiyi ma­liyyə nəticəsi göstə­ricidir. Bu göstərici mən­fəət və zərərlə nəticələnə bilər. Maliyyə Nəticəsi Azərbaycan Res­pub­­li­kasının «Mühasibat uçotu haq­qın­da» Qanunun tələblərinə uyğun olaraq hesabat bütün əmə­liyyatlarının nə­ticələrinin və müha­si­bat uçotu maddə­lə­ri­nin qiymətləndirilməsi nəticəsi kimi müəyyən­ləş­dirilir.

Müəssisənin hesabat dövründəki fəaliyyəti ilə əla­qə­dar maliyyə nəticəsi (mənfəət, zərərlər) onun özünə­məx­sus kapitalının artma və ya azalma həcmi ilə mü­əy­yən olunur. Müəssisənin maliyyə-təsərüfat fəaliyyəti nə­ticəsində özü­nə­məxsus kapitalın artması mənfəət və zərərə uyğunlaşır. Maliyyə nəticəsi hesabat işinin əvvəlindən sonuna, qədər olan dövrü əha­tə edir.

Mühasibat uçotu nəticəsi kimi müəyyən olunmuş mən­fəət və zərər müəssisənin maliyyə-təsərüfat fəaliy­yə­tində aşağıdakı mənbələrdən əmələ gəlir:

a) müəssisənin bilavasitə yerinə yetirdiyi cari fəa­liy­yətdən, yəni məhsul satışından, işlərin və xidmətlərin yerinə ye­ti­ril­mə­sin­dən yaranmış nəticə (mənfəət, zərər);

b) əsas vəsaitlərin və digər aktivlərin satışından olan ma­liy­yə nəticəsi;

v) satışla əlaqədar olmayan maliyyə – təsərüfat  əmə­liyyat­la­rından əldə olunan mənfəət və zərərlər;

q) mənfəətdən büdcəyə ödəmələr üzrə xərclər.

Yuxarıda göstərilən mənfəət və zərərin yekunu mü­əs­sisənin özünəməxsus kapitalının artması və ya azal­ma­sı­nı əks etdirir.

Müəssisələr hesabat ilinin tam yekunu əsasında ma­liyyə nəticəsini müəy­yən edir. Hesabat ili üzrə balans mənyəəti, büdcə ilə hesablaş­maların nəticəsi nəzərə alın­maqla müəyyən olunur. Balans mənfəəti müəssisənin bü­tün istehsal və qeyri-istehsal maliyyə-təsərüfat  fəaliyyəti üzrə əldə olunmuş mənfəətin ye­kunu hesab edilir.  Qanunveri­ci­lik­də müəyyən olunmuş vergilər və digər icbari təd­i­y­yələr ödəndikdən sonra müəssisənin sərəncamında qalan mənfəət onun xalis mənfəəti sayılır.

Hesabat ili dövründə yaranmış xalis mənfəətin mü­əs­sisənin fəaliyyətində xüsusi əhəmiyyəti vardır. Müəssisənin sə­rəncamında qalan mənfəət müəyyən təyinatlar üzrə bö­lüş­dürülür. Mənfəətin qalığı, onun hərəkətinin uçotu və onun gələcək bölüşdürülməsi ilə əlaqədar əməliyyatları açılmış şəkildə əks et­dirmək üçün mü­ha­si­bat uçotunda bölüşdürülməmiş mənfəət göstəricisi müəy­yən olunmuşdur. Hesabat ilinin bölüşdürülməmiş mən­fə­ətinin qalıq məbləği müəssisənin illik balansında, keçən və hesabat ilinin bölüş­dü­rül­məmiş mən­fə­əti­nin hərəkəti isə 88 «Bölüşdürülməmiş mənfəət (ödə­nilməmiş zərər)» hesa­bında əks etdirilir.

Satış əməliyyatlarının yekun (mənfəət və ya zərər) göstəriciləri ilk növ­bə­də satışla əlaqədar hesab­lar­da ayrı-ayrılıqda əks olunur və sonra ümumi məb­ləğ mənfəət və zə­rər hesabına köçürülür. Bunula əlaqədar olaraq mühasibat uçotunda 46 «Məhsul (iş,  xidmət) satışı», 47  «Əsas vəsaitlərin satışı və sair xa­ric­ol­ma­la­rı» , 48 «Sair aktivləri satışı» adlı xüsusi hesab­lar­dan istifadə olunur. Satış hesabları hər ayın sonunda bağ­lanır və heç bir qalığa malik olmurlar.

Müəsisənin əsas fəaliyyəti dairəsində istehsal edi­lən, yerinə yetirilən, yaxud göstərilən iş, xidmət 46 «Məh­sul (iş, xidmət) satışı» hesabında müəyyən edilir. Hə­min hesabda satışdan daxil olan məbləğlə (46 he­sa­bın kredit dövriyyəsi) satılmış məhsulun tam maya də­yəri (46 hesabın debeti) arasındakı fərq müəs­si­sə­nin ma­liyyə nəticəsini- mənfəət və ya zərəri təşkil edir. 46 saylı hesabın kredit dövriyyəsi onun debet dövriy­yə­sin­dən çox olan hallarda həmin çox hissə son nəticənin mənfəətlə başa gəlməsini gös­tərir və bu əməliyyat uçotda aşağıdakı kimi əks etdirilir:

D-t  46 № «Məhsul (iş, xidmət) satışı» hesabı

K-t 80 № «Mənfəət və zərər» hesabı.

Satışdan zərər əldə edildikdə (46 hesabın debet dövriyyəsi, kredit dövriy­yə­sindən çox olan hallarda) 80«Mənfəət və zərər» hesabının debeti 46  «Məh­sul (iş, xidmət) satışı» hesabının krediti ilə müxabirləşməklə uçotda əks etdirilir.

Beləliklə göründüyü kimi 46 «Məhsul (iş, xidmət) satışı»  he­sa­bı məhsul­ların, malların, yerinə yetirilmiş işlərin və gös­tə­rilmiş xidmətlərin satışı prosesi haqqında məlumatları ümumiləşdirmək və onların satışından əldə edilən maliyyə nəticəsini müəyyən  etmək üçün nəzərdə tutulmuşduruşdur. Bu hesab qeyd etdildiyi kimi məhsul sa­tı­şının tam maya dəyərini və satışdan əldə edilən pul və­sa­it­lərini əks etdirir.

Satılan məhsulların analitik uçotu ayrı-ayrı məh­sul­lar və məhsul qrupları üzrə ayrılıqda aparılır. Bu qay­da­ uçotun operativliyini və analitikliyini yüksəltməklə hər bir məh­sul qrupu üzrə rentabellik səviyyəsini hesab­la­mağa imkan yaradır.

Əsas vəsaitlərin satışı və sair xaric olmalarının nəticələri 47 «Əsas vəsait­lə­rin satışı və sair xaric­ol­maları», digər aktivlərin satışının nəticələri isə 48 «Sair aktivlərin satışı» hesablarında əks etdirilir. Müəssisənin əsas vəsaitlərinin və sair ak­tiv­lə­ri­nin satışından əldə olunan mənfəət və ya zərər ilk, satış və ya qalıq dəyəri ara­sın­da­kı fərq kimi müəyyən edilir. 47 «Əsas vəsaitlərin sa­tışı və sair xaricolmaları» hesabı müəssisəyə əsas vəsa­it­lə­rin satışı və sair xaricolmaları prosesləri haqqında mə­lu­mat­­ları ümumiləşdirmək, eləcə də onların satışından da­xil olan maliyyə nəticələrini müəyyənləşdirəmək üçün nə­zər­də tutulmuşdur.

7.2. Müəssisənin mənfəət və zərərinin uçotu

Sərbəst bazar iqtisadiyyatına keçid şəraitində isteh­sa­lın inkişaf etdiril­məsinə marağın artmasında müəssisə mənfəətinin rolu böyükdür. Təsərüfat əməliyyatlarının ic­rasında müəssisələrdə mənfəətlə yanaşı zərər də yaranır.

Hesabat dövründə müəssisə üzrə əldə olunmuş mən­­fəət və zərər əks etdir­mək üçün hesablar planında 80«Mənfəət və zərər» aktiv-passiv hesabı nəzərdə tu­tulmuşdur. Bu hesabda müəssisədə müəyyən olun­muş bütün mənfəət və zərər məbləğləri əks olunur.

Müəssisənin son maliyyə nəticəsi məhsul (iş, xid­mət) satışı, digər maddi sərvətlərin satışı, habelə sa­tış­dan kənar gəlirlər və itkilərdən asılı olaraq for­ma­laşır. 80«Mənfəət və zərər» hesabının debetində müəs­si­sə­nin zərəri, kreditində isə mənfəəti əks etdirilir. Həmin he­sabın debet və kredit dövriyyəsinin üzləş­dirilməsi nəticəsində müəyyən olunmuş məbləğ hesabat dövrünün son maliyyə nəticəsini göstərir.

80 «Mənfəət və zərər» hesabı üzrə qalıq müəs­si­sənin hesabat ilinin əvvə­lin­dən sonunadək artan yekunlar maliyyə nə­ticələsini xarakterizə etməklə, kre­dit qalı­ğı­nın ümumi məbləği hesabat dövrünün mənfəətini. Əgər hesabat dövründə 80 hesabat debet qalığı isə zərərini göstərir.

Belə nəticənin müəyyən olunması hesabat döv­rü­nün maliyyə nəticəsinin mənfəət və ya zərərini göstərir. Hesabat dövrünün sonunda illik müəssisə balansının tərtib olunması ilə əlaqədar olaraq 80 «Mənfəət və zərər» hesabı bağlanır və aşağıdakı yazılış aparılır:

Ümumi mənfəət məbləği üzrə:

Debet 80 «Mənfəət və zərər» hesabı,

Kredit 88 «Bölüşdürülmüş mənfəət (ödənilməmiş zərər)» hesabı.

Ümumi zərər məbləği üzrə:

Debet 88 «Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» hesabı.

Kredit 80 «Mənfəət və zərər» hesabı.

Ümumiyyətlə hesabat dövrü ərzində 80 «Mənfəət və zərər» hesabı üzrə aşağıdakı əməliyyatlar əks etdirilir:

  1. Hazır məhsulların işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən əmələ gələn mənfəət və zərərlər;
  2. Təchizat – satış və ticarət müəssisələrində məh­sul və tara satışından əmələ gələn ümumi gəlir­lər;
  3. Əsas vəsaitlərin satışı və sair xaric olmadan ya­ra­nan mənfəət və zərərlər;
  4. Materialların və müəssisənin digər aktivlərinin (qeyri-maddi aktivlərin, qiymətli kağızların və s.) satışından daxil olan mənfət və zərərlər.

Göstərilən nəticələr mühasibat uçotunun hesablar Pla­nı­na uyğun olaraq 46 «Məhsul (iş, xidmət) satışı», 47 «Əsas vəsaitlərinin satışı və sair xaricol­ma­ların satışı», 48 «Sair aktivlərin satışı» hesabları ilə müxabir­ləş­mək­lə 80 «Mənfəət və zərər»hesabının debetinə və ya kreditinə silinir.

Bunlardan başqa məhsul satışı prosesi ilə əlaqədar olmayan satışdan kə­nar gəlir və itkilər də əmələ gəlir ki, onun da uçotu bilavasitə 80 «Mənfəət və zə­rər» hesabında aparılır. Satışdan kə­nar gəlir və itkilərə müəssisə əmlakının icarəyə verilmə­sin­dən əldə edilən gəlir, digər müəssisələrlə bağlanmış tə­sər­rüfat əlaqələri ilə əlaqədar müqavilə şərtlərinin yerinə ye­tirilməsi nəticəsində əldə edilən gəlir, ödənilən cə­ri­mə­lər, rüsumlar, hesabat ilində müəyyən olunan keçmiş il­lə­rin gəlirləri, valyuta vəsaitinin satışından əmələ gələn gə­lir və itkilər, ödəmə vaxtı keçmiş kreditor və deponent borc­larının silinməsindən, əvvəl ümidsiz sayılan, lakin ca­ri hesabat dövründə daxil olan debitor borcları, bi­la­va­sitə istehsal və məhsul satışı ilə əlaqədar olmayan digər əməliyyatlardan daxil olan gəlirlər aid edilir.

80 «Mənfəət və zərər» hesabında əks etdirilən itkilər və sair məsrəflərə isə icarəyə götürülən əmlaka sərf olunan xərclər, istehsal ehtiyatları və hazır məhsulların yenidən qiymət­lən­dirilməsi nəticəsində yaranan itkilər, debitor borc­la­rın silinməsindən yaranmış zərərlər, təbii fəlakət nəti­cə­sində müəyyən olunmuş itkilər, valyuta əməliyyatları ilə əlaqədar məzənnəsinin dəyişməsindən itkilər və sairə aid edilir.

7.3.Mənfəətin bölüşdürülməsi və istifadə olunmasının uçotu                                            Müəssisənin balans mənfəəti (zərəri) mühasibat uço­tu əsasında təsərrüfat əməliyyatlarının qiymətlən­di­ril­məsinin sonuncu maliyyə nəti­cə­si kimi məhsul­ların əsas vəsaitlərin və başqa əmlakların, satışından olan mənfəəti (zərəri), həmçinin qeyri-satış əməliyyatlarından əldə edilən gəlirləri özündə cəmləşdirir.

Hesabat ili ərzində müəssisənin mənfəəti toplanır və onun bölüşdürül­məsi ilin sonunda icra olunur.

Hesab dövrünün balans mənfəəti (zərəri) və onun istifadə olunması ba­lansda ayrıca əks etdirilir. Balansın passivində maliyyə – təsərrüfat fəa­liy­yə­tindən əldə olun­ın mənfəət və onun avans olaraq istifadəsi, bölüş­dü­rül­məmiş mənfəət, aktivində isə faktiki alınmış zərər göstərilir. Balansın yekununa he­sabat ilinin və keç­miş illərin ödənilməmiş zərəri və ya bölüşdürülməmiş mən­fəəti daxil edilir.

Müəssisənin hesabat ili ərzində əldə etdiyi mənfəət toplanan bölüş­dü­rül­mə­miş mənfəət kimi artan yekunla ildə ba­lan­sda əks olunur. Onun bölüş­dürül­məsi ancaq ilin sonunda balans tərtib olunarkən yerinə yeti­rilir. Lakin il ər­zin­də alınmış mənfəətdən vergi kimi büdcəyə ödə­niş­lər və xüsusi təyinatlı fond­lara ayrımalar aparılır. Mənfəətin bölüş­dürül­məsi mövcüd olan normativ qa­nun­verici aktlar və təsis sənədlər əsasında tən­zim­lənir.

Mənfəətin il ərzində istifadə olunmasının uçotu mü­əs­sisədə 80 «Mənfəət və zərərlər», onun istifadə olunması isə 81 «Mənfəətin istifadəsi» hesablarında əks olunur. Beləliklə göründüyü kimi 81 «Mənfəətin istifa­dəsi» he­sabı hesabat ilində mənfəətin istifadə olunması haqqında məlu­matları ümumiləşdirmək üçün təyin edilmişdir. Hesabat ilinin başa çatdırılması ilə əlaqədar olaraq illik mühasibat hesabatı tərtib edilən zaman bu hesab bağlanır. Hesab aktiv he­sab­dır. 81«Mənfəətin isti­fa­dəsi» hesabının xüsusiyyəti ondan il ərzində ancaq de­bet yazılışlarının aparılmasından ibarətdir. Bu he­sa­bın kreditində isə ancaq ilin sonunda illik balansın tərtib olunması dövründə yazılışı aparılır.

81«Mənfəətin istifadəsi» hesabında cəmlənən məbləğ ilin sonunda (de­kabr ayında) özünün krediti üzrə yekun yazılışları aparılmaqla 80 «Mənfəət və zərər» hesabının debetinə silinir.

81«Mənfəət istifadəsi» hesabının

81/1 «Mənfəətdən büdcəyə ödəmələr».

81/2 «Mənfəətin başqa məqsədlərə istifadəsi» subhesabından istifadə olunur.

81/1 «Mənfəətdən büdcəyə ödəmələr» subhesabı qanunvericiliklə müəy­yən edilmiş mənfəətdən il ərzində hesablanmış avans və faktiki mənfəətdən ye­nidən hesablamalar aparmaqla vergi ödəmələri uçota alınır. Bununla əlaqədar olaraq büdcəyə ödəmələr üzrə hesablanmış vergi məbləği üçün aşağıdakı yazılış aparılır:

Debet 81/1 «Mənfəətdən büdcəyə ödəmələr».

Kredit 68 «Büdcə ilə hesablaşmalar».

Bir qayda olaraq mənfəətdən vergilərin hesablanması və ödənilməsi mü­vaifq qanun­verici və digər normativ aktlarla tənzimlənir. Hesablanmış vergi məb­ləği büdcəyə köçürüldükdə isə 68 «Büdcə ilə hesablaşmalar» hesa­b­ının debetinə, 51 «Hesablaşma hesabı»nın kreditinə yazılış edilir.

81-2 «Mənfəətin başqa məqsədlərə istifadəsi» subhesabında müəs­sisənin fəaliyyətinin və kollektivin sosial inkişafını həyata keçirmək üçün zəruri olan ehtiyat kapitalına və digər fondlara ayırmalar, eləcə də mən­fə­ətin digər məq­sədlərə istifadəsi uçota alınır. Müəssisə fondlarının yaradılması və mənfəətin digər məqsədlərə istifadəsi qaydaları müəs­sisənin təsis sənədləri ilə tənzimlənir.

Xüsusi təyinatlı fondlara – yəni yığım, istehlak və so­sial sferalar fondlarına ayırmalar təsis sənədlərinə uy­ğun olaraq hesablanır və buna görə aşağıdakı yazılış aparılır:

Debet 81-2 «Mənfəətin başqa məqsədlərə istifadəsi».

Kredit 88 «Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)».

Hesabat ili ərzində müəssisənin mənfəəti məqsədli ma­liyyələşmələr üzrə istifadə oluna bilər ki, bu əmə­liy­yatlarla əlaqədar olaraq 81 «Mənfəətin istifadəsi» hesabının debetinə, 96 «Məqsədli maliyyələşmələr və daxil olmalar» hesabının kreditinə yazılış aparılır.

Beləliklə 81 «Mənfəətin istifadəsi» hesabının debetində aşağıdakıların etdirilməsi nəzərdə tutulur:

  1. 68 «Büdcə ilə hesablaşmalar» hesabı ilə mü­xabir­ləş­diril­mək­lə, büdcəyə il ərzində hesab­lan­mış vergi ödənişləri;
  2. 86 «Ehtiyat kapitalı», 88 «Bö­lüş­dü­rül­mə­­miş mənfəət (ödənilməmiş zərər) (istehlak, yığım so­sial sferalar fondları)» və 96 «Məq­sədli maliy­yələş­mə­lər və daxilolmalar» hesabları ilə müxabirləş­diril­məklə mənfəət hesabına mü­əssisənin ehtiyat kapitalına və digər fond­larına, eləcə də məqsədli maliyyələş­mələr üçün zəruri olan vəsaitlərin yaradılmasına ayrımalar.

81 «Mənfəətin istifadəsi» hesabında toplanmış məbləğlər hesabat ilinin sonunda, (dekabr ayının so­nunda) onun krediti üzrə yekun yazılış aparmaqla bağlanır və aşağıdakı kimi mühasibat yazılışı tərtib edilir:

Debet 80 «Mənfəət və zərər» hesabı.

Kredit 81
«Mənfəətin istifadəsi» hesabı.

Qeyd edək ki, mənfəətin bölüşdürülməsi və uçotu faydasınıhər bir müəs­sisənin özü sərbəst müəy­yən edir. Ümumiyyətlə kiçik müəssisələrdə xüsusi fond­­ların ya­radılması tələb olunmadığından bir o qədər də vacib sayılmır. Belə halda müəssisənin bö­lüş­dü­rülməmiş mənfəəti nizamnamə kapitalından son­ra müəs­sisənin xüsusi kapitalı hesab olunur və 81 №–li «Mən­fə­ətin istifadəsi» hesabı üzrə analitik uçot ayır­ma­la­rın və ödəmələrin növləri üzrə aparılır.

Cədvəl 8

Müəssisə mənfəətinin mənbələri və istifadəsi göstəriciləri.

 

Mənffətin mənbələri

 

 

 

Məhsul (iş,xidmət)  satışından

Əsas vəsaitlərin satışından

Materila dəyə­rliləri və sair aktiv­lərin   satışın­dan

Satışdan kənar əməliyyatlardan daxil   olmalardan

 

 

 

 

Balans mənfəəti

 

 

 

Mənfəətdən vergi ödənişi (-)

 

 

 

Müəssisənin sərəncamında qalan   mənfəətin istifadə olunması

 

 

 

 

Yığym

fondu

İstehlak

fondu

Ehtiyat

fondu

Başqa məqsədlərə

 

 

 

İlin sonuna bölüşdürülməmiş mənfəətin   qalığı

 

 

 

Mənfəətdən təsisçilərə ödəmələr

 

 
 

Təsisçilərə   ödəndikdən sonra qalan mənfəətin istifadə olunması

 

 

Yığımfon

duna

İsğehlak

fonduna

Ehtiyat fonduna

Başqa məqsədlər üçün

 

Hesabat ilinin bölüşdürülməmiş mənfəət məbləği 88 «Bölüş­dürülməmiş mənfəət (ödənilməmiş zərər)» he­sabının kreditinə silinir. Nəticə etibarılə müəssisə mən­fə­ətindən müəyyən olunmuş qayda da vergilər ödən­dik­dən sonra qalan mənfəət qalığı müəssisənin sərəncamında olan xalis mənfəət adlanır.

Müəssisə mənfəətinin mənbələri və istifadə olun­ma istiqamətləri göstəriciləri 8-ci cədvəldə əks olunmuşdur (bax səh. 161).

Özünüyoxlama sualları

  1. Müəssisənin mənfəət və zərərlərinin əsas yaranma mənbələrini izah edin?
  2. İstehsal xərclərinə aid edilməyən və bir başa mənfəət və zərərlərə aid edilən gəlir və xərcləri sadalayın?
  3. Balans mənfəəti ilə xalis mənfəətin nə kimi fərqi var?
  4. Mənfəətdin vergiyə cəlb olunma necə müəyyənləşdirilir?
Advertisements

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma