I MÖVZU: BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TƏSƏRRÜFAT UÇOTUNUN MAHİYYƏTİ VƏ ƏHƏMİYYƏTİ


1.1.          Təsərrüfat uçotunun mahiyyəti, xüsusiyyəti və vəzifələri

1.2.          Mühasibat uçotu idarəetmədə mühüm amildir

1.3.          Təsərrüfat uçotunun növləri

1.1.Təsərrüfat uçotunun mahiyyəti, xüsusiyyəti və vəzifələri

Təsərrüfat uçotuna tələbat insan cəmiyyəti in­ki­şa­fı­nın ən ilk mərhə­lə­lərin­də meydana gəlmiş və ictimai-iq­ti­sa­di formasiyalarda öz təsirini göstərmişdir. Lakin müx­tə­lif ictimai-iqtisadi formasiyalarda təsər­rü­fat uçotunun aparılması eyni formada olmamışdır. Hər bir ictimai for­ma­siyada təsərrüfat uçotunun öz məqsədi, vəzifəsi, for­ma­sı olmuşdur.

Uçotun yaranmasının və inkişafının qədim inkişaf tarixi vardır. Arxee­o­loq­lar və tarixçilər müəyyən etmişlər ki, yazılı uçot bizim eraya qədər XIII əsrdə Misirdə möv­cud olmuşdur. Həmin dövr üçün uçot qədim Rim döv­lə­tin­də daha geniş inkişaf etmişdir. İnsan cəmiyyəti in­kişaf etdikcə uçotun aparıl­ma­sı və maddi istehsal əmə­liy­yatlarının əks olunmasının metodiki prinsipləri dəyiş­miş­dir. İctimai-iqtisadi for­ma­si­ya­lar sistemi feodalizmin dağılması ilə əla­qə­dar olaraq köhnə şəhərlər can­lan­mağa və yenilərinin əmələ gəlməsi ilə əla­qə­dar olaraq uçot ya­zı­lış­la­rı­nın təkmilləşdirilməsi və inkişafını vacib etmişdir.

Dünya ölkələri iqtisadiyyatında baş verən dəyiş­ik­lik­lər uçotun sərbəst el­mə çevrilməsinə və onun meto­do­lo­ji prinsiplərinin tərkibinə şərait yaratmışdır. Kapita­liz­min inkişafının ilk mərhələlərində mühasibat uçotuna da­ir elmi mülahizələr irəli sürüldü.

1445-1515-ci ildə yaşamış, mühasibat uçotuna dair ilk əsərin müəllifi Lu­ka Paçoli ikili sistem üzrə uçot yazı­lış­larının aparılması qaydasını şərh etmiş­dir. Luka Paçoli tərəfindən yazılmış «Hesab, həndəsə məbləği, bəra­bər­lik və mü­nasibətlər elmi haqqında» adlı əsəri vurma cəd­vəli kimi bütün ölkələr və xalq­lar üçün çoxsaylı elmi kəşf kimi qəbul olunmuş və uçotun əsasını müəyyən et­mişdir. Bu əsər böyük riyaziyyata açılış olmasına baxmayaraq, o, mühasibat üzrə ilk əsərin müəllifi kimi tanınmışdır. Hə­min əsərdən bir neçə əsr dövründə İtaliyada, Fran­sa­da, Almaniyada, İngiltərədə mühasibat uçot üzrə dərslik kimi is­­­tifadə edilmişdir. Çox maraqlıdır ki, Luka Paçoli­nin 1494-cü ildə nəşr et­dir­di­­yi «Məbləğ» («Summa») ad­lan­­dırılan kitabının bir nüsxəsi XVI əsrdə Kiyevə gə­ti­ril­­miş və Kiyev kollegində dinləyicilərə həmin kitabdan dərs keçirilmişdir. Bö­yük alman şairi Qete ikili mühasi­bat yazılışını «İnsan düşüncəsinin ən yük­sək ix­tirası» ad­lan­dırmışdır. Məşhur iqtisadçı və sosioloq Verner Zom­bart he­sab edir­di ki, «İkili yazılış həyatda Qaliley və Nyu­ton sistemi kimi» qəbul olun­muşdur.

Beləliklə, mühasibat uçotu bir iqtisadi elm olmaq­la, ilk əvvəl onun əsası bir elm kimi Benedetto Kotruli (1458) və Luka Paçolinin (1494) əsərlərində qeyd olun­­­muş­dur. Onlar mühasibat uçotunun müəssisənin idarə olunmasında mü­hüm vasitə olduğunu göstərmiş və uni­ver­sal metodiki elm kimi qiymətləndirmişlər.

Bununla yanaşı mühasibat uçotu bir iqtisadi elm kimi, onun nəzəri və metodiki əsasları daha sonra dünya ölkələrinin alimləri və mütəxəssisləri tərəfindən inkişaf etdirilmişdir. Mühasibat uçotu daima təkmilləşdi­ril­mək­lə bazar iqtisadiyyatı şəraitində ölkə iqtisadiyyatının for­ma­laşması, sahibkarlığın inkişafı və idarəetmə siste­mi­n­də mühüm amilə çevrilmişdir.

Mühasibat uçotu müxtəlif inkişaf mərhələlərində ida­rəetməni zəruri uçot informasiyaları ilə təmin edə bil­mək üçün planlaşmanın, proq­nozlaşmanın və təsərrüfat fəaliyyətinin təhlilinin tələblərinə uyğun qurulmalıdır. Mü­əssisənin ida­rə edilməsində mühasibat uçotunun in­for­masiyalarından daha səmərəli isti­fa­də edə bilmək üçün mühasibat uço­tunun qabaqcıl uçot metodlarından, mü­ha­sibat uçotu beynəlxalq stan­dartlarından istifadə olun­ması, uçot əməliy­yat­larının kom­­püter­ləş­mə­si istiqa­mət­ində ətraflı iş aparılması günün vacib məsə­lə­si­dir.

Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu ida­rə­etmə uçotuna çev­ri­lir. Müasir şəraitdə iqtisadi cəhət­dən yüksək inkişaf etmiş ölkələrdə mühasibat uçotu bir iqtisadi elm olmaqla özünün fəaliyyətində maliyyə və idarəetmə mü­ha­sibatlığına ayrılmışdır. Bununla əlaqə­dar mühasibat uço­tunun beynəlxalq standartlara keç­mək şərtlərinin yerinə yetiril­mə­sin­də birinci tələb uçotun iki hissədə – Maliyyə və İdarəetmə uçotu üzrə ayrı­lıqda aparılmasıdır.

Mühasibat uçotu informasiyalarından müəssisə və şirkətlərin müha­sibləri ilə yanaşı menecerlər, mülkiyyət sahibləri, investorlar, bank mütəxəssisləri, hü­quq­şü­nas­lar və s. geniş istifadə edirlər. Ona görə də bir sıra hal­larda mühasi­bat uçotunu «sahibkarlığın dili» kimi ad­lan­dırırlar. Bu dildə danışmalı olan sahibkarın fəaliy­yə­ti­nin bütün iştirakçıları mühasibat uçotunun nəzəri və təcrübi əsaslarından və onun anlayış və terminlərindən istifadə edirlər.

Mövcud qanunçuluğa görə Azərbaycan Respub­li­ka­sının ərazisində sahib­kar­lıq fəaliyyəti və ya başqa fə­aliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, ya­xud hüquqi şəxs sayılmayan tabeçiliyindən və mülkiyyət forma­sın­dan asılı ol­ma­yaraq fəaliyyət göstərən bütün müəssi­sə­lər, idarələr, təşkilatlar və başqaları mühasibat uçotu apa­r­mağa borcludurlar. Mühasibat uçotunun təşkilində müəssisənin vəzifələri aşağıdakılardır:

1. Müəssisə əmlakının, öhdəliklərinin və bütün tə­sər­rüfat əmə­liy­yat­la­­­rının mühasibat uçotunun mövcud qanunçuluğa uyğun işlənib ha­zır­lan­mış müha­si­bat uçotu standartlarına, mühasibat uçotunun hesablar pla­nına və başqa nor­mativ sənədlərə uyğun mühasibat uçotu hesab­la­rın­da qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparılır.

2. Mühasibat uçotunun aparılmasında hesabat döv­rü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarının uço­t­da düzgün əks etdirilməsi, əmlakın qiymətlən­di­ril­məsi zama­nı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul olun­muş uçot siyasətinə və qanunauyğun hazırlanmış mühasibat uçotu standartları və uçota dair başqa nor­ma­tiv sə­nəd­lərin tələblərinə əməl olunmalı, keçən dövr ilə mü­qa­­yisə­də uçot siyasətindəki dəyişikliklər mü­ha­si­bat hesabatında izah edilməlidir.

3. Hesabat dövründəki (ay, rüb, il) mövcud əm­lak­ın, öhdəliklərin, ka­pi­ta­lın, hesablaşmaların və digər sər­vət­­lərin inventarlaşmasının nə­ti­cə­lə­ri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əmə­liy­yat­la­rının ardıcıl olaraq uçot registrində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir.

4. Uçotda cari xərclərin istehsala (tədavül xərc­lə­ri­nə) və kapital qoyu­luş­la­rına ayrılması dürüst müəyyən­ləş­dirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesab­la­rının məlumatları ilə üzləşərək onların bərabərliyi və düz­günlüyü müəyyənləşdirilməlidir.

5. Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, ver­gi orqanları, inves­tor­lar, malsatanlar, malalanlar, kre­­ditorlar, dövlət orqanları və digər marağı olan təş­ki­lat­lar və şəxslər tərəfindən operativ rəhbərlik və ida­rə­et­mə­ni həyata keçirmək, təqdim ediləcək mühasibat (maliyyə) hesabatının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haq­qın­da zə­ruri olan məlumatları tam və düzgün formalaş­dır­maqdır.

1.2. Mühasibat uçotu idarəetmədə mühüm amildir

Mühasibat uçotu prinsipləri, sistemi və standartları daima tək­mil­ləş­di­rilməklə, bazar iqtisadiyyatının forma­laş­masında «sahibkarlıq dili» vəzifəsini ye­rinə yetir­mək­lə, idarəetmədə mühüm rol oynayır. Mühasibat uçotu ida­­rə­et­mə­də mühüm vasitə olmaqla yanaşı planlaş­dır­ma­da, müəssisə təsərrüfat-ma­liyyə fəaliyyətinin tənzim­lən­məsində, istehsalın daha yüksək səviyyədə təşkil olun­masında əsaslı rol oynayır. Müasir idarəetmə sisteminin bazar iqtisadiy­yatı tələblərinə uyğun təşkili bila­va­si­tə mühasibat uçotunun beynəlxalq uçot sistemlərinə uyğun inkişafı və tək­milləşdirilməsi ilə əlaqədardır.

Təsadüfi deyildir ki, bir sıra iqtisadi cəhətdən yük­sək dərəcədə inkişaf et­miş dünya ölkələrinin iqtisadçı mü­təxəssislərinin hesab­la­ma­la­rı­na görə idarə­etmədə is­ti­fadə olunan informasiyaların 70 faizdən çoxu ancaq mü­ha­sibat uçotu məlumatları hesab olunur. Bir qayda ola­raq iqtisadi subyektlərin bütün əmlakı, o cümlədən əsas vasitələr, xammal-materiallar, yanacaq-energetika, əmək və maliyyə ehtiyatları infor­ma­si­ya­ları mühasibat uço­tun­da sistemləşmiş şəkildə toplanaraq istehsalat, ma­liy­yə-təsərrüfat fəaliyyəti üzrə istənilən nəticələrin əldə olun­ma­sına şərait yaradılır.

Mövcud olan informasiyaların idarəetmə siste­min­də faydalı istifadə olun­ma­sını təmin etmək üçün isə mü­ha­sibat uçotunun elə bir sistemli təşkili la­zımdır ki, o mü­asir dövrdə dünya ölkələrində istifadə olunmuş qa­baq­cıl müha­si­bat uçotu və beynəlxalq standartların me­to­du və prinsiplərindən istifadə edilməsinə uyğun­laş­maq­la, he­sab­­lama texni­ka­sın­dan geniş istifadə edilmə­si­nə şərait yaratsın.

İdarəetmə sistemində mühasibat uçotu bir sıra və­zi­fələr yerinə yetirir ki, onlar içərisində mühüm əhəmiyyəti olan nəzarət funksiyasıdır. Onu da qeyd et­mək lazımdır ki, idarəetmənin təkmilləşdirilməsi dövriyyədə müxtəlif mül­kiy­yət formalarının yaranması ilə bazar müna­sibət­lə­ri­nin formalaşması mü­hasibat uçotunun nəzarət funk­si­ya­sı və onun forma, metodları xarici ölkələrin təcrü­bə­lə­rin­dən istifadə edilməsi ilə daha da genişlənir və möh­kəm­lənir.

Keyfiyyətli təşkil olunmuş mühasibat uçotu infor­ma­­siyası müəssisə və şirkətlərin istehsal əməliyyatlarının müxtəlif mərhələlərinə nəzarət etməklə, la­zı­mi şəraitdə mü­­əssisənin və onun bölmələrinin bütün əməliyyat­ları­nın fəaliy­yə­tinə nəzarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında müxtəlif idarəetmə mərhələlərində ida­rəetmə qərar­la­rını əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir.

İdarəetmə sistemində mühasibat uçotu bir sıra vəzi­fə­ləri yerinə yetirir. Həmin vəzifələr sırasında nəzarət, əm­la­kın qorunub saxlanması, informasiya və analitik və­zi­fələri xüsusi əhəmiyyətə malikdir.

Nəzarət funksiyası. İdarəetmənin təkmilləşdirilməsi şə­raitində müxtəlif mülkiyyət formalarının mövcudluğu, ba­zar münasibətlərinin formalaşmasında mühasibat uço­­­tu­nun nəzarət funksiyası daha mühüm şəkil alır və bu da şübhəsiz uçotun forma və metodlarının daha da tək­milləşdirilməsi və dünya ölkələri təcrübəsindən is­ti­fa­də edilməsini mühüm vəzifə olaraq qarşıya qoyur.

Müxtəlif mülkiyyət formalarının yaranması, müəs­si­sə hüquqlarının genişləndirilməsi, xalq təsərrüfatında ma­liyyə-mühasibat nəzarətinin zəifləməsi deyil, əksinə onun daha da möhkəmlənməsini tələb edir. Uçot aparatı işçiləri, nəzarət-təftiş və audit xidməti, vergi orqanları ye­ni idarəetmə prinsiplərinə əsaslanaraq mövcud olan mad­di ehtiyatların düzgün və səmərəli istifadə olunması üzə­rində nəzarəti təmin etməlidirlər. Mühasibat uço­tu­nun nəzarət funksiyasının genişlənməsi bir daha onunla əla­qə­dardır ki, hazırki şəraitdə hər bir müəssisə rəh­bər­li­yi, menecerlər öz müəssisələrini maliyyə-təsərrüfat gös­tə­ri­ciləri və ödəmə qabiliyyəti informasiyalarını əldə et­mə­ləri vacib şərtlərdir.

Nəzarət – qarşıda qoyulan məqsədə çatmaq üçün və­­zi­fənin müəyyən olun­ması prosesidir. Nəzarət pro­se­si­ni müəyyən olunmuş standartlar təşkil edir ki, onların ic­rası qarşıdakı vəzifənin yerinə yetirilməsini təmin et­mə­yə yönəldilir.

Nəzarət üç formada yerinə yetirilir. Bunlardan bi­rin­cisi ilkin nəzarət, ikincisi cari nəzarət və üçüncüsü isə sonrakı nəzarət adlanır.

İlkin nəzarət təsərrüfat əməliyyatının icra olun­ma­sı­na qədər aparılmalı, ca­ri nəzarət əməliyyatı icra olun­du­ğu dövrdə, sonrakı nəzarət isə əməliyyatın ic­ra olun­ma­sından sonra aparılmış nəzarət formasıdır. Şübhəsiz bu əmə­liy­yat­la­rın aparılması və icra olunması əvvəlcədən müəyyən vəzifəli şəxslər tərə­fin­dən sənədləşdirilir. Hər bir əməliyyat ay­rı­lıq­da müəyyən sənədləşdirmə əsasın­da icra olunur. Müəssisələrdə ilkin nəzarət bir qayda olaraq kadrların seçilib yerləşdirilməsi, material və maliyyə va­si­tələri ehtiyatlarının istifadəsində icra olunur.

Kadr ehtiyatları üzrə ilkin nəzarət müəssisələrdə se­çi­lən kadrların iş və peşəkar fəaliyyətlərinin müəyyən olun­­ması və daha hazırlıqlı, yüksək ixtisasa malik olan mütəxəssislərin seçilməsini nəzərdə tutur.

Cari nəzarət müxtəlif təsərrüfat əməliyyatlarını icra edərkən tərtib olun­muş sənədləşmə dövrünü əhatə edir. Yəni cari nəzarət bilavasitə əməliyyatların yerinə yetiril­di­yi vaxtda icra olunur. İcra olunan əməliyyatın daimi olaraq yoxlanması, əmələ gəlmiş problemlərin müza­ki­rə­si və təkmilləşməsi görülən əməliyyatın mövcud olan qa­nun­vericilikdən və nəzərdə tutulmuş plan göstəri­ci­lə­rin­dən kənara çıxmasının qarşısını alır. Beləliklə ilkin apa­rıl­mış nəzarət vasitəsilə müəyyən olunmayan qa­nun­suz əməliyyata yol verilməsi cari nəzarət vasitəsilə aradan qal­dırıla bilər.

Sonrakı nəzarət təsərrüfat əməliyyatının icra olun­du­ğu vaxtda və ya icradan sonra aparılan nəzarət for­ma­sı­dır. Müəssisədə fəaliyyət göstərən hər bir şəxs müəyyən tə­sərrüfat əməliyyatlarını icra edərkən bilməlidir ki, hə­min sənəd ondan sonra başqa mütəxəssislər tərəfindən yox­lanacaqdır. Ona görə də təsərrüfat əməliyyatının icra olunmasında hər bir şəxs tərtib elədiyi əməliyyatın qa­nun­çuluqda müəyyən olunmuş norma və standartlara uy­ğun olmasını təmin etməyə borcludur.

Müəssisələrdə sonrakı nəzarət forması bir qayda olaraq aparılan təftiş və auditor yoxlamalarının nəticəsi ilə müəyyən olunur. Aparılan audit və təftiş yoxlamaları nəticəsində müəssisənin bütün təsərrüfat-ma­liy­yə və iq­ti­sadi göstəriciləri əsaslı şəkildə araşdırılır və buraxılmış nöq­san­lar, çatışmamazlıqlar müəyyənləşməklə onların ara­dan qaldırılması üçün konkret tədbirlər görülür.

Keyfiyyətli təşkil olunmuş mühasibat uçotu infor­ma­siyası müəssisə və şir­kət­lərin istehsal əməliyyatının mü­xtəlif mərhələlərinə bütün əməliyyatlarının fəa­liy­yət­i­nə nəzarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında müx­təlif idarəetmə qərarlarını əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir.

Əmlakın qorunub saxlanması. Əmlakın qorunub saxl­anması vəzifə­sinin yerinə yetirilməsi mühasibat uço­tu­nun daha da təkmil­ləş­di­ril­mə­si və onun nə­za­rət fun­k­siyasının möhkəmləndirilməsi ilə əlaqədardır. Xüsusi ilə qeyd olun­ma­lıdır ki, göstərilən vəzifənin yerinə yeti­ril­mə­si üçün ilk növbədə müəssisədə yüksək səviyyəli ava­dan­lıqlarla təmin olunmuş anbar təsərrüfatı, nəzarət və ölçü cihazları və digər şərait yaradılmalıdır.

İdarəetmə sisteminin daha da təkmilləşdirilməsi, ba­­zar iqtisadiy­ya­tının for­malaşması, mülkiyyətçilərin sa­yı­nın artması və xarici iqtisadi fəaliyyətin in­ki­şafı müha­si­­bat uçotunun əmlakın qorunub saxlanması vəzifəsinin daha da möhkəmləndirilməsini tələb edir. Elmi əsaslarla təşkil olunmuş mühasibat uçotu sistemi şəraitində əm­la­kın mənimsənilməsi faktlarının müəyyən olunması ilə yanaşı ko­­­­rrub­siya­laş­mış qruplaşma faktları da aş­kar­la­nır və onlara qarşı konkret tədbirlər görülməsi reallaşır.

Göstərilən məsələlərin həllində idarə və müəs­si­sə­lər­də qalıqda olan əmtəə-material dəyərlilərinin dövrü in­ventarlaşdırılmasının xüsusi əhəmiyyəti vardır. Apa­rı­lan inventarlaşdırma nəticəsində təsərrüfat əməliyyatları­nın lazımi sə­nəd­lərlə rəsmiyyətə salınması, onların mü­ha­si­bat uçotunda əks olunması müəy­yənləşdirilir və yox­lama nəticələri əsa­sın­dakı sənədlər faktiki uçot gös­tə­ri­ci­lə­ri ilə müqayisə olunmaqla nəticə müəy­yənləşdirilir.

Hazırda mövcud olan mühasibat uçotu sistemi mü­ə­­­s­sisənin digər xid­mət­lər ilə əlaqədə əmlakın qorunub saxlanmasını təmin edir və müx­tə­lif əksikgəlmə, xarab­ol­ma və itkilərin qarşısını alır.

İnformasiya vəzifəsi. Mühasibat uçotunun bazar iq­ti­sadiyyatının for­ma­ları şəraitində idarəetmədə ən mü­hüm vəzifə informasiyaların hazır­lan­ması və istifadə üçün təqdim olunmasıdır.

Mühasibat uçotu müxtəlif idarəetmə sistemində ha­zır­ladığı infor­ma­siya­lar nəticəsində tələb olunan idarə­et­mə qərarları qəbul olunur. Mühasibat uço­tu sistemi hər bir müəssisədə əmlakın hərəkəti, təsərrüfat əməliyyatları döv­rün­də onun əmələgəlmə mənbələri ilə əlaqədar ma­liy­yə və istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar sintetik və analitik infor­ma­si­ya­ları cəmləşdirib istifadə olunması üçün hazırlanır.

Nəticə etibarı ilə mühasibat uçotu informasiyaları operativ-texniki, sta­tistika uçotu, planlaşmada, proq­noz­ların tərtibində və ümumiyyətlə müəssisə fəaliyyəti üzrə taktika və strategiyanın hazırlanmasında geniş is­ti­fa­də olunur.

Onu da nəzərə almaq lazımdır ki, mühasibat uço­tu­­nun inkişafının bü­tün mərhələlərində onun təqdim et­di­­yi informasiyalarda obyektivliyin, doğ­ruluğun, vaxtın­da tərtib olunması vəzifəsi qarşıya qoyulur. Müasir ida­rə­etmənin təkmilləşdirilməsi şəraitində mühasibat uçotu informasiya­la­­rının hazırlanmasına daha vacib tələblər qo­yulur. Həmin in­for­ma­si­ya­lar yüksək keyfiyyətli və fay­­­dalı olmaqla mülkiyyət sahibini, xarici maliy­yə və­sa­iti qoyuluşları və digər maraqlı şəxslərin tələblərini tə­min et­mə­li­dirlər.

Analitik vəzifəsi. Hazırda idarəetmənin təkmilləş­di­ril­məsi və bazar müna­si­bətlərinin formalaşdığı şəraitdə ana­litik vəzifə çox vacibdir. Belə ki, etibarlı və hüquqi cə­hətdən əsaslandırılmış mühasibat uçotu infor­ma­siya­la­rı əsasında mü­əssisə və onun tabeçiliyində olan filialların maliyyə, istehsalat-təsərrüfat fəaliyyəti təhlil olunur və ha­zırlanmış analitik şərhlər əsasında lazımi qərarlar qə­bul olunur.

Bu vəzifənin yerinə yetirilməsi mühasibat uçotunun bütün bölmələri, o cüm­lədən mövcud ehtiyatlardan is­ti­fa­də olunması məhsul istehsalı, sərf olun­muş məsrəflərin həcmi, qiymətlərin düzgün tətbiq olunmasının gös­tə­ri­ci­lə­rinin təh­lilinə imkan verir ki, bu da sərbəst bazar iqti­sa­diyyatı şəraitində əhə­miy­yətlidir.

Bütün göstəricilərin təhlil və öyrənilməsi ilə hər bir müəssisənin iqtisadiy­ya­tına dair ətraflı analitik infor­ma­si­yalar əldə olunur ki, bu da idarəetmə sistemi tələb­lə­ri­nin icrasında əsaslı əhəmiyyətə malikdir.

1.3. Təsərrüfat uçotunun növləri

Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin yaran­ma­sı, müxtəlif mülkiyyət formalarının istifadəsi, xarici öl­kə şirkətlərinin iştirakı ilə mü­əs­­sisələrin təşkili əsasında Beynəlxalq mühasibat uçotu standartlarından istifadə olun­ması prinsipləri, ölkədə idarəetmə prinsiplərinin tək­­mil­ləş­di­ril­məsi mühasibat uçotunun rolunu daha da artırılmasını tələb edir.

Azərbaycan Respublikasında müasir şəraitdə təsər­rü­fat uçotu sistemi bir-birilə əlaqədar olan üç formada ifadə olunur. Bunlardan birincisi operativ, ikincisi sta­tis­ti­ka və üçüncüsü mühasibat uçotudur.

Operativ uçot vasitəsilə idarə, müəssisələrin, isteh­sal sahələri, sexlərin fə­aliyyətinə gündəlik rəhbərlikdə is­ti­fadə edilir. Operativ uçot vasitəsilə mü­əssisənin idarə he­yətinə müəssisədə material ehtiyatlarının hərəkəti, məh­­sul buraxılışının həcmi, onun alıcı təşkilatlara yük­lən­məsi və miq­da­rı, istehsal ehtiyatlarının həcmi və s. in­for­ma­si­ya­lar daxil olur. Bu kimi in­­for­masiyaların alın­ma­sı mən­bə­ələri sənədlər əsasında, telefon, teletayp, faks və şifahi for­mada verilə bilər. Operativ uçot bir sıra hal­lar­da hə­min mə­lumatlara tələbat olduğu vəziyyətdə ha­zır­lanır və təqdim olunur.

Operativ uçot bir qayda olaraq tələb olunduğu hal­da aparılır. Onun təqdim olunması üçün vaxt müəyyən olun­mur. Bu isə göstərilən uçot formasının başqa uçot for­malarından fərqləndirən birinci göstəricidir.

Operativ informasiyanın ikinci fərqi onun istənilən vaxtda, sənəd­ləş­di­rilmədən hazırlanıb təqdim olun­ma­sı­dır. Yuxarıda qeyd olunduğu kimi ope­rativ informasi­ya­nın şifahi formada, telefon, teleqraf və teletaypla ve­ril­mə­si də onu digər uçot formalarından fərqləndirən əla­mət hesab olunur.

Bir sıra hallarda, ehtiyac olması lazım gələn şəra­it­də operativ uçot statistika və mühasibat uçotu informa­si­yalarından da istifadə edilə bilər.

Statistika uçotu xalq təsərrüfatının iqtisa­diy­yatın, elmin, təhsilin müx­tə­lif sahələrində baş verən küt­lə­vi əmə­liyyatları öyrənir. Statistika uçotu iqti­sa­diy­yatın və­ziy­yəti, onun inkişafı tendensiyası, fəhlə qüv­və­si­nin hə­rəkəti, əmtəə-material ehtiyatı, ölkə əhalisinin sayı, on­la­rın yaş, cins, ixtisas və s. göstəriciləri üzrə infor­ma­si­ya­lar toplayır və araşdırma aparır. Statistika uçotu va­si­tə­silə geniş həcmdə müşahidə aparılmaqla yanaşı əha­li­nin va­hid uçotunu təşkil edir. Bu məqsədlə statistika uço­tu mü­ha­sibat və operativ uçotu informasiya­ların­dan da istifadə edə bilər.

Statistika uçotu məlumatları əsasında dövlət ida­rə­etmə orqanları proq­noz­ları müəyyən edir, iqtisadi siya­sət sahəsində qərarlar qəbul edir, ölkənin iq­ti­sadiy­ya­tı­nın idarə olunması ilə əlaqədar olaraq konkret operativ tədbirlər görür.

Mühasibat uçotu təsərrüfat əməliyyatlarının kəmiy­yət və keyfiyyət gös­təricilərini mövcud qanunçuluqla mü­əy­yən olunmuş sənədlər əsa­sın­da, pul və miq­dar ifadəsində əks etdirməklə öyrənir və fasiləsiz nəzarəti hə­­ya­­ta keçirir. Mü­hasibat uçotunda bütün əməliyyatlar tam və ardıcıl ola­raq yalnız sənədlər əsa­sında həyata ke­çi­rilir. Mühasibat uçotunda əsa­sən pul ölçüsündən isti­fa­də edilir.

Təsərrüfat uçotunun qəbul olunmuş üç forması bir-birilə sıx əlaqədə ol­maq­la biri digərini tamamlayır və va­hid təsərrüfat uçotu sistemini təşkil edir. La­kin bu uçot formaları içərisində mühasibat uçotu aparıcı mövqe tu­tur. Mü­ha­sibat uçotunun informasiyaları əsasında müəs­si­sənin bütün tə­sərrüfat-ma­liy­yə fəaliyyətinə nəzarət tə­min edilir və idarəetmədə əsaslı şə­kildə istifadə olunur.

Mühasibat uçotu-iqtisadi elmdir. İlkin olaraq mü­ha­sibat uçotunun bir elm olması Benedetto Kotruli (1458) və Luki Paçoli (1494) əsər­lə­rin­də qeyd olu­nur. Bi­lavasitə onlar mühasibat uçotunun müəs­si­sə­nin idarə olun­masında ro­lunu əsaslı şəkildə göstərməklə, həm də elmi metodoloji əsas­larını şərh etmişdir.

Bununla yanaşı olaraq mühasibat uçotunun bir iq­ti­sadi elm kimi nə­zə­ri və metodiki əsasları xeyli sonra dünya ölkələrinin bir sıra alimləri və mü­­təxəssisləri tə­rə­findən daha ətraflı göstərilmişdir.

Mühasibat uçotunun mühüm əhəmiyyətini nəzərə alaraq hələ 1590-cı ildə ispan alimi Bartolomeo de Sa­la­zio yazmışdır: «Mühasibat uçotu bü­tün elm və in­cə­sə­nət­dən yüksəkdə dayanır, çünki hamının ona ehtiyacı ol­­duğu halda, onun heç kimə ehtiyacı yoxdur. Müha­si­bat uçotu olmadan dün­ya qəbul olun­maz olardı, in­san­lar isə bir-birini başa düşməzdilər».

Özünüyoxlama sualları

  1. 1.     Təsərrüfat uçotunun yaranması hansı dövrə təsadüf edir?
  2. 2.     Təsərrüfat uçotunun hansı növləri mövcuddur?
  3. 3.      Operativ texniki uçot, statistik uçot və mühasibat uçotunun oxşar və fərqli cəhətlərini izah edir.
Advertisements

I MÖVZU: BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TƏSƏRRÜFAT UÇOTUNUN MAHİYYƏTİ VƏ ƏHƏMİYYƏTİ” üçün bir cavab

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma