Gömrük rəsmiləşdirməsi


Gömrük sənədlərinin müşayiəti Sizin üçün problemə çevrilməməsi üçün, yükün sərhəddən keşməsinə bürokratik süründürmələrin maneə yaratmaması və əməliyyatların da tez və rahat həyata keçməsi üçün – bu işi bizə tapşırın. Gömrük rəsmiləşdirilməsi məsələlərində biz Sizə – gömrük bəyannaməsinin tərtib edilməsindən başlamış müşayiətedici xərclərin optimallaşdırılmasına qədər – bütün işlərinizdə hərtərəfli yardım göstərərik.Öz fəaliyyət prosesləri zamanı bir çox müəssisələr gömrük rəsmiləşdirilməsi zərurəti ilə qarşılaşırlar.
 Qeyd etmək lazımdır ki, bu prosedura adətən edilən əməliyyatların öyrəşdiyimiz sənədli müşayiətindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, gömrük rəsmiləşdirilməsi ciddi təcrübə və səriştə tələb edir. Malın ölkə sərhədlərindən keçməsi ilə əlaqədar olan hər hansı bir əməliyyat kimi, bu əməliyyat da zaman amilinin ciddi təsiri ilə müşayiət olunur. Yüklərin saxlanması, nəqliyyat xərcləri, konteynerlərin boşdayanmaları – bütün bunlar xərcdir, özü  də ki, heç də az olmayan xərclər. Və sərhəddə olan hər  bir gün – yəni, əlavə xərclər deməkdir.

 

Bizim şirkətin belə məsələlərin həll edilməsində böyük təcrübəsi vardır. Və əgər Sizə elə gəlirsə ki, gömrük rəsmiləşdirilməsi idxal və yaxud ixrac üçün icazənin alınması ilə başa çatır, onda Siz yanılırsınız. Bu – aysberqin yalnız bir hissəsidir. Çünki, bunlardan sonra ölkə sərhədlərini keçmiş yüklə əlaqəli olan bütün əməliyyatlar mühasibat və vergi uçotunda qeydə alınmalıdır. Və bu zaman da yadda saxlamaq lazımdır ki, idxal və ixracın uçotda əks etdirilməsi qaydası müxtəlifdir. Bundan başqa da, belə əməliyyatlarla əlaqədar vergilərin hesablanmasının xüsusi qaydaları vardır. Və bu zaman məsələyə düzgün yanaşanda xərcləri əhəmiyyətli dərəcədə aşağı salmaq olar – belə ki, bunun üçün yalnızca optimal sxem seçmək lazımdır.

Siz bizim mütəxəssislərə müraciət edə bilərsiniz və biz də əlavə problemlərdən qaçınmaqda və gömrük rəsmiləşdirilməsi ilə bağlı olan bütün problemləri sürətlə həll etməkdə Sizə kömək edərik.

Yadda saxlayın ki, hər hansı bir gömrük – xüsusi bir sahədir. Və burada ən yaxşı çıxış yolu təcrübəli mütəxəssislərin dəstəyinə arxalanmaqdır. Onda Siz müxtəlif sənədlərə, kodlara və rüsumlara fikrinizi yayındırmamaqla, öz cari məsələlərinizin həllinə vaxt ayıra bilərsiniz.

Biz hər şeyi lazımi qaydada edəcəyik – bundan arxayın olun!

 

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma