MÖVZU III. ƏMƏYİN VƏ ONUN ÖDƏNİLMƏSİNİN UÇOTU


            Əməyin təşkili və ödənilməsi sistemi

            İşçi heyətinin təsnifatı və iş vaxtının operativ uçotu

            Əməyin ödənişinin forma və sistemləri, əmək haqqının növləri

            Hasilatın və əməyin ödənişinin sənədləşdirilməsi qaydası

            Əmək haqqı və onunla əlaqədar hesablaşmaların uçotu

ƏLAVƏ ƏDƏBİYYAT

  1. 1.      R.P.Rüstəmov, Ə.A.Sadıqov, Q.Ə.Sadıqov. «Əməyin və onun ödənilməsinin uçotu», «Odlar Yurdı», Bakı-2000
  2. 2.      Q.Ə.Abbasov «Bazar iqtisadiyyatı şəraitində əməyin və əmək haqqının uçotu problemləri», «Maliyyə və uçot» jurnal, №-5-6, 7-8 2001
  3. 3.      Q.Q.Aslanov «Müasir şəraitdə işçilərin gəlirlərinin və əmək haqqının tənzimlənməsinin metodları və əsas istiqamətləri», «Maliyyə və uçot» jurnalı № 10 2004-cü il

 

3.1. Əməyin təşkili və əmək haqqının uçotunun vəzifələri

İstehsal prosesinin ən mühüm elementlərindən biri əməkdir. Hazırki şəraitdə müəssisələr nəinki ancaq maddi ehtiyatları, həm də əmək kollektivinin sayını müəyyən edirlər. Konkret vəzifələrə uyğun olaraq müəssisənin rəhbərliyi müvafiq qaydada müqavilələr rəsmiyyətə salınmaqla əmək kollektivini formalaşdırırlar. Ayrıca götürülmüş təşkilatda əmək fəaliyyəti daxili normativ sənədlər qəbul edilməsi yolu ilə tənzimlənir. Onlara fərdi əmək müqavilələri, kollektiv müqavilə, mülki hüquqi müqavilələr, lokal normativ aktlar və s. aiddir. Bazar münasibətlərinə keçid işçilərin əməyinin ödənilməsi və onların sosial müdafiəsi sahəsində də bir sıra dəyişikliyi səbəb olmuşdur.

Dövlətin bu sahədəki bir sıra funksiyaları müəssisələrə verilmişdir. Onlar əmə­­yin ödənilməsinin forma, sistem və hcmini sərbəst sürətdə müəyyən edilər. Əmək zəhmətkeşlərin maddi və mənəvi tələbatının ödənilməsinin əsas mənbəyi he­sab edilir. «Əmək haqqı» anlayışı hazırki şəraitdə yeni məzmun kəsb edir və özün­də pu və natural formada hesablanmış bütün növdən olan qazancları əks edirir.

Bazar münasibətlərinə keçid pul gəlirlərinin əldə edilməsinin yeni mənbə­lərini (səhmlərə və müəssisə əmlakına qoyuluşlfr üzrə) əmələ gətirmiş. Beləliklə hər bir işçinin əmək gəlirləri müəssisənin işinin son nəticəsi nəzərə alınmaqla şəxsi iştirakına əsasən müəyyən olunur və onun aksimum həddinə norma qo­yu­lmur. İşçilərin sosial sığortası əmək haqqı ilə sıx bağlı olub müəssisənin so­sial sığortaya məcburi ayırmaları hesabatı həyata keçirilir. Bu ayırmalar nor­ma­tiv sənədlərə əsasən hesablanmış əmək haqqından % hesabı ilə müyyən olu­nur (27%). Əməyin və əmək haqqının uçotu müəssisənin uçot sistemində mər­kəzi yerlərdən birini tutur. Hazırki şəraitdə əməyin və əmək haqqının uçotu qarşısındakı əsas vəzifələr durur:

– Əməyin ödənilməsi üzrə işçi heyəti ilə hesablşmaların vaxında və düzgün həyata keçirilməsinə nəzarət;

– Əmək məhsuldarlığının yüksəldilməsi üzrə tapşırıqala və hasilat nor­ma­sına əməl olunmasına nəzarət;

– Əmək haqqı fondunun ərcənməsi və mükafatların ödənilməsinə nəzarət;

– Hesablanmış əək haqqı və sosial sığorta ayırmaların düzgün və vatında maya dəyərinə daxil edilməsi nəzarət;

– Əmək və əmək haqqı göstəricilərinə operativ rəhbərlik və hesabatların tərtibi üçün toplamaq və qruplaşdırmaq.

Əmək və əmək haqqının uçotu əməyin miqdarı və keyfiyyətinə, habelə istehlaka yönəldilən vəsaitə perativ nəzarəti həyata keçirməlidir.

3.2. İşçi heyətinin təsnifatı və iş vaxtının operativ uçotu

Müəssisələrin işçi heyəti əməyin tətbiq edilmə sahəsindən asılı olaraq sə­na­­ye-istehsal heyətinə və qeyri sənaye-istehsal heyətinə bölünür. Sənaye-isteh­sal heyətinə məhsul istehsalı prosesində iştirak edən əsas, köməkçi və yardımçı sexlərdə, eləcə də bu  istehsalatların idarə edilməsi və xidmət göstərilməsi ilə məşğul olan işçilər aid edilir.

Qeyri-sənaye istehsal heyətinə isə mənzil və kommunal təsərrüfatların uşaq bağçalarının və digər qeyri-sənaye və xidmət sahələrinin işçiləri daxil edi­lir. Heyə­tin kateqoriyasına görə işçilər – fəhlələrə, rəhbərlərə, mütəxəssislərə, qul­luqçulara və s. bölünür. Peşə ixtisasları və s. əlamətlərə görə işçilər – çilin­gər, tornaçı, konstruktor, mühəndis, mexanik, mühasib, iqtisadçı və s. bölü­nür. İşçi­lərin ix­ti­sas dərəcəsi onlara verilmiş dərəcələrlə müəyyən olunur. İxti­sas dərəcəsi yüksəl­dik­cə onlara daha yüksək dərəcə verilir. İşçi sayının uçotu za­manı siyahı və si­ya­hı­dankənar tərkibi bir-birindən fərqləndirilir. Siyahı tərkibinə mü­əs­sisənin si­ya­hısından olan daimi, həm də əsas fəaliyyət üzrə işə götürülmüş mü­vəq­qəti işçilər daxildir. Siyahıdankənar işçi heyətinə isə müəs­si­sənin əsas fəa­liy­yəti ilə bağlı olmayan, işçiləri yerinə yetirmək üçün cəlb edilən müvəqqəti işçilər daxildir. Mü­əssisə işçilərinin şəxsi heyətinin uçotu müəs­si­sə­nin kadrlar şöbəsi tə­rə­findən apa­rılır. Fəhlə və qulluqçuların sayı və hərəkəti­nin uçotu işin sənədlərlə – işə  qəbul, xaricolma və başqa işə keçirilmə üzrə əmrlə rəsmiyyətə salınır.

Daimi, süvəqqəti və mövsümi işə qəbul olunanlar, fəhlə və qulluqçular üçün kartoçka, rəhbər işçi və qulluqçular üçün isə kadrların şəxsi vərəqəsi doldurulur.

Hər bir işçiyə işə qəbul olunan zaman tabel nömrəsi verilir ki, sonradan bütün ilkin sənədlərdə həmin nömrə yazılır. Müəssisənin mühasibatlığı ilkin sənədlərə əsasən hər bir işçiyə kartoçka – arayış və ya şəxsi hesab açır.

Müəssisələrdə iş vaxtından istifadənin uçotu iş vaxtından istifadənin uço­tu tabellərində aparılır ki, onlar ya müəssisə üzrə ümumilikdə ay yaxud müəs­si­sənin bölmələri və işçi ya ümumilikdə ay yaxud müəssisənin bölmələri və işçi kateqoriyaları üzrə aparılır. Tabeldən fəhlə və qulluqçuların iş rejiminə əməl et­mələrinə nəzarət, əmək haqqı üzrə hesablaşma aparmaq və işlənmiş vaxt haq­­qında məlumat almaq üçün istifadə olunur. Tabel usta və ya tabelçi tərə­fin­dən doldurulur və əmək haqqı hesablamaq üçün mühasibatlığa verilir. Üzür­­lü və üzürsüz səbəbdən işə çıxmamaq, gecikmə və ya xəstəlik halları ol­duq­da onlar müəyyən edilmiş sənədlərlə rəsmiyyətə salınır. Beləliklə, hər bir qay­­da olaraq bütün işçlərin işdə olması, işə gəlməmək və işə gecikmə halları ta­­bel uçotunda əks etdirilir. Tabeldə qeydlər müxtəlif üsulla aparıla bilər. Mü­əssisədə iş vaxtından istifadənin uçotu tabelinin iki formasından istifadə olu­nur. Ə-12 saylı formalı tabeldə iş vaxtından başqa həm də əmək haqqının he­sab­lanması, Ə-13 saylı formada isə ancaq iş vaxtından istifadənin uçotu apa­rılır. İş vaxxtının başlanması və qurtarılmasına nəzarət, eləcə də gün ərzində iş vaxtından istifadəyə nəzarət istehsal bölmələrinin rəhbərləri tərəfindən həyata keçirilir. Nəzarət kartoçka, jurnal, buraxılış, cədvəl-raport və nəzarət-buraxılış qurğuları vasitəsi ilə və s. həyata keçirilir.

            Əməyin ödənişinin forma və sistemləri, əmək haqqının növləri

Hazırda müəssisələr işçilərin əməyinin ödənilməsi sistemini sərbəst müəy­yən edirlər. Bu zaman əmək haqqının ödənilməsinin maksimum həddinə məh­du­diyyət qoyulmur. Müəyyən dövr üçün nəzərdə tutulan iş vaxt normasını və əmək borcunu tam yerinə yetirən işçinin aylıq əmək əmək haqqı dövlət tə­rə­fin­dən müəyyən edilən minimum əmək haqqından az ola bilməz. Hazırda mini­mum əmək haqqı məbləği dövlət tərəfindən 10000 manat həcmində müəyyən olunur.

Müəssisənin işçilərinin əməyi müəssisə tərəfindən təsdiq edilən vəzifə ma­aş­ları və ya işəmüzd qiymətlərlə, mülki-hüquqi müqavilə üzrə işə götürül­mə­lə­rin­ki iş müqavilədə nəzərdə tutulan şərtlərlə ödənilir. Əməyin ödənilməsi sis­te­mi istehsalın texnologiyası xüsusiyyəti, işçilərin ixtisası və dərəcələri, onların yerinə yetirdiyi işin keyfiyyəti ilə əlaqədardır. Xalq təsərrüfatının bütün sa­hə­lər­də hər bir iş dərəcəsi üçün tarif qiyməti və norma qoyulur. İş dərəcələri və ta­­rif qiymətləri işin xaraterindən asılı olaraq müəyyənləşir. Hər bir dərəcə üçün tarif əmsalı qəbul edilir. Hər bir işçinin əmək haqqı əməyin müəssisədə tət­biq olunan konkret forma və sisteminə uyğun olaraq onun əməyinin kə­miy­yət və keyfiyyətindən və müəssisənin gəlirinin əməyin ödənilməsinə yönəldilən hissəsinin həcmindən asılıdır. Hazırda əməyin ödənilməsinin müxtəlif forma­ları mövcuddur: işəmüzd, vaxtamuzd, akkord, son nəticəyə görə və s.

İşəmuzd əmək haqqı forması əsasən o istehsal sahələrində tətbiq edilir ki, orada buraxılış məhsulun və ya yerinə yetirilən işlərin həcmini müəyyən etmək mümkündür. Bu zaman əmək haqqının məbləği hazır məhsulun və ya yerinə ye­tirilmiş işin miqdarından asılı olaraq müəyyən olunur. Əməyin ödənişinin işə­muzd formasının bir başa işəmuzd, işəmuzd mükafatla və işəmuzd mütə­rəq­qi sistemləri mövcuddur. Vaxtamuzd əmək ödənişi o istehsal sahələrində tətbiq olunur ki, orada buraxılan məhsulun və ya yerinə yetirilən işin həcmini müəy­yən etmək mümkün deyil. Vaxtamuzd ödəniş zamanı əmək haqqı yerinə ye­ti­ril­miş işin miqdarı və keyfiyyətindən asılı olmayaraq işlənmiş vaxtın miqdarına görə hesablanır. Vaxtamuzd əmək ödənişi forması sadə vaxtamuzd və müka­fat­lı vaxtamuzd sistemə bölünür. Son illərdə əməyin təşkilinin və həvəs­lən­diril­mə­sinin briqada forması geniş istifadə edilir. Hazırda ayrı-ayrı müəssisələrdə son nəticəyə görə əməyin ödənişi formalarından da istifadə olunur. Bu zaman bü­tün briqadanın əmək haqqı məhsul vahidinə görə əməyin ödənilmə qiy­mə­ti­ni istehsal olunmuş məhsula vurmaqla hesablanır. Briqadanın ümumi əmək haq­qı onun üzvləri arasında əvvəlcədən müəyyən olunmuş nisbətlərə uyğun olaraq bölünür. Mühasibat uçotunun məqsədləriüçün məhsulun maya dəyə­ri­nə daxil edilən və işçilərə hesablanmış əmək haqqı əsas və əlavə əmək haqqına bölünür.

Əsas əmək haqqı dedikdə işlənmiş vaxta, yerinə yetirilmiş işin miqdarına və həcminə görə hesablanmış əmək haqqı və onlara edilmiş əlavələr, müka­fat­lar və s. ödəmələr nəzərdə tutulur. Əlavə əmək haqqı isə fəhlə və qulluqçulara əmək qanunvericiliyi və müqavilələr üzrə işlənliməmiş vaxta görə hesablanan ödə­mələr (məzuniyyətin ödənilməsi, dövlət və ictimai işlərin yerinə yetiril­mə­si­nə görə ödəmə, uşaqəmizdirən analara verilən fasilələrin ödənilməsi, yeniyet­mə­­lə­rin güzəştli satları və s.) başa düşülür. Müəssisənin işçilərinə onların əmə­yi­nin kəmiyyət və keyfiyyətinə görə ödənilən pul və natural formada cəmi əmək haqqı fondunu təşkil edir. Əmək haqqı fonduna müəssisə tərəfindən işçi­lə­rə ödənilmə mənbəyindən, əmək haqqı forma və sistemindən asılı olmayaraq hesablanmış əmək ödənişi məbləği, həvəsləndirici və əvəzi ödənilmə xarakterli, habelə natural formada ödənilən məhsullun dəyəri də daxildir.

Əmək haqqının akkord ödənişi sistemində əmək haqqının həcmi hər bir məhsul istehsalı üzrə deyil. Görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək işin ümumi dəyərinin məbləği norma-vaxtla və tariflər müəyyən olunur. Görüləcək iş həcmi üzrə konkret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəsisələrində auditor xidmətinin təşkilində və sairə məhsul istehsalı nəticəsi ilə əlaqədar olaraq tətbiq olunur.

3.4. Hasilatın və əməyin ödənişinin sənədləşdirilməsi qaydası

Əməyin və əmək haqqının uçotunun düzgün təşkili onun sənədləşdirilmə­sin­dən bilavasitə asılıdır. Fəhlə və qulluqçulara əmək haqqı hesablamaq üçün müəssisələrdə işə görə və vaxta görə işləyənlərin sayını bilmək lazımdır. Vaxta görə işləyənlərə əmək haqqı hesablamaq üçün onların işəçıxma saatlarının miq­­darını. İş dərəcələrini, habelə vəzifə maaşlarını bilməklə əmək haqqı hesab­la­maq olar. Belə bir məlumat mənbəyi müəssisədə işəçıxmanı qeydə alan tabel uçotudur. İşəmuzd işləyənlərə əmək haqqı hesablamaq üçün onlara verilmiş tap­şırıqların həcmini, istehsal olunan məhsulun miqdarına və keyfiyyətini bil­mək lazımdır. İşəmuzd qaydada əmək haqqı hesablanması üçün müxtəlif sə­nəd­lərdən istifadə olunur. Onlarda yerinə yetirilən işlərin xarakteri, məzmunu, onu yerinə yetirən fəhlələrin dərəcəsi və başqa göstəricilər verilir. Mövcud qay­da­ya əsasən məhsul hasilatının, işin həcminin və əmək haqqının uçotu üçün aşağıdakı ilkin sənədlərdən istifadə olunur: naryad, hasilatın uçotu cədvəli, marşrut kartları, növbə raportları, məhsulun və ya işin qəbulu haqda akt və s.

Kiçik seriyalı və fərdi xarakterli istehsal müəssisələrində adətən yerinə ye­ti­rilmiş işlər üzrə naryadlardan istifadə oulnur. Həmin naryadlar işə baş­la­maz­dan əvvəl hər bir işçiyə və ya briqadaya verilir və orada tapşırıqların həcmi, key­fiyyəti, iş üçün sərf edilən vaxt, həmin işə görə əmək haqqı və s. haqqında qey­diyyat aparılır. Tərtib olunan naryadlarda işin həcmini, qiymətlərin düz­gün­lüyünü və hesablanmış əmək haqqını yoxlamaq üçün əməyin normalaş­dı­rıl­ması şöbəsinə verilir. Sənədlər yoxlandıqdan sonra əmək haqqı hesablan­maq üçün mühasibatlığa verilir. Seriyalı istehsal sahələrində isə hasilatın və əmək haqqının uçotu üçün marşrut vərəqələrindən istifadə olunur. Marşrut və­rə­qəsi detal və məlumatların müəyyən partiyasına və texnoloji prosesin bü­tün əməliyyatlarına tərtib olunur. Kütləvi xarakterli müəssisələrində isə hasi­la­tın və əmək haqqının uçotu üçün yığma cədvəllərindən istifadə olunur. Nor­mal iş şəraitindən kənar­laşmalar üçün ödənilən əlavələr üçün əlavə ödəmə və­rə­qələrindən, işəmuzd işlər üçün naryadlardan və s. istifadə olunur. Boş­da­yan­ma­lar üzrə ödəmələr üçün boşdayanma vərəqələri, zay haqqında aktlara əsa­sən isə onun ödənilməsi həyata keçirilir. İş vaxtından artıq, bayram və istirahət günləri üzrə əməyin ödənilməsi də müvafiq sənədlərlə rəsmiləşdirilir. Əlavə əmək haqqının hesablanması zamanı xəstəlik vərəqələrindən, məzuniyyətə get­mə haqqında əmrlərdən və s. sənədlərdən istifadə olunur. İşçilərə çatası və ödə­ni­ləsi əmək haqqını hesablamaq üçün hesab­laşma – ödəmə (Ə-49), hesablaşma (Ə-51) və ödəniş cədvəllərindən (Ə-53) istifadə olunur. Bunlardan ödəniş cədvəlləri hesablaşma cədvəli əsasında doldurulur.

Vaxtamuzd əmək haqqı formasında işçinin əmək haqqı məbləği əməyin ödə­nil­məsinin saatlıq dərəcəsini faktiki işlənmiş saatlara, işəmuzd formasında isə məh­­sul vahidinə görə əməyin ödənmə qiymətini faktiki istehsal olunmuş məh­su­lun həcminə vurmaqla hesablanır. Əsas iş vaxtından əlavə işlənmiş, bayram və is­ti­­rahət günlərində işlərin ödənilməsi ikiqat həcmdə həyata keçirilir və müvafiq sə­nəd­lərlə (tabel, əmr, naryad və s.) rəsmiləşdirilir. Bayram və ümumxalq hüzn gü­nü işləyən işçiyə onun arzusu ilə əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Müəssisələrdə gecə iş vaxtının ödənməsi saat 22-dən 6-dəy olan iş vaxtını nəzərdə tutur. Gecə iş vaxtı bir qayda olaraq əmək müqavilələrində nəzərdə tutulur və görülən işin həcmi yüksək tarif dərəcələri ilə ödənilir. Gecə iş vaxtı ay müddətində tabel uçotunda əks olunur və ödənmə sistemi müəssisə üçün müəyyən olunmuş norma və qaydalarla ödənilir.

3.5. Əmək haqqı və onunla əlaqədar hesablaşmaların uçotu

Müəssisənin siyahı sayına daxil olan və olmayan işçi heyəti ilə əməyin ödə­nişi üzrə (bütün növdən olan əmək haqqı, mükafat, müavinət, işləyənlərə pen­siya və s.) habelə müəssisənin səhmləri və digər qiymətli kağızlar üzrə ödə­ni­ləsi gə­lir üzrə hesablaşmaların uçotu 70 saylı «Əməyin ödənişi üzrə işçi heyəti ilə he­sablaşmalar» hesabında aparılır. Bu hesabda aşağıdakı subhesablar açıla bilər:

70/1 «Müəssisənin ştatında olan işləyənlərlə hesablaşmalar»

70/2 «Əvəzçilik işləyənlərlə hesablaşmalar»

70/3 «Mülki-hüquqi müqavilə üzrə işləyənlərlə heablaşmalar»

İşçlərə hesablanmış əmək haqqı məbləği istehsal və ya tədavül xərclərini uço­ta alan hesablarla (əmək haqqı məhsulun maya dəyərinə daxil edilən za­man) müxabirləşdirilməklə qeyd edilən hesabın kreditinə yazılır. Bu zaman Dt – 20, 23, 25, 26,28, 29 və s. Kt – 70 mühasibat yazılışı tərtib olunur. Əmək haq­qı­nın digər mənbələr hesabına ödənilməsi zamanı, onun hesablanması zamanı DT- 07, 08, 10, 12, 47, 80, 81, 96 və s. Kt-70 mühasibat yazılışı verilir. Əməyin ödə­nişi üzrə qüvvədə olan əsasnaməyə əsasəe işçilərə hesablanmış əmək haqqı fonduna daxil edilən mükafat məbləği üçün Dt-20, 23, 25, 26, 28 və Kt-70 mü­ha­sibat köçürməsi verilir. Rəhbər işçilərə, mütəxəssislərə, qulluqçulara və digər işçilərə hesablanmış mükafat isə maddi həvəsləndirmə fondunun vəsaiti he­sa­bı­na verilir ki, bu zaman Dt-88/5 Kt-70 mühasibat yazılışı verilir. Hazırda işçi­lər müəssisədə 6 ay işlədikdən sonra məzuniyyət hüququna malik olurlar və iş­çi­lərə məzuniyyət il ərzində bərabər sayda təqdim edilmir. Odur ki, məzuniyyət haqqının istehsal məsrəflərinə bərabər qaydada aid edilməsi üçün hər bir ay 89 saylı «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabında ehtiyat yara­dı­lır. Bu zaman Dt 20, 23, 26 və s. Kt 89 yazılışı tərtib olunur. Məzuniyyət haq­qı hesablanan zaman isə Dt 89, Kt 70 yazılışı verilir. Rəhbər işçilərə, qul­luqçulara və mütəxəssislərə məzuniyyət haqqı hesablanan zaman bu məqsədlə eh­tiyat yaraddılmır və əsas əmək haqqı kimi uçota alınır. Müəssisə və təşki­lat­lar­da işçilərin sosial müdafiəsini təmin etmək üçün məcburi dövlət sosial sığor­ta­sı keçirilir. Sosial sığorta xərcləri müəssisənin istehsal xərclərinə daxil edilir və əməyin ödənişi fonduna nisbətən faizlə (hazırda 27% və 30%) həcmdə mü­əy­yən olunur. Müəssisə müəlliflik qanararı ödəyən zaman isə 15% sığorta ayır­ma­sı edilir. Sosial sığortaya ayırmaların uçotu üçün 69 «Sosial sığorta və təmi­nat üzrə hesablaşmalar» hesabı nəzərdə tutulur. Onun iki subhesabı vardır:  69/1 «Sosial sığorta üzrə hesablaşmalar»; 69/2 «Pensiya, təminat üzrə hesab­laş­malar». Hesabın kreditində hesablanmış məbləğ, debetində isə onun istifa­də­si və təyinatı üzrə köçürülməsi uçota adınır. Məcburi dövlət sığortasına ayır­ma edilən zaman Dt 20, 23, 25, 26 və s. Kt 69 mühasibat yazılışı verilir. Və­sa­i­tin təyinat üzorə köçürülməsi isə Dt-69, kt-51 yazılışı ilə rəsmiyyətə salınır. So­si­al sığorta vəsaiti hesabına işçilərə müavinət hesablanması zamanı Dt-69, Kt-70, bu hesaba nəğd ödəmə isə Dt 69,Kt-50 yazılışı ilə rəsmiyyətə salınır. Hazıra işçilərin əmək haqqından bir sıra tutulmalar edilir ki, bu də məcburi və müəs­si­sənin təşəbbüsü ilə həyata keçirilən tutulmalara bölünür.

İcbari tutulmalara gəlir vergisi, pensiya təminatı üçün əmək haqqında 20 % həcmində tutulma, icra sənədi üzrə üçüncü şəxsin hesabına tutulmalar, digər tu­tulmalara isə maddi ziyanın ödənilməsinə görə, zay məhsula görə, qaytarıl­ma­yan təhtəl  hesab məbləğə görə, ssuda xüsusi geyimlər və s. görə tutulmalar aiddir.

Tutulmalar edilən zaman xarakterindən asılı olaraq 70 saylı hesabın Dt-də 68, 69/2, 73/3, 76 ovə s. hesabları Kt-də əks etdirilir. İşçilərə çatası əmək haqqı adətənödəniş cədvəli üzrə kassadan nəğd qaydada ödənilməklə verilir. Onlara əmək haqqı pul və natural formada ödənilə bilər.Əmək haqqı pul formasında kassadan ödəqildikdə Dt-70, Kt-50, natural formada ödənildikdə isə Dt-70, Kt-46, 47, 48 mühasibat yazılışı verilir. Bəzi hallarda işçinin xahişi ilə ona çatası əmək haqqı bankdakı şəxsi hesabına da köçürülə bilər ki, bu zaman onun köçürülməsi zamanı Dt-70, kt-51 mühasibat yazılışı tərtib olunur.

Hesablanmış, lakin müəyyən edilmiş müddətdə ödənilməmiş (pul alan­la­rın gəlməməsi ilə əlaqədar) məbləğlər 70 №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının debetinə, 76 №-li «Müxəlif debitor və kreditor­lar­la hesablaşmalar» hesabınan (deponentlərlə hesablaşmalar subhesabı) hesa­bı­nın kreditinə yazılır. 70 №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab­laşmalar» hesabı üzrə analitik uçot müəssisənin hər bir işçisi üzrə aparılır.

«Deponent» qaydasında banka qaytarılan pul məbləği işçilərin tələbi əsa­sın­da bankdan alınır və ödənilir. Pul məbləği bankdan alınarkən 50 №-li «Kas­sa» hesabının debeti və 51 №-li «Hesablaşma hesabı»nın kreditinə yazılış apa­rı­lır. Kassaya daxil olmuş pul məbləği deponent üzrə ödəndikdən sonra ikinci yazılışla, yəni 50 №-li «Kassa» hesabının kreditinə və 76 №-li «Müxtəlif debi­tor və kreditorlarla hesablaşmalar» hesabının «Deponentlərlə esablaşmalar» sub­he­sabının debetinə yazılış aparılmaqla uçotda əks etdirilir.

Tələb olunan deponent borcu müəssisə tərəfindən üç il müddətinə sax­lan­malı və həmin vaxt keçdikdən sonra budcəyə köçürülməlidir.

Əmək haqqının analitik uçotu hər bir işçiyə açılmış şəxsi hesablarda aparılır.

Özünüyoxlama sualları

  1. 1.      Əməyin istehsalda rolu ndən ibarətdir və əmək fəaliyyətini tənzimləyən əsas sənədlər hansılardar?
  2. Əmək haqqının uçotunun vəzifələri hansılardar?
  3. İşçi heyəti hansı əlamətlər üzrə təsnifləşdirilir?
  4. Tabel uçotunun aparılma qaydası və iş vaxtından istifadənin uçotunda onun rolu?
  5. Əmək ödənişinin əsas formaları və onların xarakteristikası?
  6. Əməyin ödənişi üçün istifadə olunan sənədlər hansılardar?
  7. Əməyin ödənişi üzrə hesablaşmaların uçotu hansı hesabda aparılır və həmin hesabın xarakteristikası?
  8. Əmək haqqının hansı növləri vardır?
  9. 9.      Əmək haqqından necə növ və hansı tutulmalar edilir?
  10. Əmək haqqı hansı formalarda ödənilə bilər?
Advertisements

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma