II MÖVZU: MÜHASİBAT UÇOTUNUN PREDMETİ VƏ METODU


          Mühasibat uçotunun predmeti və onun obyektləri. Təsərrüfat vəsaitləri və vəsait mənbələrinin təsnifatı

          Mühasibat uçotunun metodu və onun əsas ünsürləri

ƏLAVƏ ƏDƏBİYYAT

Kirğənova Z.V. Teoriə buxqalterskoqo uçeta. M., İzd., «Finansı i statistika», 1999

2.1. Mühasibat uçotunun predmeti və onun obyektləri. Təsərrüfat vəsaitləri və vəsait mənbələrinin təsnifatı

Azərbaycan Respublikasında mühasibat uçotunun tənzimlənməsi, he­sab­la­rın tərtib olunması və mühasibat informasiyalarının düzgün, eti­bar­lı ol­ma­sı dövlət tərə­fin­dən qəbul olunmuş qanunla idarə olunur. Həmin sə­nəd­lər sistemində «Mühasibat uçotu haqqında» Azər­bay­can Respublikasının 24 mart 1995-ci il qanunu, Ma­liy­yə Na­zir­liyinin «Müəs­si­sələrin mühasibat uçotunun he­sablar Pla­nı və onun tətbiqinə dair 01 yan­var 1996-cı il Təli­matı», «Müəs­sislərin uçot siyasəti haqqında» 23 yan­­var 1997-ci il Əsasnaməsi və mühasibat uçotunun təşkilinə aid olan di­gər qanunlar və normativ aktlar aid­dir:

Mövcud olan  qanunçuluğa əsasən mühasibat uço­tu­nun əsas prinsip­lə­ri aşağıdakı qaydada müəyyən olun­muşdur:

-mühasibat uçotunun fasiləsizliyi – yəni müəs­si­sə­nin yarandığı gün­dən ləğv edilddiyi günədək bü­tün fə­a­liy­yəti dövründə mühasibat uço­tu­nun fa­si­ləsiz həyata ke­çirilməsi, ləğv etmə zamanı mü­ha­sibat uço­tu­nun xü­su­si qaydasının tətbiq olun­ması;

–  mühasibat uçotu hesablarının tətbiqi – yəni müəs­si­­sə əmlakının, öhdəçiliyinin hərəkəti üzrə bütün tə­sər­rü­fat əməliyyatlarını, gəlir və xərc­lə­rə, mən­fəət və zərəri və bu kimi bütün başqa gös­təri­ci­lə­ri­nin yarandığı vaxt­da da mühasibat hesabla­rın­da ikili yazılış üsulu ilə heç bir is­tisnaya yol ver­mə­dən düzgün əks etdirilməsi;

–  təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mə­naca onun qa­lan bütün əlamətlərindən üstün­lü­yünün təminatı: – müəssisənin ilkin uçot sənəd­lə­rində məzmunu qeyd olunan təsərrüfat əməliy­yatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edil­mə­si və onların uçotu siyasətində kommersiya sirri kimi qo­ru­nub saxlanması;

–  təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı: – mü­­­­əs­sisənin maliyyə nəti­cələrini formalaşdıran zaman po­tensial zərərin, yaxud öhdəliyin son də­rəcə mənfəət və ya  aktivə çevrilərək uçot və he­sa­batda əksini tapması üçün böyük hazırlıq işlərinin ehtiyatlılığının təmin edil­mə­si;

–  qiymətləndirmənin təminatı: – müəssisənin bütün dövriyyə və döv­riy­­yədənkənar aktivlərini, öhdə­lik­lərini və digər sərvətlərini ilkin və bərpa də­yəri ilə qiy­mət­lən­di­ril­ərək bazar qiymətlərinə uyğun­laş­dırılması.

Mühasibat uçotunun göstərilən prinsiplərinə uyğun olaraq, onun me­todu və predmeti müəyyənləşdirilmişdir.

Mühasibat uçotunun predmeti müəssisənin möv­cud olan əmlakı, onun hə­rəkəti, əmələ gəlmə mənbəələri və formalaşmasını əhatə edir.  Buna uyğun ola­raq müha­si­bat uçotu bir iqtisadi elm olmaqla, onun ümumi şə­kil­də pred­meti istehsal münasibətlərini əks etdirməklə məz­mu­nunu müəyyən edir.

Müəssisələr təsərrüfat fəaliyyətini həyata keçirmək üçün əsas fond­la­ra, döv­riyyə vəsaitlərinə və digər əşya­lara malik olur. Təsərrüfat fəaliyyəti ilə əla­qədar müəs­si­sə materiallar, əsas vəsaitlər, qeyri-maddi aktivlər alır, on­lardan istifadə edir, istehsal prosesinə xərc çəkir, məh­sul istehsal edir, onu satır, sa­tış­dan pul vəsaiti və mən­fə­ət əldə edir. Beləliklə, müəssisə və­sait­ləri, onların əmə­lə gəl­mə mənbələri, hər bir müəssisədə baş verən tə­sər­rüfat prosesləri zamanı yaranan təsərrüfat əməliyyatları mü­ha­sibat uço­tunun obyektləri hesab olunur.

Mühasibat uçotunun predmetini şərh edərkən onun tarixi inkişafına xü­su­si diqqət verilməlidir. Belə ki, mü­ha­­sibat uçotunun predmetinin məz­mu­nu cə­miy­yətin iq­ti­sadi-ictimai formasiyalarının inkişafı ilə əlaqədar ola­­raq də­yişilir. Məsələn, quldarlıq quruluşu dövründə is­tehsal üzərində tam hakimiyyət hökm sürmüş və bu­ra­da qullar da uçotun predmetini təş­kil etmişdir.

Kapitalizm cəmiyyətində mühasibat uçotunun pred­­meti fərdi ka­pi­ta­lın döv­ranı hesab olunurdu. Sosi­a­li­zm cəmiyyətində mühasibat uçotunun pred­me­ti­nin xü­su­siyyətləri sosialist mülkiyyətinin ictimai xarakteri ilə əlaqədar olmuşdur.

Mühasibat uçotu obyektləri sırasında tədavül fond­ları xüsusi yer tu­tur. Tədavül fondlarına dövriyyədə olan pul vəsaitləri, bankdakı pul və­sait­ləri, müəssisə an­ba­rın­da satış üçün istehsal olunmuş hazır məh­sul­lar və alı­cı­la­ra yüklənmiş mallar aiddir.

2.2. Mühasibat uçotunun metodu və onun əsas ünsürləri

Mühasibat uçotunun metodu onun araşdırılması və öyrənilməsi qay­da­larıdır. Elmi araşdırmalarda metod ter­­mini öyrəniləcək əşyanın təmi­na­tını araşdırmaq üçün müxtəlif üsul və prinsiplərdən istifadə olunmasını nə­zər­də tutur. Mühasibat uçotunun metodu öz predmetinin hansı üsullar və prinsiplər vasitəsilə öyrənilməsini yerinə yetirir.

Göstərilən metodoloji sistemdə mühasibat uçotu­nun hansı vasitələrlə tə­sərrüfat-maliyyə əməliyyatlarını icra etməsini müəyyənləşədirmək əsas sayılır.

Məlum olduğu kimi təsərrüfat vəsaitləri, onların əmə­lə gəlmə mənbə­lə­ri müxtəlifdir. Bütün əməliyyatları düzgün əks etdirmək üçün ayrı-ayrı və­sait növlərinin hə­rə­kəti və onun icrası üzərində nəzarəti həyata ke­çirmək çox vacibdir. Burada sənədləşmə və inventarlaşma mü­hüm nəza­rət metodu kimi xüsusi əhəmiyyətə malikdir.

Mühasibat uçotunun metodu onun icra fəaliy­yə­tin­də mühüm əhə­miy­­yətə malik olan ünsürləri vasitəsilə ye­rinə yetirilir. Bu ünsürlər sə­nəd­ləş­­mə və invertarlaşmadan, qiymət və kalkulyasiyadan, hesablar sis­te­min­dən, ikitə­rəf­li yazılış, mühasibat balansı və hesabatdan ibarətdir.

Sənədləşdirmə – təsərrüfat əməliyyatının müəyyən sə­­nədlərlə əmə­liy­ya­tın ic­ra olunduğu yerdə rəsmiy­yətə salınmasıdır. Mühasibat uçotunda sənədləşmə ən vacib əməliyyatlardan biri olmaqla, icra olunan təsərrüfat əmə­­liyyatları üzə­rində müşahidəni təmin edir. Sənəd­ləş­mə müəssisədə icra olunan təsərrüfat əməliyyatlarının hü­quqi şəkildə yazılı icra olun­ma­sı­dır. İstehsalat, ma­liy­yə və tə­sərrüfat əməliyyatlarının sənədlərlə rəs­miy­yə­tə sa­lınması sənədləşdirmə adlanır.

Təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi mü­ha­sibat uçotunun əsas prinsiplərindən hesab olunmaqla, baş vermiş əməliyyatların sənədlər əsa­sında tərtibini tə­min etməklə, uçot  obyektlərinin hərəkəti üzrə daimi in­formasiya əldə olunmasına şərait yaradır. Hər bir təsər­rü­fat əməliyyatı üz­rə tərtib olun­muş sənədlər əsasında məlumatlar sistemi yaranır və bu isə nəticə olaraq cəm­lən­miş informasiyaların tərtib olunmasına şərait ya­ra­dır. Hər bir mühasibat uçotu sənədində əks olunmuş gös­tə­ricilər sistemi onun rekvizitləri (sənədin nömrəsi, tarixi, əməliyyatın məzmunu və sair) ad­lanır. İlkin sənədlər tə­sə­rrüfat əməliyyatlarının və onların aparılmasını təs­diq edən yazılı şəhadətnamədir.

Tərtib olunmuş bütün ilkin sənədlər özündə aşa­ğı­dakı zəruri rek­vi­zit­lə­ri əks  etdirməlidir: sənədin adı, nöm­rəsi, kodu, tərtib edilmə yeri və ta­ri­xi, sənəd tərtib edilən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məz­mu­­nu və ölçüləri (natural və pul ifadəsində), təsərrüfat əmə­liy­yat­la­rının baş verməsi, tamam­lan­ması və onun rəs­miləş­di­ril­mə­sinin düzgünlüyü üçün məsul şəxslərin və­zifələri, so­y­adı, adı, atasının adı, şəxsi imzaları və baş­qa göstəricilər əks olunmalıdır.

Əməliyyatların xarakterindən və uçot məlu­mat­la­rı­nın işlənməsi tex­no­logiyasında asılı olaraq ilkin sənədlər əlavə rekvizitlər də daxil edilə bi­lər. İlkin sənədlər əmə­liy­yatların baş verdiyi, bu mümkün olmadıqda isə əmə­liyyatlar bilavasitə qurtardıqdan sonra tərtib edilməlidir.

Sənədlərin keyfiyyətli tərtibatına, onların vaxtında mü­hasibat uço­tun­­da əks etdirilməsi üçün müəyyən edil­miş müddətlərdə təqdim edil­mə­si­nə, sənəd­lərdəki məlu­mat­ların doğruluğuna və etibarlılığına mə­suliy­yəti hə­min sənədləri hazırlamış və imza etmiş şəxslər daşıyırlar.

Ona görə də təsərrüfat əməliyyatlarının sənəd­ləş­di­ril­məsində hər bir vəzifəli şəxs tərtib etdiyi sənədin qa­nun­çuluqda müəyyən olunmuş norma və standartlara uy­ğun olmasını təmin etməyə borcludur.

İlkin sənədlərə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün icmal sənədləri hazırlanmalıdır.

Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öhdəliklərini müəs­si­­sənin rəhbərinin təsdiq etdiyi si­ya­hı­ya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imza­la­malıdır. Birinci imza müəsisədə ümumi rəhbərlik funk­siyasını icra edən şəxsə mənsub olur.

Pul vəsaitlərinin, maddi sərvətlərin və başqa əm­la­k­la­rın qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin sənədlər əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəx­sin nümayəndələrinə və ya fiziki şəxslərə sənəd­ləş­mənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənəd­lə­rin surətləri ilə təmin etmək müəssisədə bu əməliyyatı rəs­miləşdirənin öhdəsinə düşür.

Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uço­t­da qəbul olun­muş ilkin sənədlərdəki məlumatlar Azər­baycan Respublikasının Maliyyə Nazirliyi tərə­fin­dən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərə­fin­dən ümumi prinsiplərə riayət edilməklə işlənib hazır­lan­mış uçot re­gistrlərində yığılır və sistemləşdirilir. Müəssisə tərəfindən müəyyən dövr ərzində aparılmış təsərrüfat əməliyyatları haqqında məlumatlar uçot registrlərindən qruplaşdırılmış şəkildə mühasibat uçotu hesablarına kö­çü­rülür.

İlkin sənədlərdə və uçot registrlərində qeydsiz dü­zə­liş­lərə yol ve­ril­mir. Səhvlərin düzəlişi həmin sənədi imza etmiş şəxslərin imzası ilə dü­zəl­miş tarixi göstərilməklə təsdiq edilməlidir. Kassa və başqa sənədlərdə heç bir dü­zə­lişə yol verilmir.

İnvertarlaşma – müəssisə mühasibat uçotunda əks olun­muş əmlakın faktiki yoxlanması və müəyyən olun­ma­sı formasıdır. İnvertarlaşdırma bütün təsərrüfat əmə­liy­yatlarının və onun düzgün icra olunmasını müəy­yənləşdirir.

İnvertarlaşdırma Azərbaycan Respublikasının «Mü­­­­­ha­sibat uçotu haq­qında» 24 mart 1995-ci il tarixi qa­nunu və əsas vəsaitlərin, əmtəə-ma­te­rial dəyərlərinin, pul vəsaitinin və hesablaşmaların inver­tar­laş­dırıl­ma­sı­na dair olan təlimat əsasında aparılır. Həmin sənədlər əsa­sın­da müəssisə mü­hasibat uçotu və hesabatının doğru, düzgünlüyünü təsdiq etmək üçün dövrü olaraq öz əm­la­kının, kapitalının və sair maddi sərvətlərinin və ümumi­y­yətlə mühasibat balansının bütün aktiv və passiv mad­də­lərinin invertarlaşmasını aparmalıdır.

İnvertarlaşdırılmanın qarşısında aşağıdakı vəzifələr qoyulur:

–      əsas vəsaitlərin, əmtəə-material dəyərinin, pul və­sa­itinin, qiymətli kağızların və bitməmiş isteh­sa­lın fak­tiki qalığının müəyyən edilməsi;

–      material dəyərləri və pul vəsaitlərinin qorunub sax­­lanması üzərində nəzarət;

–      tam və qismən öz keyfiyyətini itirmiş, forması və modası köhnəlmiş əmtəə-material dəyərinin mü­əy­­yən­ləş­dirilməsi;

–      gələcək satışını təmin etmək üçün normadan ar­tıq qalıqda olan maddi dəyərin müəyyənləş­di­ril­məsi;

–      material dəyəri və pul vəsaitinin saxlanması qay­da­­larının yoxlan­ma­sı və eyni zamanda maşın, avadanlıq, digər əsas vəsaitlərin saxlanması və istifadə olunmasına nəzarət;

–      müəssisə balansında əks olunmuş obyektlərin re­al vəziyyətini yox­lamaq.

İnvertarlaşmanın aparılması nəticəsi aktla rəsmiy­yə­tə salınır. İnver­tar­laş­ma nəticələri sənədləşdirildikdən sonra, nəticə göstəriciləri mü­­­hasibatlığa təq­dim olunur və mühasibat uçotu göstəriciləri əsasında qarşılıqlı yox­lamalar apa­rılır. Qarışılıqlı yoxlama əsasında invertar­laş­­dırmanın son nəticəsi müəy­yən olunur.

Azərbaycan Respublikasında mövcud olan qa­nun­ve­riciliyə görə in­ver­­tarlaşdırmanın aparılması məcburi olan hallardan başqa, hesabat ilin­də onla­rın aparılma sa­yı, tarixi, yoxlanmış əmlakın siyahısı müəssisə rəh­bər­liyi tərəfindən müəyyən edilir.

Müəssisə əmlakının xarakterindən asılı olaraq kon­k­ret invertarlaş­dır­­ma vaxtı müəyyən olunmalıdır. Möv­cud qaydalara görə təcrübədə in­ver­tarlaş­dır­ma apa­rıl­ması üçün aşağıdakı vaxtlar müəyyən olunur:

–      əsas vəsaitlər üçün üç ildən bir;

–      kitabxana fondu 5 ildən bir;

–      anbarlarda olan hazır məhsullar, illik mühasibat (ma­liyyə) hesa­ba­tı­nın hazırlanma qabağı, oktya­br  ayı­nın 1-dən tez olmamaqla;

–      anbar və bazalardakı mallar-ərzaq malları üzrə il­də iki dəfə, qeyri-ər­zaq malları üzrə ildə bir dəfə;

–      azqiymətli və tezköhnələn əşyalar ildə bir dəfə;

–     
pul vəsaiti, pul sənədləri ayda bir dəfə;

–      debitor və kreditorlarla hesablaşmalar ildə iki də­fə­dən az olma­ya­raq.

Müəssisə rəhbərləri əmtəə-material dəyərlərinin və pul vəsaitini in­ver­tar­laş­dırılmasının düzgün, vaxtında ke­­çirilməsinə cavabdehdirlər. Müəs­sisənin baş mühasibi isə invertarlaşdırılmanın mövcud olan qanun­çu­luq tə­lə­b­lə­rinə uy­ğun keçirilməsinə və onun nəticələrinin mü­ha­si­bat uço­tunda əks etdiril­mə­si­nə borcludur.

İnventarlaşdırma nəticəsində müəyyən olunmuş əm­təə-material də­yər­ləri ilə mühasibat uçotu qalıq­la­rın­da əmələ gəlmiş fərqlər mühasibat uçotu hesab­la­rında aşa­ğıdakı qaydada əks olunur:

– mövcud qanunçuluğa uyğun olan norma da­xi­lin­də itkilər müəssisə rəh­bərinin sərəncamı əsasında istehsal və tədavül xərclərinə aid olan 20«Əsas istehsalat», 26«Ümumtəsərrüfat xərcləri», 44«Tədavül xərc­ləri» hesablarının de­betinə və 84«Sərvətlərin əs­kik gəlməsi və xarab olmasından itkilər» hesa­bının kreditinə yazılış aparılır. Təbii itki norması inven­ta­ri­za­si­ya nəticəsində əksik gəlmə müəyyən olduğu halda he­sab­lanır.

– normadan artıq əskik gəlmə və əmlakın xarab ol­ma­­sı ilə əlaqədar mü­əyyən olunmuş  əmlakın dəyərləri təq­­sirkar şəxslərdən tutulmaqla 73/3 «Mad­di zərər­lə­­rin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar» he­sa­bı­nın debetinə və 84 «Sərvətlərin əskik gəlməsi və xa­rab olmasından itkilər» hesabının kreditinə yazılış apa­rı­lır. Əgər məhkəmə qərarı ilə iddia imtina edilərsə, belə hal­da əmələ gəlmiş itkilər müəssisə maliyyə nəti­cə­lə­ri­nə si­linir və bu halda 80 hesabın de­be­ti­nə və 84 he­sabın kreditinə yazılış aparılır.

Mühasibat  uçotu üzrə əməliyyatların yazılışları in­ver­tarizasiya apa­rı­lan ayın hesabında əks olunmalıdır.

Qiymət və kalkulyasiya. Müəssisələrdə mövcud olan təsərrüfat və­sait­ləri və təsərrüfat əməliyyatları öz xa­rakterinə görə müxtəlif məzmuna malikdir. Bununla əla­qədar olaraq vəsait və əməliyyatlarda ümumi gös­tə­ri­ci­nin müyyən olunmasına ehtiyac vardır. Bunun üçün isə qiymətdən istifadə olunması çox vacibdir. Qiymətin kö­məyi ilə müəssisədə mövcud əmlakın bütün çeşid­lə­ri­nin ümumiləşdirilmiş həcmi müəyyən olunur. Yəni bü­tün natural və digər göstəricilər pul ölçüsünə çevrilir və bu əsasda müəssisə təsərrüfat  vəsaitinin qiyməti onların hə­qiqi maya dəyərinə əsas­la­naraq müəyyənləşdirilir. Mü­əssisə əmlakının və onun mənbəələ­ri­nin real qiymət­lən­dirilməsi mühasibat uçotunun bütün sisteminin nor­mal fəaliyyətində xüsusi əhəmiyyətə malikdir.

Müəssisə təsərrüfat fəaliyyətinə nəzarətin təmin olun­masında isə sərf olunmuş məsrəflər və onların yekun göstəriciləri müəyyənləşdirilməlidir. Bu hesabla sərf olun­­muş bütün məsrəflər üzrə maya dəyərinin hesab­lan­ması çox vacib göstəricidir. Məhsulun maya dəyəri isə kor­kulyasiya əməliyyatının aparılması ilə müəyyən edi­lir. Kalkulyasiya eyni zamanda hər bir məhsul növü üz­rə qiymətlərin müəyyən olunmasına şərait yaradır.

Beləliklə, mühasibat uçotu obyektlərini ümumi­ləş­di­rilmiş şəkildə ifadə et­mək üçün qiymət və kor­kul­ya­si­ya­dan istifadə edilir. Sərbəst bazar iqtisadiyyatı şərai­tin­də həmin göstəricilərin təsir dairəsi daha da genişlənir və daha geniş əhəmiyyət kəsb edir.

Hesablar sistemi və ikitərəfli yazılış. Mü­ha­si­bat  uçotunun təsərrüfat əmə­liy­yatlarının informasiya sis­­temi  əsas elementlərindən biri mühasibat hesab­ları he­sab olunur. Hesablar sistemi vasitəsilə mühasibat uço­tun­da əks olunmuş əməliyyatlar iqtisadi cəhətdən qrup­laş­dırılır. Mü­ha­sibat hesabları təsərrüfat  əmə­liy­­yat­la­rı­nın ifadə olunduğu mə­lumat­ları ümu­miləşdirir və on­la­rın yekun­laş­masına şərait yaradır.

Bir sıra xarici ölkələrdə, o cümlədən İngiltərə-Ame­ri­ka uçot siste­min­də mühasiblər hesab planını özləri tər­tib tərtib edir və onlara şərti kodlar verirlər. Azərbaycan Respublikasında Mühasibat Uçotu Hesablar planı Mər­kə­zləşmiş qaydada Respublika Maliyyə Nazirliyi tə­rə­fin­dən tərtib olunmuş və hesabların  adları və şifrələri mü­əy­yən olunmuşdur.

Mövcud olan qaydalara görə təsərrüfat əməliy­yat­la­rının  mühasibat  uço­tu hesablarında əks etdirilməsi iki­tərəfli yazılışın köməyi ilə həyata keçirilir.

Mühasibat balansı və hesabat. Mühasibat uçotu ün­sür­ləri içərisində mü­ha­si­bat balansı və hesabat mühüm yer tutur. Mühasibat balansında müəs­sisənin özünə­məx­sus və cəlb olunmuş vəsaitlərinin iqtisadi cəhətdən qrup­laş­dırılması, onların yerləşdirilməsi və pul şəklində ifa­də­si bir qayda olaraq hər ayın 1-i tarixində əks olunur.

Balansda bütün təsərrüfat vəsaitlərinin ümumi ye­ku­nu həmin vəsait­lə­rin əmələ gəlmə mənbələrinin ye­ku­nu­na bərabər olmalıdır. Beləliklə, müəsssə balansı müəs­sisənin təsərrüfat vəsaitinin və onların istifadə edil­mə­si üzərində nəzarətin həyata keçirilməsinə imkan verir.

Müəssisə və idarələrin mühasibat hesabatı müəyyən dövr üçün (ay, rüb, il) istehsalat-təsərrüfat və maliyyə fəa­­liyyətini xarakterizə edən gös­tə­ricilər sistemidir.

«Mühasibat uçotu haqqında Azərbaycan Res­pub­li­ka­sının Qanunda» mühasibat hesabatı müəssisə maliyyə və əmlak vəziyyətinin vahid qəbul olun­muş göstəricilərin özündə əks etdirməklə mühasibat uçotu gös­tə­ri­ci­ləri əsa­sın­da vahid formada tərtib olunmaqla, maraqlı hüquqi və fiziki şəxs­lərin müəssisənin əmlak və maliyyə vəziy­yəti, mənfəət və zərəri haqqında müqayisə edilə bilən məlu­mat­larla təminatından ibarətdir. Müəssisə və təş­ki­lat­ların təsərrüfat-maliyyə fəaliyyətinin hərtərəfli təhlili ancaq balans və hesabata əsasən şərh olunur.

Mühasibat uçotunun bütün göstərilən metodoloji prinsip və qaydaları bir-birilə sıx surətdə əlaqədardır. Təc­rübədə həmin metodiki prinsiplər əlaqədar ardı­cıl­lı­q­la icra olunur. Göstərilən prinsiplərin icrası ilə mühasi­bat uçotunda fasiləsiz, ardıcıl və sənədlər əsasında təsər­rüfat-ma­liy­yə əməliyyatları pul, miqdar və əmək ölçü­lə­ri­nə uyğun olaraq ümu­mi­ləşdirilmiş formada əks olunur. Bütün bu əməliyyatların qarşılıqlı şə­kil­də mühasibat uço­tunda əks olunması ilə etibarlı, sistemləşdirilmiş ye­kun hesabat göstəricilərinin əldə olun­masına imkan ve­rir.

Bütün bunlar mühasibat uçotu sistemini yaradır və onun idarə olun­ma­sını təmin edir.

Özünüyoxlama sualları

  1. Mühasibat      uçotunun mahiyyəti və təyinatını necə başa düşürsünüz?
  2. Mühasibat      uçotunun vəzifələri və funksiyalarını sadalayın?
  3. Mühasibat uçotunun predmetinə      nə daxildir?
  4. Mühasibat uçotunun metodunu      necə başa düşürsünüz və onun əsas elementləri hansılardır?
  5. Mühasibat uçotunun tərkibi:      maliyyə uçotunu, idarəetmə uçotunu və vergi uçotunu izah edin.
Advertisements

II MÖVZU: MÜHASİBAT UÇOTUNUN PREDMETİ VƏ METODU” üçün bir cavab

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma