III MÖVZU. ƏSAS VƏSAİTLƏRİN, QEYRİ-MADDİ AKTİVLƏRİN VƏ İSIEHSAL EHTİYATLARININ AUDİTl


            Əsas vəsaitlərin uçotunun və saxlanmasının auditi

            Qeyri-maddi aktivlərin auditi

            İstehsal ehtiyatlarının saxlanmasının və uçotunun auditi

ƏLAVƏ ƏDƏBİYYAT

1.  Robertson Dc. Audit: Per. s anql., – M., : KRMS, auditorskaə firma «Kontrakt», 1993

 

3.1. Əsas vəsaitlərin uçotunun və saxlanmasının auditi

Əsas vəsaitlər hər bir müəssisənin maddi-texniki bazasının əsasını təşkil etməklə, onun fəaliyyətində mühüm rol oynayır. Sərbəst bazar iqtisadiyyatını keçidlə əlaqədar olaraq əsas vəsaitlərin uçotunun təşkilində və saxlamasında əsaslı dəyişiklər baş vermişdir. Bu dəyişikliklər xüsusilə əsas vəsaitlərin tərkibi və quruluşunda, onlara köhnəlmə (amartizasiya) hesablanmasında, uzun­müd­dət­li investisiya qoyuluşunun uçotunda, əmlakın kirayə və lizinq qaydasında istifadə olunımasının uçotunda, əsas vəsaitlərin yenidən qiymətləndiril­mə­sin­də, əsas fondların satışı uçotunda əks olunmuşdur.

Beləliklə əsas vəsaitlərin audit yoxlamasında “göstərilən məsələlərə xüsusi diqqət verilməlidır. Əsas vəsaitlərin auditində mühüm vəzifə – auditin tər­ki­bi­nin düzgün forma-laşması, əsas vəsaitlərin hərəkətinin tam və həqiqi vəziyyə­ti­nin müəyyənləşdirilməsi və onların dəyərinə köhnəlmə (amartizasiya) hesab­lan­masını əsaslı müəyyən etməkdir.

Əsas vəsaitlər üzrə audit aparılmasında əsas informasiya mənbələri, onla­rın ilkin sənədlər üzrə daxil olması, çıxması, müəssiədaxili hərəkəti, təmiri, amar­tizasiya hesablanması və münasibat uçotu göstəriciləri üzrə sintetik və analitik uçot məIumatlarıdır.

Əsas vəsaitlərin uçotu vəziyyəti yoxlanılarkən auditor analitik uçotun düzgün aparılmasına dair qəti nəticəyə gəlməlidir. Bununla əlaqədar olaraq bütün əsas vəsaitlərin müəyyən maddi-məsul şəxslərə təhkim olunması, son inventarlaşmanın düzgün aparılması və yoxlama nəticəsinin uçotda əks olun­ma­sı və əsas vəsaitlərin hərəkəti və uçot göstəriciləri üzrə yazılışların düz­gün­lü­yü yoxlanılmalıdır. Auditor əsas vəsaitlərin inventar kartlarının vaxtında və bü­tün rekvizitləri üzrə doldurulmasına diqqət verməlidir.

Əsas vəsaitiərin qorunub saxlanılmasında inventarlaşmanın keyfiyyətlə aparılması çox vacibdir. Ona görə də auditor nəzarətində inventarlaşmanın vaxtında və onun keyfiyyətli keçirilməsinə, onun nəticələrinin mühasibat uçotunda düzgün əks olunması əsaslı səviyyədə yoxlanılmalıdır. Bunu yoxlamaqla auditorda inventarlaşmanın düzgün aparılması nəticələrinə dair fikirlər yaranması və auditor riskinin azalmasına şərait yaradır.

Əsas vəsaitiərin daxil olması əməliyyatlarını yoxlayarkən tikliən obyekt­lə­rin iqtisadi cəhətdən vacibliyi, onun kapital qoyuluşu planına daxil olunması, lazımi maliyyə vəsaiti ilə təmin olunması və layihə-smeta sənədlərinin olma­sı­nın müəyyərnləşdirilməsidir. Eyni zamanda alınmış əsas vəsaitlərin alınmasına tələbat olması, müəssisəyə vaxtında, düzgün mədaxil olunmasında sənədləş­dirilməsinin və real qiymətləndirilməsini müəyyənləşdirilməsı çox vacibdir.

Müəssisəyə daxil olan təzə əsas vəsaitlər onun qurulması, daşınma, qurulma xərcləri daxil olunmaqla ilkin dəyəri ilə əks olunur. İşləmiş əsas vəsaitlər alınarkən daşınma və quraşdırma xərcləri daxil olmaqla alış dəyəri ilə, yəni alış sənədində əks olunmuş qiymətlə əks olunur.

Əsas vəsaitlərin tam və vaxtında mədaxil olunmasi 01 №-li «Əsas vəsait­lər», 08 №-li «Kapital qoyuluşu», 60 №-li «Malsatan və podratçılarla hesab­laş­­malar» və s. hesablarda əks olunmuş likin sənədlərin öyrənilməsi əsasında müəyyən olunur. Bunların əsas informasiya mənbələri əsas vəsaitlərin qəbul-təhvil aktı, müəssisədaxili vəsaitlərin yerdəyişməsi qaimələri, təmirdən keçmiş obyektlərin qəbul-təhvil aktı, inventarlaşma aktları, inventar kartları və digər sənədlər aiddir.

Əvəzsiz olaraq başqa müəssisədən daxil olmuş əsas vəsaitlərin daxil ol­ma­sı yoxlanılarkən, həmin obyektlərin veriləmsi ilə əlaqədar ikitərəfli qəbul-təhvil aktının tərtib olunması, onların texniki xarakterislikası və vaxtında mədaxil olunmaqla, müəyyən maddi-məsul şəxsə təhvil verilməsi müəyyən olunmalıdır.

Sənədİi audit yoxlaması ilə əsas vəsaitlərin silinməsi də ətraflı əhatə olunmalıdır. Hər bir əsas vəsaitin silinməsinin mövcud qanunvericiliyə uyğun olaraq sənədləşdirilməsi, həmin əməliyyatın mühasibat uçotunda düzgün əks olunması yoxlanılmalıdır. Əsas vəsaitin silinməsinin düzgün və vaxtında sənədləşdirilməsi sintetik və analitik uçot üzrə sənədlər əsasında yoxlanılması və ləğv olunma aktı ilə rəsmiyyəyə satılması müəyyən olunmalıdır.

Müəssisəyə məxsus olan əsas vəsaitlərin satışı və sair xaric olmaları (ləğvi, silinməsi, əvəzsiz olaraq verilməsi və s.) prosesləri haqqında məlumatları ümum­­­ləş­­dirmək, eləcə də onların satışdan olan maliyyə nəticələrini müəyyən­ləşdirmək üçün mühasibat uçotu hesablar Planında 47 Ne-li «Əsas vəsaitlərin satışı və sair xaric olmaları» hesabı nəzərdə tutulmuşdur. Göstərilən hesabın debetində xaric olmuş əsas vəsaitlərin ilk dəyəri, həmçinin əsas vəsaitlərin xaric olması (binaların, qurğuların və avadanhqların sökülməsi və s.) ilə əlaqədar xərclər də əks etdirilir.

47 №-li «Əsas vəsaitlərin satışı və sair xaric olmaları» hesabının kredi­tin­də xaric olınmuş əsas vəsait obyektlərinə xaricolma vaxtınadək hesablanmış köhnəlmə məbləği, əmlakın satışından əldə edilən pul məbləği və onun silinməsi ilə əlaqədar mümkün yaxud satış qiymətləri ilə daxil olmuş material qiymətlərinin dəyəri əks etdirilir.

47№-li «Əsas vəsaitlərin satışı və sairə xaricolmaları» hesabı üzrə debet (zərər), yaxud kredit (gəlir) qalığı cari hesabat dövründə 80 №-li «Mənfəət və zərər» hesabına, əvəzsiz olaraq verilməsi hallarında isə müəssisənin xüsusi vəsaitlərini uçota alan hesablara silinir.

Əsas vəsait obyektləri əskik gəldikdə, yaxud xarab olduqda onların ilk də­yəri 47 №-li «Əsas vəsaitlərin satışı və sair xaricolmalar» hesabının kreditindən və 84 №-li «Sərvətlərin əskik gəlməsi və xarabolmasından itkilər» hesabının debetinə silinməli və sonra həmin məbləğ 73 N -li «Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının debetinə («Maddi zərərin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar» subhesabı), əskikgəlmələrin və ya xarabolmaların konkret günahkarı müəyyən olunmadıqda isə 80 №-li «Mənfəət və zərər» hesabının debetinə yazılır.

47 №-li «Əsas vəsaitlərin satışı və sair xaricolmaları» hesabı üzrə analitik uçot xaric olan əsas vəsaitlərin ayrı-ayrı inventar obyektləri üzrə aparılır.

3.2. Qeyri-maddi aktivlərin uçotunun auditi

Qeyri-maddi aktivlərə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən (bir ildən artıq vaxta), gəlir gətirən vəsaitlər daxildir. Bu əmlak qrupuna gəlir gətirən torpaq sahələri, təbii ehtiyatlardan istifadə hüquqları, patentlər, lisenziyalar, proqram məhsullar, xüsusi fəaliyyət növünə verilən lisenziyalar, ticarət markaları, əmtəə nişanları və s. aiddir.

Mühasibat uçotu və hesabatında qeyri-maddi aktivlər onların alınması, hazırlanması və nəzərdə tutulmuş məqsəd üçün istifadə olunma vəziyyətinə satılması üçün sərf olunmuş məsrəflər məbləği üzrə əks olunur.

Yoxlamada auditor xatırında saxlamalıdır ki, qeyri-maddi aktivlər uçot­da o vaxt əks oluna bilər ki, onun forması (sxem, nümunəsi, müəllif vəsiqəsi, la­yihəsi və s.) olmaqla alqı-satqı obyekti kimi istifadə olunsun qanunla müəy­yən olunmuş real qiyməti olsun və gəlir gətirməklə, alınmasına dair sübutedici sə­nədlər rəsmiləşdirilsin.

Auditor qeyri-maddi aktivlərin düzgün qiymətləndirilməsini, hərəkətinin uçotunu və dəyəri üzrə köhnəlmə (amartizasiya) hesablaşmasını yoxlamalıdır.

Qeyri-maddi aktivlər müəssisəyə təsisçilər tərəfindən nizamnamə kapi­talına qoyulmuş formasında, alış vasitəsliə və müəssisənin özündə yaranmaqla, debitor borcla əlaqədar daxil olan və əvəzsiz verilmə əsasında daxil olur.

Auditor onu da xatırlamalıdır ki, qeyri-maddi aktivlərin alınması, yara­dıl­ması ilə əlaqədar olan məsrəflər kapital qoyuluşu xarakteri daşıyır və onlar bilavasitə istifadə yerinə verilənə qədər uzunmüddətli kapital qoyuluşu kimi 08 №-li «kapital qoyuluşu» hesabında əks olunur.

Qeyri-maddi aktivlərin uçotu əsas vəsaitlərin uçotu qaydasında aparılır. Ona görə də yoxlama üçün əsas informasiya mənbəi analitik uçot üzrə aparıl­mış uçot, qəbul-təhvil aktı, ləğv olunma aktı və s. sənədlərdən istifadə edilmə­lidir.

Müəssisənin mülkiyyətində olan qeyri-maddi aktivlərin, mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotu hesab­lar planında 04№-li «Qeyri-maddi aktivlər» hesabı nəzərdə tutulmuşdur.

Qeyri-maddi aktivlərin auditinin aparılmasında auditor aşağıdakiları nəzərə almalıdır:

Qeyri-maddi aktivlər 04 №-li «Qeyri-maddi aktivlər» hesabında ilk dəyərlə uçota alınır. Bu dəyərlər obyektiər üzrə belə müəyyən edilir:

• Təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan ob­yekt­lər üçün tərəflərin razilığına əsasən;

• Digər müəssisə və şəxslərdən pulla əldə edilmiş obyektlər üçün bu ob­yekt­lərin əldə edilməsi üzrə faktiki məsrəflərdən asılı olaraq;

•  Digər müəssisə və şəxslərdən  əvəzsiz alınmış obyektlər üçün mü­əs­sisəni    daim fəaliyyətdə  olan qiymətlərinə komissiyanın müəyyən etdtyi dəyərlə.

Təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan qeyri-maddi aktivlər mədaxil edildikdə 04 №-li «Qeyri-maddi aktivlər» hesabının debetində və 75 №-li «Təsisçilərlə hesablaşmalar» hesabının kreditində əks etdirilir.

Qeyri-maddi aktivlərin daxil olunmasının digər mənbəi onların pulla alın­ma­sı və ya müəssisədə yaradılmasıdır. Hazırda bu əməliyyatların yerinə ye­tiril­mə­si uzunınüddətli investisiya qoyuluşu ilə icra olunur. Digər müəssisə və şəxs­lərdən pulla a əidə edilmiş qeyri-maddi aktivlər 04 №-li «Qeyri-maddi ak­tiv­lər» hesabının debetində və 08 №-li «Kapilat qoyuluşları» hesabının kre­di­tin­də yazilmaqla mədaxil edilir.

Digər bir mənbəə qeyri-maddi aktiviərin dövlət orqanlarından və fiziki şəxslərdən əvəzsiz alınmasıdır. Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış qeyri-maddi aktivlərin mədaxil 04 №-li «Qeyri-maddi aktivlər» hesabının debetində, 87 №-li «Əlavə kapital» hesabının kreditində əks etdirilir.

Qeyri-maddi aktivlərin daxil olması aktla sənədləşdirılır. 04 №-li «Qeyri-maddi aktivlər» hesabı üzrə analitik uçot qeyri-maddi aktiviərin növləri və ayrı-ayrı obyektləri üzrə aparılır.

Bütün göstərilən əməliyyatların icra olunmasını yoxlamaqla auditor ilkin sənədlər olan qəbul-təhvil aktı,alış-satış müqaviləsi lisenziya və digər sənədləri öyrənir.Bu isə ona alınmış əmlakın mövcud qanunvericliiyə uyğun icra olma­sına dair formalaşmasına ımkan verir.

Əgər auditor mühasibat uçotu yazliışlarında yuxarıda göstərilən əməliy­yat­lar üzrə qeyri-maddi aktivlərin sənədləşdirilməsində səhvlər və yanlış ya­zı­lış­lar müəyyən edərsə, bu barədə müəssisənin mühasibatlığına, həmin nöq­san­ların düzəldilməsinə dair göstəriş verir.

Təcrübədə dəyəri üzrə bir ildən az vaxtda istifadə olunması nəzərdə tutulmuş lissiziyalar səhvən qeyri-maddi aktivlərin tərkibinə daxil edilir.

Belə hala yol verməmək üçün qeyri-maddi aktivlərin tərkibi əsaslı şəkildə yox­lanılmalıdır.Ona görə də müəssisədə qalıqda olan qeyri-maddi aktivlərin si­yahısı tərtib olunmalı və onların hər birinin faydalı istifadə olunması müəy­yən­ləşdirilməlidir.

3.3. İstehsal ehtiyatlarının saxlanılmasının və uçotunun  auditi

Aparılan iqtisadi nəzarət təcrübəsi göstərir ki, mühasibat uçotu məlu­matları müəssisənin anbar təsərrüfatı və isıehsal ehtiyatlarının saxlanılmasına dair tam həcmli informasiya vermir. Buna görə də auditor mütləq qaydada əm­təə-material dəyərlərinin saxlanılması şəraitini, bununla əlaqədar ölçü ci­haz­larının, buraxılış qaydalarının, ambar təsərrüfatının vəziyyətini öyrən­mə­li­dir. Bütün bunlar daxili nəzarətin zəif və müsbət tərəflərini və mühasibat uço­tu sisteminin ətraflı öyrənilməsini tələb edir.

Müssisədə audit aparılarkən maddi-məsul şəxslərin material ehtiyat­la­rı­nın qəbul olunması, saxlanması və buraxılışı ilə əlaqədər olan məsələlərə xüsusi diqqət verilməlidir. Maddi-məsul şəxslər vəzifəyə təyin olunduqdan sonra, işə başlamazdan əvvəl əmtəə-material dəyərlərinin qəbul olunması, onun sənəd­ləş­dirilməsi və saxlanma yerindəki uçotu ilə ətraflı tanış olmalıdır. Maddi-məsul şəxslər, onların vəzifələrini icra olunması ilə əlaqədar olaraq mövcud olan təli­matla tanış olunmalıdır. Həmin təlimatda işçinin hüquq və vəzifələri müəyyən olunmuş, material dəyərlərinin qəbulu, buraxılması, onların sənədləşdirilməsi, miqdar uçotunun aparılması qaydası, əmtəə-material hesabatının mühasi­bat­lı­ğa təqdım olunması vaxtı və sairə müəyyən olunmuşdur. Bütün göstərilən məsələlərin icrası yoxlama dövründə araşdırılmalıdır.

Ambarlarda uçotda əks olunmayan materialların olması faktlarına xüsusi diqqət verilməlidir.

İstehsal ehtiyatlarının qorunub saxlanılmasında mühüm məsələlərdən biri müəssisə buraxılış sisteminin lazımi səviyyədə qurulmasıdır. Bununla əlaqədar olaraq müəssisəyə giriş məntəqisində buraxılışların qeydiyyat kitabı, daxil olan yüklərin çəkilməsi qaydlarına riayyət olunması yoxlanılmalıdır.

Müəssisə ambarlarında və buraxılış məntəqəsində aparılan yoxlamadan sonra auditor özü nəzarət qaydasında material dəyərlərinin daxil olması və buraxılması ilə əlaqədar olaraq yoxlama apara bılər. Lazım gəldikdə ayrı-ayrı materiallar üzrə inventarlaşma da aparılması müəyyən olunur.

Müəssisələrdə əmlakın qorunub saxlanılmasında maddi-məsul şəxslərin seçilib, yerləşdirilməsi məsələsi də çox vacibdir. Belə vəzifələrə xüsusi hazırlığı olmayan və əvvəllər əmlak mənimsənilməsi ilə əlaqədar olaraq mühakimə olunmuş şəxslər qəbul olunmur. İşçilərin şəxsi işlərində saxlanılan sənədlər (əmək kitabçası, təhsil haqqında sənəd, əmrlərdən çıxarışlar və s.) əsasında kadrların seçilməsindəki göstərilən qaydaların gözlənilməsi müəyyən olunur.

Göstərilən faktların araşdırılması nəticəsində auditorun əmtəə-material də­yərlərinin qorunması və saxlanılmasına dair əsaslı nəticəyə gəlməsinə imkan verir.

İsıehsal ehtiyatlarının audit yoxlamasında mühüm məsələlərdən biri də daxil olmuş material dəyərlərinin mədaxil olunmasına və onun istifadə olunmasına nəzarətin təşkilidir. Burada mühüm məsələ müəssisənin isıehsal əməliyyatını təmin edən səviyyədə material ehtiyatının yaranması çox vacibdir. Bir qayda olaraq müəssisələrdə daxil olan əmtəə-material dəyərlərinin uçotunu aparmaq üçün jurnal tərtib olunur və həmin jurnaida bütün daxil olan materiallar əks olunur.

Aparılan operativ nəzarətlə bütün satıcı müəssisələrin əmtəə-material də­yər­lərini yüklənməsi üzrə bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsi yox­lanılmalıdır. Bununla əlaqədar olaraq müqavilə şərtlərini yerinə yetir­mə­yən satıcılara cərimələr və digər iddlalar təqdım olunması müəyyən olun­ma­lıdır. Bu kımi göstəricilər mühasibat uçotunun 64 №-li «Alınmış avanslar üzrə hesablaşmalar» hesabında əks olunmuş uçot yazılışları və təqdim olunmuş iddia materiallarından istifadə etmək olar.

Xüsusi ilə daxil olmuş material dəyərlərinin informasiya mənbəi 15№-li «Materialların tədarükü və əldə edilməsi», 16 №-li «Material dəyərlərindən kənarlaşmalar», 10 №-li «Materiallar» hesabları, onların subhesablarında və maddi məsul şəxslərin hesabat materiallarında əks olunmuş göstəricilərdən istifadə etmək məqsədəuyğundur.

Audit yoxlamasında xüsusilə mühasibat uçotunun 60 №-li «Malsatan və podratçılarla hesablaşmalar» hesabında əks olunmuş əməliyyatlara diqqət ve­ril­məlidir. Satıcılara malların yükləməsi üçün akkredetiv formasında avans şəklində ödəniş pul vəsaiti hər bir partiya malın daxil olunub mədaxil olun­ma­sı və ya onun yüklənməsinin vaxtında icra olunmaması müəyyənləş­diril­mə­lidir. Mədaxil olmuş mallar onların yüklənmə sənədləri əsasında yoxlanılması və nəticəsinin düzgün sənədləşdirilməsi müyyən olunmalıdır.

Özünüyoxlama sualları

  1. 1.      Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotunun təşkilinn yoxlanılması zamanı auditoun istifadə etdiyi əsas normativ sənədləri sadalayın?
  2. 2.      Əsas vəsaitlərin uçotunun auditi necə aparılır? Yoxlamanın əsas xüsusiyyətlərini izah edir?
  3. 3.      Qeyri-maddi aktivlərin uçotunun auditinin aparılması hansı əsas xüsusiyyətlərə malikdir?
  4. 4.      İstehsal ehtiyatlarının uçotunun aparılmasının auditi zamanı auditor hansı əsas normativ sənədlərə diqqət yetirməlidir?
  5. 5.      İstehsal ehtiyatlarının uçotu üzrə auditor hansı məsələləri (bölmə və hesablar) yoxlamalıdır?
Advertisements

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma