Mühasibat xidmətləri


Mühasibat uçotunun problemləri həm iri, həm də iri olmayan yerli Azərbaycan və xarici şirkətlər üçün olduqca aktualdır.

Öz biznesinə yenicə başlayan şirkətlər, ştatda yüksək ixtisaslı mühasibi saxlamaq imkanlarına malik deyillər, təcrübəsiz mühasiblərin isə xidmətləri ciddi problemlərə gətirib çıxarır.

“Az Accounting Services” şirkəti sizin məsələnənizin həlli üçün mühasibat, vergi, audit və kadrlar uçotu kimi sahələrdə kifayət qədər təcrübəyə və resurslara malikdir.

Mühasibat xidməti üzrə xidmətlərin reallaşdırmasında, “Az Accounting Services”  şirkəti seçilmiş mütəxəssisi müştəri ofisinə təqdim edə bilər, ya da şəxsi ofisdən bütün lazımi əməliyyatların məsafəli icraatını həyata keçirdə bilər.

Şirkətimizdə mühasibat xidmətlərini sifariş edək, növbəti üstünlükləri alacaqsınız:

Mühasibat müşayiəti Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olacaq.

Mühasibat uçotunun aparılması prosesinin təminatına görə xərcləriniz azaldırılacaq.

Sizdə heç vaxt mühasibat, vergi və statistik hesabatın verilməsi ilə bağlı ləngimələr olmayacaq.

Vergi və mühasibat qanunvericiliyinin pozulmasıyla bağlı cərimələri həmişəlik unudacaqsınız.

Əlavə olaraq vergi qoyma, maliyyə və mühasibat hesabatı məsələləri üzrə təmənasız konsultasiyalar alacaqsınız.

Şirkətimizdə mühasibat və audit xidmətlərini seçərək, peşəkar mühasibatlar ilə təmin ediləcəksiz və müəssisənizin bütün maliyyə əməliyyatlarının keyfiyyətli aparılmasından əmin ola bilərsiz.

“Az Accounting Services”  beynəlxalq hüquq və konsaltinq şirkəti mühasibat və audit xidmətlərinin növbəti spektrınıklif edir:

  • Mühasibat autsorsinq-i (fiziki və hüquqi şəxslərin fəaliyyətinin tam mühasibat müşayiəti).
  • Rüblük və illik hesabatların müvafiq nəzarətedici orqanlara (Vergilər, Əhalinin Sosial Müdafiəsi Fondu, Statistika İdarəsi, Məşğulluq İdarəsi) təqdim edilməsi.
  • “Sıfır” hesabatlarının verilməsi.
  • Mühasibat uçotunun aparılması üzrə konsultasiyalar.
  • Mühasibat haqq-hesabının bərpası.
  • Müəssisənin əsas vasitələrinin inventarizasiyasının keçirilməsi.
  • Debitor və kreditor borcunun analizi və inventarizasiyası.
  • Vergi qoyma üzrə məsləhət.
  • Vergi planlaşdırılması (mühasibat ekspertizasının keçirilməsi, vergi qoymanın optimallaşdırılmasının həlli haqqında məsləhət).
  • Vergi yoxlamalarının keçirilməsi vaxtı təşkilatın maraqlarının təmsil olunması, vergi yoxlamasının aktlarına etirazların hazırlanması .
  • Şirkətin hesabat siyasətinin hazırlanması və ilkin hesabat sənədlərinin tərtibi.
  • Müəssisənin kadrlar uçotunun aparılması.

“Az Accounting Services” şirkəti ortaqları ilə birgə daxili audit xidmətlərini

təqdim edir:

  • Müəssisənin maliyyə və yoxlama fəaliyyətinin qiymətləndirilməsi.
  • Müəssisənin iqtisadi effektivliyinin öyrənilməsi.
  • Qanunlara və tənzimləyən aktlara, həmçinin daxili siyasətə və şirkətin proseduralarına uyğun maliyyə fəaliyyətinin və maliyyə sənədləşməsinin icmalı.
  • Əsas təşkilat sistemlərinin icmalı və bu sistemlərin köklü sürətdə yenidən qurulması və ya təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
  • Maliyyə hesabatının aparılması.

Xidmətlərin dəyəri………
 Mühasibat xidmətləri üzrə Qiymət cədvəli 

 Mühasibat uçotunun bərpasının dəri

Mühasibat uçotunun dəyəri hər bir halda unikaldır və o cümlədən, uçotun baxımsızlığının təşkilati-hüquqi forması və dərəcəsindən asılıdır. Mühasibat uçotunun bərpa dəyəri o təsərrüfat əməliyyatlarının miqdarından asılı olaraq hesablanır ki, maliyyə-təsərrüfat fəaliyyətinin, kontragentlərlə yoxlamaların miqdarı, hər bir fond üzrə hesablamaların vəziyyəti haqqında sorğu və arayışların miqdarı əks etdirilməyən bütün dövr üçün mühasibat proqramına daxil edilməlidir.