Bizim təqdim etdiyimiz xidmətlərdən biri – mühasibat uçotunun aparlmasıdır. Sirr deyil ki, bu – kifayət qədər mürəkkəb prosesdir. Lakin, bizim üçün bu, çətinlik kəsb etməyən bir məsələdir – böyük təcrübə və ciddi professional hazırlıq öz işini görməkdədir və biz təqdim etdiyimiz xidmətlərin keyfiyyətinə və məsuliyyətli yanaşmaya təminat veririrk.
Adət üzrə «mühasibat uçotu» adlandırılan bu fəaliyyət sektorunun mahiyyətcə nə olmasını aydınlaşdırmaq üçün, bu anlayışa daxil olan xidmətlər məcmusuna nələrin aid edilməsinə toxunmaq yerinə düşərdi. Beləliklə, mühasibat uçotu nələri ehtiva edir?

•    Mühasibat uçotu sisteminin təşkili
Biz, Sizin müəssisədə mühasibatın aparılması prosesini tərtib edə və rahatlaşdıra bilərik; ştatlı mütəxəssislərin tədrisini keçirə bilərik və Sizi maraqlandıran hər hansı bir məsələ üzrə müfəssəl məsləhətlər verə bilərik.

•    Anbar uçotu
Sizdə anbar varsa, biz burada materialların və əmtəələrin düzgün uçotunu təşkil edə bilərik. Belə olan halda, Siz istənilən vaxt maddi-əmtəə qiymətlilərinin həqiqi vəziyyəti və dövriyyəsi barədə dəqiq məlumat əldə edə bilərsiniz. Bundan əlavə, biz anbar inventarlaşmasını hazırlaya və həyata keçirə bilərik.

•    Banklarla iş
Banklarla yorucu və vaxtalan ünsiyyəti də biz öz üzərimizə götürə bilərik. Siz ödəniş tapşırıqlarının tərtibatını, bank çıxarışlarının çeşidlənməsini və saxlanmasını, eləcə də, cari hesab üzrə bütün zəruri sənədlərin hazırlanmasını bizə etibar edə bilərsniz.

•    Hesabatların verilməsi
Mühasibat uçotunun aparılması prosesi, mütləq mühasibat hesabatlarının və bəyannaməsinin hazırlanmasını nəzərdə tutur. Biz bu işlərin hamısını tez və keyfiyyətli, işə məsuliyyətli yanaşmaqla həyata keçirə bilərik.
Bizə mühasibat uçotunun aparılmasını bizə etibar edərək, siz özünüzü lazımsız problemlərdən qurtarmış olursunuz. O cümlədən, əlavə iş yerləri açmaq və təşkilati texnika tədarük etmək, arayış sistemlərinin və seminarların təşkilini maliyyələşdirmək zərurətindən qurtarmış olursunuz. Hərə daha yaxşı bacardığı işlə məşğul olsa yaxşıdır. Bizdə məhz mühasibat uçotunun aparılması yaxşı alınır. Bəs Sizdə?

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma