Yeni şirkəti təsis edərkən, mütləq mühasibatlığın təşkili barədə fikirləşmək lazım gəlir. Həll edilməli suallar arasında beləsi də var: işə kimi götürmək daha münasibdir – yüksək məvacib müqabilində işləyəcək təcrübəli, böyük stajlı mühasibi, yoxsa həm katibin, həm menecerin fəaliyyyətini də birləşdirəcək bir gənc mütəxəssisi? Sözsüz ki, yüksək ixtisasa malik olan, uçotun hər bir sahəsinə bələd olan və biznesin inkişafının hər bir mərhələsində dəstək verə biləcək mühasiblər ştatına malik olmaq – çoxları üçün çətin başa gələn məsələdir. Və bir çox hallarda bu – heç də məqsədəuyğun olmur.

Belə çıxır ki, çoxları belə bir dilemma qarşısında qalırlar: həm qənaət etmək, həm də layiqli mühasibat xidməti əldə etmək istəyirlər. Bu dilemmadan qurtulmağın ən real yolu – bizə müraciət etməkdir. Müstəqil surətdə ilkin muhasibat sənədlərinin hazırlanması ilə məşğul olmaq imkanına malik olanlar üçün biz mühasibat müşayiəti üzrə xidmət göstəririk.

Bu xidmətin mahiyyəti ondan ibarətdir ki, biz müəssisənin baş mühasibinin bütün vəzifə spektrini öhdəmizə götürürük, Siz isə ilkin sənədlərin çıxarış və toplanmasını təmin edirsiniz. Belə olan halda, Sizin üçün təcrübəli mütəxəssisin işini ödəmək zərurəti meydana gəlmir. Çünki, kənar şirkətin xidmətləri Sizə xeyli ucuz başa gələcək, lakin mühasibat uçotunun müşayiəti daha yüksək səviyyədə həyata keçiriləcək.

Mühasibat müşayiəti ilə maraqlanan müştərilərlə biz mütləq müvafiq müqavilə bağlayır və bu müqavilədə öz məsuliyyətimizin səviyyəsini fiksə edirik. Beləliklə, Siz əmin ola bilərsiniz ki, mühasibatınız hər zaman nöqsansız bir vəziyyətdədir.

Mühasibat müşayiətinin nəzərdə tutduğu xidmət spektri kifayət qədər genişdir. Bir qayda olaraq, buraya aşağıdakı xidmət növləri aiddir:

Mühasibat xidməti, cəlb edilmiş mütəxəssisin vəzifələrinin müəyyən dərəcədə məhdud dairəsini nəzərdə tuta bilər və bəzi hallarda isə, əksinə, təqdim olunan xidmətlərin kifayət qədər geniş siyahısını götürə bilər. Bunlar müqavilə, müştərinin istəyi və məqsədəuyğunluqla müəyyən edilir. Mühasibat müşayiəti barədə daha dolğun məlumat almaq üçün Siz bizim mütəxəssislərimizlə əlaqə yarada bilərsiniz. Onlar işin belə formada təşkilinin imkanları və üstünlükləri barədə müfəssəl məlumat verə bilərlər.

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma