“Az Accounting Services” LLC


“Az Accounting Services” LLC – şirkəti dəyərli sifarişçinin tələbləri və istəklərindən asılı olan mühasibat xidmətlərinin keyfiyyətli autsorsinqini təklif edir. MMC-nin sahiblərinin, fərdi sahibkarların və digər mülkiyyət növlərinin firma sahiblərinin daimi əsaslarla mühasib və auditor ştatı saxlamağa ehtiyacı yoxdur. Bu da keyfiyyətə zərər vermədən əmək haqqı üzrə vergilərdə, icarə haqqında, ofis avadanlığında, proqram təminatında və şirkətin normal fəaliyyətini təmin edən digər maddələrdə qənaətə gətirib çıxarır. Şirkətimiz tərəfindən münasib qiymətlərlə təqdim edilən müstəqil autsorsinq – mühasibat uçotunun yanlış aparılması və ya səhv tərtib edilmiş sənədləşmə zamanı yaranan risklərin aradan qaldırılmasının etibarlı üsuludur. Aşağıda göstərilmiş xidmətlər mühasibat uçotunun müstəqil aparılmasını nəzərdə tutur:

  • Mühasibat uçotunun toplu registrinin tərtib edilməsi;
  • Ayrı-ayrı sahələrdə mühasibat uçotunun təşkili;
  • Uçot siyasətinin hazırlanması;
  • Bank və ödəniş sənədlərinin işlənməsi;
  • Əmək haqları üzrə ştat cədvəllərinin hazırlanması və aylıq əmək haqqlarının hesablanması;
  • Aylıq vergi sənədlərinin hazırlanması (bəyannamə, hesabat);
  • Vergilər Nazirliyi üçün ƏDV üzrə bəyannamələrin hazırlanması;
  • Vergilər Nazirliyi üçün ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin hazırlanması;
  • Vergilər Nazirliyi üçün əmək haqqı üzrə vergi bəyannamələrinin hazırlanması;
  • DSMF üçün hesabatların hazırlanması;
  • Dövlət Statistika Komitəsi üçün hesabatların hazırlanması;
  • Şirkət balansının hazırlanması;
  • Mənfəət və zərər üzrə illik hesabatların hazırlanması;
  • Rəhbərlik (Menecment) üçün bütün zəruri hesabatların hazırlanması;
  • Elektron vergi xidmətlərinin göstərilməsi;
  • Tərtib edilmiş hesabatların müvafiq dövlət orqanlarına təqdim edilməsi;
  • Müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi;
  • Vergi, DSMF yoxlamalarının müşayiət edilməsi;
  • Müəssisənin kadrlar uçotunun tam olaraq qanuna müvafiq şəkildə rəsmiləşdirilməsi

Çevik qiymət siyasəti şirkətimizə həm iri biznesi təmsil edən şirkətlərlə, həm də fərdi sahibkarlarla əməkdaşlıq etmək imkanı verir. MMC-lər, digər mülkiyyət növləri üzrə şirkət və firma sahbləri üçün mühasibat xidmətlərinin dəyəri fərdi qaydada təyin edilir. Şirkətimizin saytnda yerləşdirilən telefon nömrələrinə zəng edərək siz təqdim edilən xidmətlər spektri haqqında daha müfəssəl məlumat ala bilərsiniz. Etibar, peşəkarlığın yüksək səviyyəsi və müştərilərin yüksək səviyyədə məlumatlandırılması – biznesinizin uğurlu inkişafının və labüd çiçəklənməsinin rəhnidir.

Biz 100 AZN-dən başlayaraq ən optimal qiymətlə xidmət təklif edirik